Icma.az
close
up
RU
Erməni jurnalist Azərbaycana müraciət etdi: Bu əclafları buraxmayın!

Erməni jurnalist Azərbaycana müraciət etdi: Bu əclafları buraxmayın!

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan Azərbaycan dövlətinə müraciət edib.
Modern.az xəbər verir ki, Natali Aleksanyan rəsmi Bakıdan Qarabağda çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən və buna görə müxtəlif müddətə azadlıqdan məhrum edilən erməniləri heç bir halda həbsdən buraxmamağa çağırıb.
Natali Aleksanyan bunu Azərbaycanın 2026-cı ilin yanvarında həbsdən azad etdiyi cinayətkar Vaqif Xaçatryanın timsalında yazıb.
Jurnalist sosial şəbəkədiki paylaşımında Vaqif Xaçatryanın Ermənistanın eks-prezidenti – Xocalı qatili Robert Köçəryanın ayağına gedərək, onunla görüşməsindən bəhs edərək yazıb.

“Vaqif Xaçatryan - bu, Azərbaycanın ümumiyyətlə buraxmamalı olduğu bir şəxsdir, daha bir alçaq - bax budur.
Nikol Paşinyanın sayəsində o, Ermənistandadır, amma Robert Köçəryanın əlini sıxır! Mən Azərbaycan dövlətinə müraciət edirəm: xahiş edirəm, qalan oğ...şları buraxmayın, sizdən rica edirəm, onlar Ermənistan Respublikasının düşmənləridir!"
– deyə Natali Aleksanyan vurğulayıb.

Xatırladaq ki, Azərbaycan hökuməti bu ilin əvvəlində humanistlik göstərərək 4 erməni məhkumu Ermənistana təhvil verib. Bunlar Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekjyan idi.
Vaqif Xaçatryan Birinci Qarabağ Müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımında iştirak etməkdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə mühakimə olunmuş, ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. 
Meşəlidə törədilən həmin soyqırımı zamanı ümumilikdə 27 nəfər azərbaycanlı qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
Hazırda Azərbaycan həbsxanalarında bir sıra erməni cinayətkarlar müxtəlif müddətə çəza çəkir. Bunlar Azərbaycana qarşı hərbi təcavüz nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətmiş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Vasili Beqlaryan, Qurgen Stepanyan, Levon Balayan və Erik Qazaryandır.
5 fevral 2026-cı ildə Bakı Hərbi Məhkəməsi onlara müxtəlif hökmlər oxuyub.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri