Icma.az
close
up
RU
“Erməni fəalların heç biri saxlanılan erməni əsilli şəxslərin vəkili statusunu daşımır” HƏRBİ EKSPERT

“Erməni fəalların heç biri saxlanılan erməni əsilli şəxslərin vəkili statusunu daşımır” HƏRBİ EKSPERT

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıya səfərin yekunlarına dair keçirilən mətbuat konfransında ekspert Naira Sultanyan bildirib ki, İrəvandan gələn vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıda saxlanılan erməni əsilli şəxslərlə görüşmək müraciəti rədd edilib.

Bu barədə məlumatı erməni KİV-i yayıb.

İrəvan Mətbuat Klubunun fəxri prezidenti və görüşün iştirakçılarından biri Boris Navasardyan da açıqlamasında bildirib ki, əgər görüş proqramda yer almayıbsa, bu, həmin tələbin nəzakətli şəkildə qəbul edilməməsi anlamına gəlir:

“Bizə səfərin gündəliyi təqdim olunanda bununla bağlı iradlarımız oldu. Biz görüş istəmişdik. Gündəlikdə belə bir görüşün olmaması bunun nəzakətli şəkildə rədd edilməsi deməkdir”.

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, ictimai xadimlərin Ermənistandan Bakıya gəlməsi və burada Azərbaycan hərbi məhkəməsində təqsirləndirilən və ittiham olunan şəxslərlə görüş barədə təklif vermələri sağlam məntiqə və qanunlarımıza ziddir:

“Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyətləri, ictimai təşkilatlar səviyyəsində əlaqələrin qurulması özü-özlüyündə müsbət bir addımdır. Lakin bu addımlar hər iki tərəfdə mövcud olan düşmənçilik münasibətlərinin aradan qaldırılmasına yönəlib. 

Bunun bir neçə səbəbi var. İlk növbədə, Azərbaycanda ittiham olunan erməni əsilli şəxslərin əksəriyyəti Qarabağda anadan olub, Qarabağda Azərbaycana qarşı cinayətlər törədib və bu şəxslərin Ermənistana ilk növbədə aidiyyəti yoxdur. Digər tərəfdən isə həmin erməni əsilli şəxslər günahlarının böyük bir hissəsini artıq etiraf ediblər və bizim qanunvericilik məhkəmə qərarı olmayana qədər saxlanılan və təqsirləndirilən şəxslərlə yalnız onun ailə üzvlərinin və vəkillərinin görüşməsinə icazə verir.

Gələn şəxslərdən heç biri saxlanılan erməni əsilli şəxslərin vəkili statusunu daşımır. Digər tərəfdən həmin şəxslər müvafiq müddətlər çərçivəsində öz ailələri ilə görüntülü əlaqə saxlayırlar. Vəkilləri ilə həm məhkəmə iclasında, həm də ondan sonrakı dövrdə görüşürlər”.

Ədalət Verdiyev qeyd edib ki, buna görə də gələn bu şəxslərin məsələni Azərbaycanda mühakimə edilən terrorçu və cinayətkarların azad olunması məsələsinə yönəltməsi tamamilə qəbul edilməz bir təklifdir:

“Bu təklif yumşaq şəkildə Azərbaycan tərəfindən artıq rədd edilib, yəni həmin görüşə icazə verilməyib. Gələcəkdə də düşünürəm ki, proseslər yalnız və yalnız Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində həyata keçiriləcək.

Əgər Azərbaycana gələn Ermənistan ictimai fəalları həqiqətən də erməni əsilli şəxslərin həyatından bu qədər dərin narahatlıq keçirirlərsə, Rusiyanın, Ukraynanın, Qazaxıstanın və çox sayda digər ölkələrin həbsxanalarında kifayət qədər erməni cəza çəkir. Buyursunlar, getsinlər, onların hamısını ziyarət etsinlər. Ondan sonra baxarıq biz.

Azərbaycan bu proseslərə necə reaksiya verəcək? Odur ki, vəziyyəti qəlizləşdirməyə çalışmasınlar. Biz əgər sülhdən bəhs ediriksə, sülh istiqamətində addımlar atırıqsa, onlar da abırsız və həyasız addımlardan çəkinsinlər. Ən azından, daha əvvəl baş verən proseslərdən özləri üçün bir dərs çıxarsınlar”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri