Icma.az
close
up
RU
Erməni saxtakarlıqlarına CAVAB Qərbi Azərbaycan mətbəxi dünyaya səs saldı

Erməni saxtakarlıqlarına CAVAB Qərbi Azərbaycan mətbəxi dünyaya səs saldı

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi Azərbaycan mətbəxinə dair “İrəvan xanlığının bölgə mətbəxi” adlı kitab dünya kulinariya kitabları arasında birinci yeri tutub və bir neçə nüfuzlu qurum tərəfindən də mükafata layiq görülüb. İstanbulda çap olunmuş İrəvan mətbəxinə məxsus 413 yemək növünü əhatə edən kitab milli mətbəximizin dünyada tanıdılması istiqamətində mühüm addımdır.
Qədim Azərbaycan torpağı olan İrəvanın bu gün Ermənistan paytaxtı olduğunu nəzərə alaraq mənfur qonşularımızın tarixi torpaqlarımızda yaşayan azərbaycanlı əhalinin rasionundakı yeməkləri özününküləşdirməyə və “erməni yeməkləri” kimi tanıtmağa çalışmalarına bələdik.
Ona görə də hər zaman Azərbaycanın mədəniyyətini, musiqisini, mətbəxini mənimsəmə cəhdlərini də unutmamalıyıq. İstənilən mövzunu öz mənfəətlərinə çevirmək məharəti olan ermənilərin bu kitabdakı faktları da gələcəkdə mənimsəməməsi üçün nəfis tərtibatda hazırlanmış kitab tarixi köklərə əsaslanır.  
“İrəvan xanlığının bölgə mətbəxi” kitabının müəllifi, Milli Kulinariya Assosiasiyasının rəhbəri  Tahir Əmiraslanov Bizim.Media-ya bildirdi ki, tarixi qaynaqlara və 1500-dən çox etnoqrafik sorğulara əsaslanan, erməni iddialarının əsassızlığını sübuta yetirən bu kitab azərbaycanlıların qədim tarixə malik İrəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir.
 

“O kitabda nəinki hər xörək, hər məzə və ya içki, hətta hər kəlmə əsaslandırılıb. Mən sadəcə yemək resepti yazmıram, mən həm də o yeməklərin mənşəyini, tarixi əsaslarını yazıram. Hər faktı da araşdırıb, tarixə əsaslandırıb təqdim etmişəm, bunun əksini sübut edə bilməzlər”, – deyə o, vurğuladı.


Qeyd edək ki, kitabda həmçinin İrəvan xanlığının mədəni irsini, Azərbaycan mədəniyyətini əks etdirən tarixi şəkillərin – Sərdar Sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlər əks olunub.
T.Əmiraslanov həmçinin diqqətə çatdırdı ki, indiyədək milli mətbəximizə dair 30 kitab nəşr etdirib. Bunların arasında “Mətbəx dastanları” adlı kitab var ki, milli mətbəximizin xörəklərinini necə yaranması hekayətləri topluda yer alır. Kitabın həmçinin Ukrayna dilinə tərcümə olunub.  
Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri