Icma.az
close
up
RU
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: Hitler olsaydı...

Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: Hitler olsaydı...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, polkovnik-leytenant Artsrun Ovannisyanın mayın 9-da ölkənin İctimai televiziyasında səsləndirdiyi fikirlər Rusiyada böyük narazılıq doğurub.

Globalinfo.az-ın məlumatına görə, Ovannisyan deyib ki, Almaniyanın İkinci Dünya müharibəsində qələbə qazanması Ermənistan üçün daha faydalı olardı.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin polkovnikin çıxışını sərt şəkildə tənqid edib. Səfir Ermənistanın müdafiə naziri Suren Papikyana məktub ünvanlayıb. Məktubda Ovannisyanın çıxışının SSRİ-nin tərkibində Hitlerin ordusuna qarşı savaşan ermənilərin fəaliyyətinə kölgə saldığı bildirilir:

“Hörmətli Suren Rafikoviç, icazə verin, ötən həftə təntənəli şəkildə qeyd etdiyimiz Böyük Vətən müharibəsindəki qələbənin 80 illiyi münasibətilə sizi ürəkdən təbrik edim. Mayın 9-da Ermənistanda keçirilən yubiley tədbirlərinin geniş ictimaiyyət tərəfindən dəstəkləndiyini görmək sevindirici idi. Erməni xalqının qələbə gününə dərin ehtiramı fonunda Müdafiə Nazirliyinin keçmiş rəsmi nümayəndəsi Artsrun Ovannisyanın bu müqəddəs gündə ölkənin əsas televiziya kanalında səsləndirdiyi faşist Almaniyasının təcavüzünə faktiki haqq qazandıran tarixi yalan və küfrləri geniş vüsət alıb.

Böyük Vətən müharibəsinin məşhur komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış marşal Baqramyanın adını daşıyan Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasının Komandir-qərargah İnstitutuna hazırda rəhbərlik edən şəxsin ağzından belə ifadələri eşitmək xüsusilə ağrılı idi. Belə bir əməli Hitlerin SSRİ xalqlarını əsarət altına almaq və məhv etmək planlarına mane olan, eləcə də bəşəriyyəti “qəhvəyi vəba”dan xilas edən qəhrəman əcdadlarımızın xatirəsini ləkələmək cəhdindən başqa bir şey kimi qiymətləndirmək çətindir”.

Ayşən Mustafa
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri