Icma.az
close
up
RU
Ancelina Coli başqa ölkəyə köçür

Ancelina Coli başqa ölkəyə köçür

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Hollivudun kino sənayesi və öz karyerası ilə vidalaşmağa hazırlaşan amerikalı aktrisa Ancelina Colinin ABŞ-ı tərk etmək niyyətinin səbəbi məlum olub.
Reyting.az
-ın məlumatına görə, Ancelina Coli ilə Hollivudun digər ulduz aktyoru Bred Pittin boşanma prosesi başa çatsa da, həllini tapmayan məsələlər var. Çünki amerikalı məşhurlar indiyə qədər bütün əmlakların bölünməsi ilə bağlı razılaşma əldə edə bilməyiblər.
"RadarOnline" yazır ki, bu işlər də "qapalı" görülür və müəmmalı məqamlar artdığı üçün ulduz aktrisa ölkə xaricində yeni bir ünvan seçib.
İnsayderlər bildirib ki, məlumatlar dəqiqdir və kino ulduzu Ancelina Colinin çox yaxın gələcəkdə ABŞ-ı tərk edəcəyi heç də şişirdilmiş xəbər deyil.
Aktrisa Fransanın paytaxtı Paris şəhərində məskunlaşmaq niyyətindədir.
İnsayderin dediyinə görə, bunun səbəbi həm də ekoloji problemlərdir, çünki kino ulduzu Hollivudun zəhərli atmosferində çətinlik çəkir. Bundan əlavə, onun yaxın sənətçi dostlarının əksəriyyəti Fransada yaşayır, o cümlədən də yaxın dostu Salma Hayek.
"Paris istənilən şəxsin hüquqi problemlərini həll etdikdən sonra köçmək üçün ən yaxşı yerlər siyahısında demək olar ki, birincidir. Coli isə yenidən başlamağa çalışır. Çünki ABŞ-da stresslər və ruhi iztirablar ömür boyu davam edir", - söyləyən və Coli haqqında nəşrə danışan etibarlı mənbə bildirib.
Digər bir mənbə isə bildirib ki, A. Coli iki ölkədə yaşamağı planlaşdırır. Həmin ikinci ölkə məşhur aktrisanın həyatında böyük rol oynayan Kambocadır. Buna səbəb kimi, Colinin filmoqrafiyasındakı ən mühüm filmlərdən birinin orada lentə alınmasıdır. Eyni zamanda aktrisanın ilk dəfə övladlığa götürdüyü oğlu Maddox məhz orada dünyaya gəlib.
Nəşr qeyd edir ki, Hollivud ulduzları Amerikanı tərk etmək, eləcə də zədələnmiş reputasiyalar, çətinliklərdən sonra sıfırdan başlaya biləcəkləri daha da gözəl, həmçinin sakit bir yaşayış məskəni seçməyi düşünürlər. Hollivud kino ulduzu Conni Depp ilə qalmaqallı məhkəmədən sonra Ember Herd də belə etmişdi. Hətta həbs edilmiş P. Diddi ilə dostluğuna görə, imicinə xələl gəldiyini söyləyən Hollivud ulduzları Eşton Katçer ilə Mila Kunisin də ABŞ-dan köçmək planları var.

Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Yanvar 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri