Icma.az
close
up
RU
Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclasında Xocalı və Xocavənddən olan deputat Elman Məmmədov zərərçəkmiş qismində ifadə verib.

Axar.az xəbər verir ki, zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi.

O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil, ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. E.Məmmədovun sözlərinə görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb.

1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə, 10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.

Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı açıqlayıb: “Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında və Karşel Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”.

E.Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi olub.

Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: “Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.

E.Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir.

Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı. “1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə E.Məmmədov diqqətə çatdırıb.

Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. “Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq oldu”, - deyə o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, müqavimət qeyri-mümkün idi. Nəticədə şəhərin boşaldılması qərarı verildi. Yeganə çıxış yolu Ağdam istiqaməti idi. Amma Əsgəran yolu erməni hərbçilərin nəzarətində idi. Ona görə də camaat meşə yolları ilə hərəkət etməyə məcbur oldu. Amma bu da əvvəlcədən planlaşdırılmış tələ idi.

O, Ermənistan rəsmilərinin sonradan səsləndirdiyi “humanitar dəhliz” iddialarına da münasibət bildirib və deyib: “Robert Köçəryan, Serj Sarkisyan, Balasanyan, Seyran Ohanyan - bu hərbi canilər özləri sonradan deyiblər ki, guya “humanitar dəhliz” vermişdilər. Həmin dəhliz yox idi. Bu, əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi. Əsgəranla Ağdam arasında təpələrdə texnika yerləşdirilmişdi. Məqsəd aydın idi – Xocalıdan sağ çıxan olmasın ki, bu vəhşiliklər barədə sonradan danışılmasın.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri