Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“Erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizmi” məsələləri

“Erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizmi” məsələləri

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mark Mişinin “Qafqazın tarixindən və antitarixindən biri” adlı əsərinin üzərindən təhlil

Məqalədə qoyulan məsələlər Mark Mişinin 2012-ci ildə Moskvada nəşr olunmuş (Одна из историй и антиисторий Кавказа. Москва, издательство «Маросейка», 2012, 156 с.) əsəri üzərindən təhlil olunur. Əsərin təhlil olunmasında başqa bir məqsəd, bəhs olunan problemlə bağlı Rusiya Federasiyasında çap olunan kitabların heç də hamısının erməni mövqeyindən yazılmadığı, daha doğrusu tarixi həqiqətləri olduğu kimi yazmağa cəhd olunduğunu qeyd etməkdir.

Mark Mişinin “Qafqazın tarixindən və antitarixindən biri” adlı əsərində “erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizmi” məsələlərinə yanaşmalar olduqca maraqlıdır. Müəllif əsərdə tarixi hadisələrə obyektiv yanaşmağa çalışmış, bəzi qərb, Rusiya və erməni tarixçilərindən fərqli olaraq tarixi həqiqətlərə daha çox üstünlük vermişdi.

Rusiya və Qərb dövlətləri tərəfindən dünyanın siyasi gündəminə gətirilən, bilavasitə Osmanlı imperiyasına qarşı çevrilən, siyasi mənasından başqa heç bir tarixi və elmi kökü olmayan “erməni məsələsi” (XIX əsrin ikinci yarısı), “erməni soyqırımı” (XX əsrin birinci yarısı) və “erməni terrorizmi” (XIX əsrin ikinci yarısı) kimi problemləri yaradıldığı gündən bu günə kimi öz siyasi mahiyyətini dəyişməmişdi. Bu “problemlər” həm Vətən tarixində, həm Türkiyə tarixində, həm də Rusiya və Qərb tarix elmində də daimə diqqət mərkəzində olub.

Rusiya və qərbin dövlət siyasətində bu “problemlər”, ənənəvi olaraq, əvvəlcə Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına əsasən bir təzyiq forması kimi öz mahiyyətini saxlamaqdadır.

İndiyə kimi gah qabardılan, gah da sükutla qarşılanan “erməni məsələsi” və “erməni soyqırımı” məsələlərinin yalan üzərində qurulduğunu və yuxarıda qeyd etdiyimiz kimi, zaman-zaman Türkiyə dövlətinə qarşı siyasi təzyiq etmək məqsədi daşıması ilə bağlı saysız-hesabsız kitablar yazılıb.

Mark Mişin yuxarıda qeyd olunan “problemlər”ə münasibət bildirməmişdən ilk öncə erməni kinorejissoru S.İ.Paracanovun (yaşadığı illər: 1924-1990-cı illər) fransız qəzeti “Liberason”a (Liberation)” verdiyi müsabiqəsindəki (müsabiqə həmin qəzetin səhifəsində 1988-ci il noyabrın 8 də çap olunmuşdur) erməni xalqına münasibətini misal gətirir. S.Paracanova görə erməni xalqı iki kateqoriyaya bölünür. Birincisi, xalqın mədəniyyətinin daşıyıcısı olduğu missiyanı başa düşən; ikincisi, öz əskikliyini, əxlaqsızlığını göstərən azğınlaşmış, qudurmuş kütlə.

S.Paracanov “azğın, son dərəcə pozğun kütlə”dən bəhs edərkən buraya, hüquqa zidd fəaliyyətlə, eyni zamanda quldurluqla, şantajla, zorakılıqla, insanları oğurlamaqla, siyasi və məişət qətlləri ilə, soyğunçuluq işləri ilə, narkotika ticarəti ilə, terrorçuluqla məşğul olan erməniləri daxil etmişdi. O, azğınlaşmış, qudurmuş ermənilərdən bəhs edərkən, həm də onların etnik mütəşəkkil cinayətkar qruplaşmalar yaratdıqlarını, çirkli pulların yuyulmasının həyata keçirdiklərini də qeyd edib. M.Mişinin fikrincə, ermənilərin bu pozğun kütləsi təsadüfdən-təsadüfə, öz-özünə və daxili səbəblərdən əmələ gəlməmişdi. Ermənilərin fəaliyyəti XIX əsrin ikinci yarısından başlayıb, getdikcə inkişaf etmiş, regionlardan beynəlxalq arenaya kimi genişlənib, arası kəsilmədən davam edib və bu günə kimi davam etməkdədir.

SSRİ-nin dağılmasına qədər Sovet ermənişünasların nəşr olunmuş əsərlərinin heç birində Qafqazda, yaxud hər-hansı başqa bir yerdə ermənilərin qanunazidd və kriminal fəaliyyətlərini yada belə salınmadığını göstərən M.Mişin yazırdı ki, 1991-ci ildən sonra hər şey dəyişdi. İndi ermənilərin azğın kütləsinin aktiv tərəfdarları olan ermənişünasların müəyyən bir hissəsi, yalnış olmasına baxmayaraq, açıq yazır və deyirlər ki, onların beynəlxalq miqyasda qanunazidd hərəkətləri “erməni məsələsi”nin dünya dövlətlərinin həll edə bilməməsinə məcburi cavab kimi dəyərləndirilməlidir. Bununla əlaqədar olaraq M.Mişin, ermənişünasların “Ermənistanın ta qədimdən üçüncü respublikanın qurulmasına qədər tarixi və mədəniyyətinin oçerki” adlı əsərindən misal da gətirir, məsələyə bu cür yanaşmanı erməni diasporlarının əməli olmasını önə çəkir: “Radikal əhval-ruhiyyəli gənclərin üstünlük təşkil etdiyi erməni diasporunun müəyyən dairələri hesab edirdilər ki, erməni məsələsinin mahiyyəti haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaları, eləcə də parlamentlərə və hökumətlərə etdikləri müraciətləri fəaliyyətin passiv formasıdır və arzu edilən nəticəni verə bilməz; onlar güman edirdilər ki, elə hərəkata başlamaq lazımdır ki, geniş əks-səda doğursun və “erməni soyqırımı” probleminə yenidən dünyanın diqqətini cəlb etsinlər” (Саркисян Г.Х., Худавердян К.С. и Юзбашян К.Н. Потомки хайка. Очерк истории и культуры Армении с древнейших времен до становления Третьей республики. Ереван, Армянская энсиклопедия,1998. s. 271).

M.Mişin erməni kilsə, partiya və diasporunun himayəsi ilə davam edən “erməni məsələsi” və “erməni soyqırımı” məsələsini bir erməni medalının iki üzü olduğunu qeyd edir. Müəllif – kilsə, partiya və diaspor – bu üçlüyü ermənilərin ilhamvericisi, təşkilatçısı və ideya rəhbəri hesab edir və yazır ki, “erməni məsələsi” üçün ilkin şərait, hələ XVIII əsrdə Osmanlı imperiyasında İstanbulun erməni maliyyə aristokratiyasının ermənilərə rəhbərlik etməsi ilə yaranmağa başlamışdı. Bununla belə “erməni məsələsi” XIX əsrin sonu – XX əsrin əvvəllərində meydana gələn “şərq məsələsi”nin tərkib hissəsini təşkil edir. “Erməni soyqırımı”na gəldikdə isə, bu məsələ, yalnız 1915-ci ildən sonra meydana çıxmış, əvvəlcə Osmanlı imperiyasına, sonra isə Türkiyə Respublikasına təzyiq vasitəsinə çevrilmişdi.

Tarixi sənəd və materiallardan məlumdur ki, Osmanlı imperiyasında erməni-xristianlar azad, rahat və razı yaşamışdılar. XVII əsrdə yaşamış erməni səyyahı Simyon Lexasi Osmanlı imperiyasında öz dindaşlarının-həmtayfalarının yanında yaşamış və sonra özünün “Yol qeydləri” adlı əsərində yazmışdır ki, ermənilər Osmanlı imperiyasının bütün ərazisində sərbəst hərəkət etməklə yanaşı, həm də öz dinlərinə ibadət edə bilirdilər. Özlərinin İstanbulda, Yerusəlimdə və Kilikiyada ali yepiskopları var idi. Onlar Osmanlı dövlətində yüksək vəzifələr tutur və istədikləri yerdə yaşaya bilirdilər (Симеон Лехаци. Путевые заметки. Восточная литература. Москва, 1965).

M.Mişin ermənilərin Osmanlı imperiyası əleyhinə çıxışlara başlamasını onların “erməni məsələsi”dən qidalanması ilə əlaqələndirir. Bu məsələ birinci dəfə olaraq 1878-ci ildə (iyun-iyul ayları) Berlin konqresində (“erməni məsələsi” ilk olaraq 1878-ci ilin fevral ayında Rusiya ilə Osmanlı arasında San Stefano sülh danışıqlarında siyasət meydanına çıxıb-V.Ş.) gündəmə gəlmiş Osmanlı imperiyasının süqut etməsi ilə qüvvədən düşmüşdür. Lakin bu fəaliyyət indi “erməni soyqırımı” ilə bağlıdır və bu qondarma “soyqırım” vaxtaşırı Qərb və Rusiya dövlətləri tərəfindən Türkiyə Respublikası əleyhinə istifadə edilməkdədir.

M.Mişin yazır ki, zaman-zaman ermənilərin qanunazidd fəaliyyətinin meydana çıxması bir neçə mərhələdən keçmişdir: birincisi, XIX əsin ikinci yarısında Osmanlı imperiyasında yaranması; ikincisi, həmin əsrin sonlarında erməni siyasi təşkilatlarının, ilk növbədə “Daşnaksütyun” partiyasının yaradılmasından sonra aktivləşməsi. Eyni zamanda prosesə erməni kilsəsinin və erməni diasporunun aktiv qoşulması, yəni erməni üçlüyünün (kilsə-partiya-diaspor) meydana çıxması; üçüncüsü, onun XX əsrin başlanğıcında geniş yayılması; dördüncüsü, 1915-ci il “erməni soyqırımı”ndan sonra onun qüvvətlənməsi; beşincisi, XX əsrdə müxtəlif ölkələrdə rəsmi akkreditə olunmuş Türkiyənin diplomatik nümayəndələrinə qarşı ardıcıl terror aktlarını həyata keçirən erməni cinayətkar təşkilatların yaradılması.

M.Mişinin fikrincə, erməni terrorçuları yalnız türk diplomatlarına qarşı deyil, daha geniş fəaliyyət göstəriblər.

Beləliklə, “erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizimi” Rusiyanın, xüsusən də Qərb dövlətlərinin (Fransa, İngiltərə və Amerika) Osmanlı imperiyasına, daha sonra isə Türkiyə Respublikasına qarşı apardıqları məkrli siyasətlərinin nəticəsi olaraq mərhələ-mərhələ yaranmışdı...

Vaqif ŞİRİNOĞLU

Tarix elmləri doktoru

Ardı var...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Dekabr 2024 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri