Icma.az
close
up
RU
Erməni miflərini dağıdan reallıq İrəvan Bakının sülh planını qəbul etdi

Erməni miflərini dağıdan reallıq İrəvan Bakının sülh planını qəbul etdi

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş, Cənubi Qafqazın gələcəyi baxımından mühüm diplomatik hadisə kimi tarixə düşdü. Görüşün təşəbbüskarının məhz Azərbaycan olması prosesə kimin rəhbərlik etdiyini açıq şəkildə ortaya qoyur. Bu dəfə görüşün yeri də Azərbaycan tərəfindən müəyyən edilib və Ermənistan üçüncü tərəfin iştirakı olmadan ikitərəfli formatda danışıqlara razılıq verib. Bu yanaşma Azərbaycanın danışıqlarda təkcə iştirakçı yox, istiqamətverici rolunu qəbul etdirdiyini göstərir.

İllərdir davam edən münaqişənin ardınca sülh prosesində Ermənistanın ilk dəfə bu qədər açıq şəkildə Azərbaycanın təklif etdiyi konsepsiyanı qəbul etməsi regionda dəyişən güc balansının göstəricisidir. Ermənistan rəhbərliyi anlayır ki, bundan sonra sülhə doğru atılan hər bir addım Azərbaycanın təqdim etdiyi hüquqi və siyasi çərçivə daxilində mümkün olacaq. Bu, Azərbaycanın illər boyu qurduğu sistemli və strateji diplomatiyanın real nəticəsidir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakupost.az -a açıqlamasında bildirib ki, danışıqların formatı məhz Azərbaycan Prezidentinin milli maraqları ehtiva edən və beynəlxalq hüququn aliliyinə söykənən metodologiyasına əsaslanır:


"Azərbaycan və Ermənistan arasında normallaşma prosesində dialoqun və qarşılıqlı etimad mühitinin formalaşmasının daha effektiv formada həyata keçirilməsi üçün Azərbaycanın təklif etdiyi vasitəçisiz müzakirələrin Əbu-Dabidə davam etdirilməsi və Ermənistanın da bunu əvvəlki dövrlərdən fərqli olaraq səmərəli format kimi qəbul etməsi özlüyündə kifayət qədər müsbət meyillərdir. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni razılaşdırıldıqdan sonra bu müqavilənin imzalanması üçün bəzi obyektiv reallıqların təmin olunması Bakı tərəfindən qəti şərt kimi irəli sürülür. Azərbaycan sülh müqaviləsinin formal normativ bazisə çevrilməməsi üçün Ermənistan konstitusiyasının ölkəmizə ərazi iddialarını ehtiva edən müddəalardan təmizlənməsini, habelə artıq uzun illərdir ki, heç bir funksiyaya malik olmayan və yalnız bölgədə artıq başa çatmış münaqişənin davamlılığına xidmət göstərmiş ATƏT-in Minsk qrupunun ləğvini tələb edir. Eyni zamanda biz Ermənistanın daha öncə kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların - Zəngəzur dəhlizinin açılmasına regionda dayanıqlı sülhün və sabitliyin təməl şərtlərindən biri kimi baxırıq. Əbu-Dabidə Azərbaycan və Ermənistanın rəhbərlərinin nəticəyönlü dialoqun davam etdirilməsi barədə razılığa gəlməsi qeyd olunan istiqamətdə əməli razılıqların əldə olunma ehtimallarını daha da artırır.

Bu gün birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan və Ermənistan tarixin heç bir dövründə olmadığı qədər yekun sülhə yaxındır. Xüsusən Əbu-Dabidə keçirilən son müzakirələr fonunda tərəflərin dialoqa sadiqlik ifadə etməsi və ötən dövrdə əldə olunan müsbət meyillərin davam etdirilməsi iradəsinin göstərilməsi deyilənləri bir daha təsdiq edir. İndiki məqamda yeganə tələb İrəvanın mifik iddialardan əl çəkməsi, regionda yaranan reallıqları olduğu kimi qəbul etməsidir".

Görüşün mühüm məqamlarından biri də Zəngəzur dəhlizinin işə salınması ilə bağlı müzakirələrin aparılması olub. Bu məsələ Azərbaycanın təkcə daxili kommunikasiya imkanları deyil, həm də regiondakı geoiqtisadi mövqeyinin güclənməsi baxımından həyati əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi həm Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin təmin olunması, həm də Türk dünyasını birləşdirən strateji yolun açılması baxımından xüsusi önəm daşıyır. Bu, Azərbaycanın regional güc mərkəzinə çevrilməsinin göstəricisi və eyni zamanda Ermənistanın regional təcriddən çıxması üçün şansıdır. İlham Əliyevin liderliyi bu prosesdə açıq və qətiyyətli şəkildə hiss olunur. Onun siyasi təcrübəsi, prinsipial mövqeyi və milli maraqlara söykənən qərarları Azərbaycanı həm müharibədə, həm də sülh prosesində qalib tərəfə çevirib. Məhz onun rəhbərliyi ilə Azərbaycan dövləti sülh danışıqlarında təşəbbüskar rolunu qoruyur.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, razılaşdırılmış məsələlər daha çoxdur:


"Həm Ermənistan tərəfdən, həm də bizim Xarici İşlər Nazirliyindən verilən açıqlamalar demək olar ki, bir-birinə oxşar şəkildə tərtib olunub. Bu da onu göstərir ki, açıqlanan mövzular, hətta mətn bu və ya digər şəkildə əvvəlcədən müzakirə olunub. Həmin müzakirələr əsasında biz oxşar mətnlər görmüşük. Bütün bunlar onu göstərir ki, digər mövzulara dair də geniş fikir mübadiləsi aparılıb və hansısa razılaşmalar istisna olunmur. Amma ümumi razılaşma mövzusu mövcuddursa, onun konkret müzakirəsi hələ də davam etməlidir. Məhz buna görə əminəm ki, razılaşdırılmış hansısa mövzular hələ də gizli saxlanılır. Çox müsbət haldır ki, bu görüşün ümumi əhval-ruhiyyəsi müsbətdir və beynəlxalq ictimaiyyətə konstruktiv mesajlar verir."

Politoloq Oktay Qasımovun fikrincə, Əbu-Dabi görüşündə diqqətçəkən məqam, tərəflərin 10 aylıq fasilədən sonra yenidən geniş heyətlə bir araya gəlməsidir:

"Hesab edirəm ki, burada ən vacib müzakirə mövzularından biri Zəngəzur dəhlizinin açılması məsələsi olub. Çünki sülh müqaviləsi üzrə razılıq əldə olunsa da, onun imzalanması ilə bağlı obyektiv səbəblər mövcuddur. Gedişatlar da məhz bundan qaynaqlanır. Bu da Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın şərtlərinin hələ də tam yerinə yetirilmədiyini nəzərə alsaq, bu məsələnin bu il ərzində həllini tapması çətin görünür. Ancaq Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial anlaşma əldə oluna bilər.

Həmçinin nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları da həm Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında, həm də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, böyük ehtimalla burada dəhlizin açılması və iş rejimi prinsipləri müzakirə olunub. Azərbaycan üçün isə çox vacibdir ki, əvvəldən razılaşdırılmış qaydada Azərbaycandan Naxçıvana yol təhlükəsiz və maneəsiz olsun. Amerikanın bir şirkəti dəhlizə nəzarət prosesində iştirak etmək istəyir. Şübhəsiz ki, burada daha çox Ermənistanın verəcəyi qərar önəmli olacaq. Amma görünən odur ki, Ermənistan Rusiyanın dəhlizə nəzarət etməsini istəmir və çox güman ki, ABŞ variantına üstünlük verə bilər. Yəni dəhlizin statusu məsələsinin Ermənistanın suverenliyi çərçivəsində olması Azərbaycanın etiraz etdiyi məsələ deyil. Sadəcə olaraq, bizim əsas tələbimiz maneəsiz və təhlükəsiz keçidin təmin olunmasıdır".

Politoloq hesab edir ki, görüş üçün Əbu-dabinin seçilməsi də kifayət qədər diqqətçəkicidir. Burada bir neçə səbəb var:

"Səbəblərdən biri odur ki, indiyə qədər ənənəvi vasitəçilərdən fərqli bir format təqdim olunur. Yəni indiyə qədər Moskva və Qərb formatları idi. 2023-cü ilin noyabrından etibarən isə ikitərəfli formatda görüşlər keçirilir və bu məkan artıq yeni bir mərhələ kimi simvolik məna daşıya bilər. Birləşmiş Ərəb Əmirliklərinin həm Azərbaycan, həm də Ermənistanla kifayət qədər yaxşı münasibətləri var və tərəflər bu ölkəyə etimad göstərirlər. Mümkün variantlardan biri də odur ki, Amerika Birləşmiş Ştatları görüşün Əbu-Dabidə keçirilməsində maraqlıdır. ABŞ istəyir ki, bölgədə tezliklə sülh müqaviləsi imzalansın, kommunikasiyalar açılsın və bu prosesdə Amerikanın iştirakı ön plana çıxarılsın. Hətta Donald Trampın da çox arzuladığı sülh üzrə Nobel mükafatı namizədliyi məsələsi gündəmə gəlsin".

10 iyul görüşü Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı ola bilər. Hələ sülh müqaviləsi imzalanmasa da, prosesin Azərbaycanın iradəsinə uyğun inkişaf etməsi diplomatik zəfərin davam etdiyini göstərir. Sülh prosesindəki üstünlüyümüz isə təsadüf deyil. Bu, güclü ordunun, xalqın birliyinin və dövlət başçısının iradəsinin nəticəsidir.

Aysel,

BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyul 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri