Icma.az
close
up
RU
“Erməni gəncliyi nə iqtidara, nə də müxalifətə etibar edir” “Bu, üçüncü qüvvə üçün fürsətdir”

“Erməni gəncliyi nə iqtidara, nə də müxalifətə etibar edir” “Bu, üçüncü qüvvə üçün fürsətdir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Politoloq Fərhad Məmmədov Ermənistanda Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) keçirdiyi rəy sorğusunun nəticələrini şərh edərək bildirib ki, ictimai rəy Paşinyan hökuməti üçün bir sıra xoşagəlməz meylləri ortaya qoyur.

Sorğuya əsasən, respondentlərin 49 faizi ölkənin yanlış istiqamətdə hərəkət etdiyini düşünür. Yalnız 36 faiz doğru istiqamətdə olduğunu bildirib. Ən diqqətçəkən məqam isə gənclər (18–35 yaş) arasında bu göstəricinin 49 faizlə daha yüksək olmasıdır. Bu isə Paşinyan üçün narahatedici siqnaldır.

Məmmədovun sözlərinə görə, siyasi fiqurlara etimad da olduqca zəifdir: Paşinyana dəstək 13 faiz, Ararat Mirzoyana 5 faiz, Robert Koçaryana 4 faiz, Aram Sarkisyan və Alen Simonyana isə hərəyə 2 faiz təşkil edir. Digər siyasətçilərə dəstək isə 1 faizi belə keçmir. Ən önəmlisi, respondentlərin 61 faizi ümumiyyətlə heç bir siyasətçiyə etimad göstərmir.

Politoloq bu 61 faiz etimadsız elektoratın kimliyini sorğunun digər nəticələri ilə izah edib. Belə ki, respondentlərin 60 faizi ya kimə səs verəcəyini bilmir, ya da ümumiyyətlə seçkilərdə iştirak etmək istəmir. Bu qrupun 63 faizini isə gənclər təşkil edir.

Bu nəticə göstərir ki, erməni gəncliyi mövcud siyasi sistemə etimad etmir, nə iqtidara, nə də müxalifətə maraq göstərir və seçkilərdə iştirak etmək niyyətində deyil. Bu isə həm siyasi böhrandır, həm də yeni siyasi qüvvələr üçün fürsət. Lakin bu qüvvələr nə mövcud iqtidarla, nə də keçmiş hakimiyyətlə assosiasiya olunmamalıdır.

Sorğuda ölkənin əsas problemlərinə münasibət də maraqlıdır. Respondentlərin 44 faizi sərhəd və təhlükəsizlik məsələlərini əsas problem kimi göstərib. Ardınca işsizlik və iqtisadi vəziyyət (14%), qiymət artımı (12%), pis idarəetmə (9%), təhsil və səhiyyə (6%), xarici siyasət (6%) gəlir. Bu da göstərir ki, ictimaiyyətin prioritetləri təhlükəsizlik və iqtisadi sabitlikdir.

Azərbaycanla sülh müqaviləsinə münasibətdə isə respondentlərin 47 faizi dəstəklədiyini, 40 faizi isə əleyhinə olduğunu bildirib. Maraqlı məqam yaş qruplarındakı fərqdir: yaşlıların 58 faizi sülhü dəstəklədiyi halda, gənclərdə bu göstərici 38 faizdir. Əvəzində, 48 faiz erməni gənci sülh müqaviləsinə qarşı çıxır.

“Paşinyan yaxın 6 ayda nə etməlidir?” sualına verilən cavablar da diqqətçəkəndir: 22 faiz “sülhü təmin etsin”, 17 faiz “sərhədləri və təhlükəsizliyi möhkəmləndirsin”, 14 faiz “ordunu inkişaf etdirsin”, 12 faiz isə “xarici siyasəti dəyişsin” deyib. Yəni ilk dörd prioritet birbaşa sülh və təhlükəsizliklə əlaqəlidir.

Fərhad Məmmədov qeyd edib ki, Ermənistan hakimiyyəti xüsusilə gənclərlə sülh mövzusunda ciddi işləməlidir. Çünki bu günkü gənclər sabahın siyasi qərarvericiləridir.

Sonda politoloq vurğulayıb ki, bu sorğu nəticələri Azərbaycan üçün də strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu cür faktlar Ermənistan Konstitusiyasının dəyişdirilməsi və gələcəkdə ərazi iddialarından imtina üçün “dəmir-beton təminatlar”ın formalaşdırılmasında əsas ola bilər.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri