Icma.az
close
up
RU
Erməni lobbisi ABŞ dan qovulur, bu ölkəyə köçür

Erməni lobbisi ABŞ dan qovulur, bu ölkəyə köçür

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqtonda Ağ Evin siyasətinə əvvəlki təsir imkanlar daralır, Parisdə isə erməni diasporasının yeni siyasi mərkəzi formalaşdırılır

Erməni diasporasının son aylardakı fəallığı diqqətçəkən bir mənzərə ortaya qoyur: ABŞ-da onilliklər ərzində formalaşdırılmış lobbiçilik modelinin qarşısına yeni problemlər çıxır, Ermənistan isə diasporanın fəaliyyətini yalnız Amerikaya bağlamamaq üçün Avropaya doğru genişlənməyə çalışır.Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu prosesin mərkəzində Fransa hakimiyyəti dayanır.
Hələ aprel ayında Parisdə keçirilən Diasporanın Milli Səfərbərliyi Konfransı bunun təsadüfi olmadığını göstərir. Tədbirdə dünyanın 26 ölkəsindən erməni lobbisinin 150-dən çox nümayəndəsi iştirak edib. Ötən ay keçirilən onlayn toplantında isə ayrıca internet platformasının yaradılması qərara alınıb. Saytın təqdimatında məqsəd yalnız Paris toplantısının materiallarını arxivləşdirmək deyil. Burada çıxışlar, dəyirmi masa müzakirələri, bəyanatlar və sonrakı təşəbbüslər bir mərkəzdə toplanacaq. Yəni söhbət mərkəzi Paris olmaqla müxtəlif ölkələrdə yaşayan erməniləri vahid siyasi və ideoloji platformasının yaradılmasından gedir.
Bəs niyə məhz indi?

Çünki ABŞ-da erməni diasporasının özünü ən güclü hiss etdiyi məkanlardan biri olan Kaliforniyada belə son hadisələr icmanın təhlükəsizlik və gələcək barədə narahatlığını artırıb. Avqustun sonlarında Los-Anceles ətrafındakı erməni icmasının əsas mərkəzlərindən biri olan Qlendeyldə ermənilərə qarşı təhqiramiz vərəqələr yayılıb. Polis hadisəni “nifrət motivli insident” kimi araşdırır. Vərəqələr qatlanmış 100 dollarlıq əskinas formasında hazırlanıb və açıldıqda ermənilərə qarşı təhqiramiz ifadə ortaya çıxıb.
Hadisənin məhz məktəbin ətrafında baş verməsi isə xüsusi rezonans doğurub. Çünki həmin günlərdə məktəbdə Qərbi erməni dili üzrə ikidilli immersiya proqramına başlanılıb. Beləliklə, erməni diasporası üçün yalnız siyasi deyil, mədəni və dil məsələsi də ABŞ-da yeni çağırışlarla üz-üzə qalır. Əlbəttə, bir neçə vərəqə hadisəsinə əsaslanaraq ABŞ-ın erməni diasporası üçün artıq təhlükəli ölkəyə çevrildiyini demək düzgün olmaz. ABŞ hələ də erməni lobbisinin ən mühüm siyasi dayaqlarından biridir. Məsələn, “Armenian National Committee of America”nın(ANCA) hələ də açıq şəkildə ABŞ siyasətinə təsir göstərməyi və erməni-amerikan icmasının siyasi prioritetlərini irəli aparmağı əsas məqsədlərindən biri kimi göstərir.
Lakin başqa bir proses də göz qabağındadır: erməni diasporası öz siyasi imkanlarını yalnız Vaşinqton və Los-Anceles xətti ilə məhdudlaşdırmaq istəmir.
Paris bu baxımdan daha əlverişli platformaya çevrilir. Fransa uzun illərdir erməni diasporasının ən güclü Avropa dayaqlarından biri hesab olunur. Parisdə keçirilən konfransın mahiyyəti də bunu göstərir: məqsəd ayrı-ayrı icmaların fəaliyyətini birləşdirmək, ümumerməni siyasi gündəliyi yaratmaq və diasporanın imkanlarını daha sistemli şəkildə səfərbər etməkdir.

Başqa sözlə, erməni diasporası Vaşinqtondakı imkanlarını itirmək istəmir, amma artıq yalnız ABŞ-a arxalanmağın kifayət etmədiyini də anlayır. Parisdə yaradılan yeni platforma məhz bu ehtiyacın nəticəsi kimi görünür. Bu isə Azərbaycan üçün də diqqətdən kənarda qalmalı proses deyil. Çünki söhbət sadəcə ermənilərin diaspor fəaliyyətindən yox, müxtəlif ölkələrdəki siyasi, ictimai və lobbiçilik resurslarının vahid gündəlik ətrafında daha koordinasiyalı şəkildə birləşdirilməsindən gedir...
/Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri