Icma.az
close
up
RU
Erməni terrorizmi yeni hədəf axtarışında

Erməni terrorizmi yeni hədəf axtarışında

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin kökləri erməni tarixinin bəzi məqamlarını nəzərə almağı zəruri edir. Təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi, ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. 

Təsadüfi deyil ki, terrorçuluq dünyada erməni mövcudluğunun bir əsası kimi müyyənləşdirilir. Əlbəttə erməni terrorizminin çox qaranlıq tarixi məqamları var. Xüsusilə qeyd olunmalıdır ki, bu terror təşkilatları beynəlxalq aləmdə yaranan ictimai-siyasi şəraitdən məharətlə istifadə edərək öz niyyətlərini həyata keçirmişlər.  XX əsrin əvvəllərində erməni terror təşkilatları (daşnaklar) tərəfindən Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərinin görkəmli nümayəndələrinin, xaricdəki türk diplomatlarının qətlə yetirilməsi və digər qanlı hadisələr hər birimizə məlumdur.  

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxsaylı insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmişdir.

Hay terrorunun xronikası: Qarabağ münaqişəsi zamanı ilk terror aktlarından biri 1989-cu il sentyabrın 16-da Tbilisi–Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu Ermənistan xüsusi xidmət orqanları tərəfindən partladıldı. Nəticədə 5 nəfər öldü, 25 nəfər yaralandı. O vaxtdan etibarən Azərbaycana qarşı erməni terrorunun coğrafiyası və miqyası daha da genişləndi. 1991-ci il mayın 30-da Dağıstanın Xasavyurt stansiyası yaxınlığında Moskva–Bakı qatarı partladıldı. Nəticədə, 11 nəfər həlak oldu, 22 nəfər yaralandı. 1991-ci il sentyabrın 8-də Ağdam–Xocavənd marşrutu ilə hərəkət edən sərnişin avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər həlak oldu, 34 nəfər yaralandı. Azərbaycanın istintaq orqanları terror aktını törədənlərin Volodya Xaçaturyan, Saro Yeremyan, Saşa Çalyan və Armo Arustamyan olduğunu sübut etdi. 

Həmin gün erməni quldurları Ağdam–Qaradağlı sərnişin avtobusunu atəşə tutdular. Nəticədə 8 nəfər öldü, 42 nəfər müxtəlif bədən xəsarətləri aldı. 1992-ci il yanvarın 8-də Türkmənistandan “Krasnovodsk–Bakı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər xəsarət aldı. 1993-cü il fevralın 28-də Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında “Kislovodsk–Bakı” sərnişin qatarı partladıldı, 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. 

1993-cü il iyunun 2-də Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəydi. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etdi. İstintaq zamanı sübuta yetirildi ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törədib...

Qeyd etdiyimiz bu faktlar erməni terrorçularının Azərbaycana qarşı həyata keçirdikləri terror aktlarının kiçik bir hissəsidir. Eyni zamanda, Azərbaycan tərəfində bütün cinayətlərin Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının və diasporun fəal iştirakı ilə erməni terrorçuları tərəfindən törədilməsinə dair təkzibolunmaz sübutlar var. 

Ermənistanın terror dövləti olmasını erməni alim bu günlərdə söylədiyi sözlərlə bir daha təsdiqləyib.  “Ən əhatəli, sistemli və məqsədyönlü erməni ədalətli qisasının alternativi olmamalıdır, çünki bu, təkcə bizim şərəfimiz deyil, həm də nəsillərimizin təhlükəsizliyi məsələsidir”. Bu sözlər sıravi bir erməninin deyil, Ermənistandakı akademik dairələrin tanınmış nümayəndəsinə – iranşünas Vardan Voskanyana məxsusdur. Əgər yuxarıdakı sitatı hələ də mücərrəd şüar kimi qəbul etmək olarsa, o zaman Voskanyan açıq hədələrə keçir, faktiki olaraq, Azərbaycan vətəndaşlarına qarşı terror aktlarına çağırır. Voskanyanın təbirincə desək, Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı, guya, beynəlxalq səviyyədə tanınmış müharibə qaydalarını pozduğu üçün belə hərəkətlərə haqq qazandırır. Yəni uydurma “mənəvi qisas” adı altında birbaşa azərbaycanlıların öldürülməsinə çağırış edilib. Ona görə də Voskanyanın təhdid və çağırışlarına ciddi yanaşmaq lazımdır. Üstəlik, son vaxtlar Ermənistanda Azərbaycana və onun vətəndaşlarına qarşı ittiham və təhdid dalğası sürətlə artmaqdadır.

Məlumatlı mənbələr hazırda Ermənistanda terror aktlarına intensiv hazırlıq getdiyini yazır. “VOMA”, ASALA, daşnaklar ölkəmizə qarşı terror müharibəsi üçün fəal şəkildə “müvafiq profilli mütəxəssislər” hazırlayırlar. Ermənistan ərazisində başqa terror qruplaşmaları da formalaşır və onların əksəriyyətinə Paşinyan hökuməti nəzarət etmir. Əslində, Ermənistan gözümüzün qabağında ikinci Livana çevrilir. Lakin Azərbaycanın öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək üçün həm resursları, həm də hüququ var. Əgər Ermənistan ərazisindən birbaşa təhlükə yaranarsa, Azərbaycan özünümüdafiə məqsədilə terrorçulara qarşı məqsədyönlü hərbi əməliyyatlar həyata keçirə bilər. 

Ermənistanda terror qruplaşmasının yeni hədəflər müəyyən etməsi, Azərbaycanda, eyni zamanda, xaricdə ölkəmizin vətəndaşlarına qarşı planlaşdırmaq istədikləri  terror hadisələrinə çağırışlar artmaqdadır.  Ölkəmizə qarşı hər hansı bir təhlükə yaranarsa,  Ermənistanda fəaliyyət göstərən bu terror qruplaşmalarını məhv etmək üçün Azərbaycan hansı addımları ata bilər? 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov XQ-yə bildirdi ki, Ermənistan daim terrorçuluqdan yararlanan və terroru rəsmi şəkildə dövlət siyasəti halına gətirən bir ölkədir. Bütovlükdə biz elə Ermənistan terror dövlətidir ifadəsini işlədəndə Hayastanın terroryönümlü ölkə olması və qlobal terrorizmi dövlətin əsas ictimai-siyasi ideololi xətti kimi müəyyənləşdirməyini hər zaman nəzərdə tutmuşuq. Revanşistlərdən sonrakı dövrdə Nikol Paşinyan hakimiyyəti liberal maskası taxsa da, reallıqda terrorçuluq qafasını və mahiyyətini daşımaqda davam edir. 

Politoloq əlavə edib ki, bu gün Paşinyan tərəfindən atılan addımlar Ermənistanın hazırki hakimiyyətinin rasional siyasi qərarlar qəbul edə bilməməyi, eyni zamanda, ölkədə terrorçu və revanşist əhval-ruhiyyənin hələ də Ermənistan ictimai rəyində avanqard olmağına çalışması bizim hansı təhlükələr ilə üz-üzə olduğumuzu növbəti dəfə göstərir. Əlbəttə ki, Azərbaycan Ermənistana bu terrorçu təşkilatlar tərəfindən Azərbaycan əleyhinə səsləndirilən fikirlər, ittihamlar ilə bağlı praktiki addımlar atılmağını söyləyə bilər. Və bununla bağlı Ermənistana bir çox çağırışlar edilib. Eyni zamanda, Ermənistanda “VoMa”, “Daşnaksütyun” və sair terror qafalı təşkilatlara qarşı bu günə qədər beynəlxalq reaksiya da adekvat olmayıb. 

Əfsuslar olsun ki, bundan sonrakı dövrdə də beynəlxalq reaksiyanın hər hansı bir formada Ermənistana təzyiqlər göstərəcəyini güman etmirəm. Amma hesab edirəm ki, Azərbaycan öz imkanları ilə Ermənistanın bu terrorçu təşkilatlara himəyadarlıq etməyinin qarşısını ala bilər və zamanı gəldikdə qəti addımlar atılacaqdır. Gələcəkdə sülh müqaviləsi ilə bağlı danışıqlarda bu tip təşkilatların fəaliyyətinin dayandırılması ilə bağlı Ermənistan qarşısında bir tələb də qoyula bilər. 

Rəsmi İrəvanın həm daxili, həm də xarici siyasətdəki uğursuzluqları fonunda revanşizm Ermənistan cəmiyyətində ictimai fikrin əsas bazası kimi qalmaqda davam edir. Əslində, Ermənistan hakimiyyəti də revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır. Bu meyillərdən ruhlanan terrorçu qruplaşmalar da yeni hədəf axtarışındadır və məqsədlərini də açıqlayıblar. Hayastandakı terror qruplarına Paşinyan hökuməti nəzarət edə bilmir. 

Əlbəttə, bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öz məsuliyyətini hiss etməsi üçün dəfələrlə səsləndirdiyi “Dəmir yumruq” ifadəsini xatırlatmaq yerinə düşər. “Dəmir yumruq” bu gün də yerindədir! Ermənistan  yaxın tarixi keçmişindən dərs almalıdır. Sonra gec olacaq. 

Azər MUSTAFAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see385

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see309

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see279

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see263

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see256

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see250

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see249

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see244

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see241

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see236

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see225

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see205

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see204

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see200

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see199

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see195

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see187

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see184

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see177

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri