Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Erməni “tarixçi”nin Qərbi Azərbaycan xofu

Erməni “tarixçi”nin Qərbi Azərbaycan xofu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Görəsən, Mikael Malxasyan uydurduğu yalanlara özü inanırmı?

Ötən əsrin 80-ci illərinin sonlarında yüz illərlə yaşadıqları Qərbi Azərbaycan ərazisini tərk etməyə məcbur edilmiş azərbaycanlı əhalinin tarixi yurd yerlərinə qayıdışı məsələsi bu gün həmin torpaqlarda mövcud olan Ermənistan dövlətinin rəhbərliyini bərk narahat edir. Rəsmi İrəvan soydaşlarımızın qayıdış hüququnu tanımaq istəyində olmadığını açıq şəkildə ortaya qoyur. 

Halbuki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda zorla çıxarılmış əhalinin geriyə qayıtmaq hüquqları təsbit olunub. Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış suveren ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlamış Ermənistan BMT Təhlükəsizlik Şurasının bununla bağlı çıxardığı 4 qətnaməyə məhəl qoymadığı kimi, soydaşlarımızın geriyə qayıtmaq hüququna əsaslanmaqla öz yurdlarına qayıtmalarına da etinasız yanaşır.

Ermənistanın digər siyasi qüvvələri, ictimai-siyasi xadimləri, keçmiş dövlət məmurları, politoloq və jurnalistləri də azərbaycanlıların vaxtilə yaşadıqları yerlərə dinc qayıdışı məsələsinə münasibətdə hakimiyyətlə həmrəylik nümayiş etdirirlər. Onlar bu ideyanı, necə deyərlər, top-tüfənglə qarşılayırlar. Xüsusilə, son illərdə Qərbi Azərbaycana qayıdış məsələsinin rəsmi Bakı tərəfindən ardıcıl qaldırılması, bu məsələnin beynəlxalq təşkilatların gündəminə çıxarılması, eləcə də Qərbi Azərbaycan İcmasının aktiv fəaliyyəti qarşı tərəfi əndişələndirib. Ermənilərin isteriyaya düşməsində Qərbi Azərbaycan İcmasının dekabrın 5-də Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda təşkil etdiyi II beynəlxalq konfransın özünəməxsus rolu var. Konfransdan sonra Hayastan mediasında bu istiqamətdə çıxışların sayı artıb. Erməni cəmiyyətinin “başbilənləri” hayları səfərbər olmağa, Qərbi Azərbaycan ideyasını heç bir halda yaxına buraxmamağa səsləyirlər.

Belə müzakirələrdən biri Qarabağ klanına yaxınlığı ilə seçilən “Nyus.am” saytının “Güc faktoru” verilişində aparılıb. İrəvan Dövlət Universitetinin “Ermənistan tarixi” kafedrasının dosenti, tarix elmləri namizədi Mikael Malxasyan azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı “həyəcan təbili” çalıb. Onun sayta müsahibəsi azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının Ermənistan cəmiyyətində doğurduğu rezonansın, ermənilərin bundan təşvişə düşməsinin bariz göstrəricisidir. Malxasyan bildirib ki, Azərbaycan tərəfi bir vasitə tapıb azərbaycanlıları Ermənistana yerləşdirə bilsə, baş verəcək “fəlakət”in miqyasını təsəvvür etmək belə mümkün olmayacaq: “Belə olan təqdirdə, biz, bəlkə də, geridönməz mərhələyə qədəm qoyacağıq və Ermənistanda dəhşətli reallıq hökm sürəcək”.

Tarixçi adlanan şəxs yaşlı nəslin gözləri önündə baş verən yaxın tarixi hadisələri aşkar təhrif edib. Deyib ki, guya, rəsmi Bakının azərbaycanlıların Ermənistandan zorla qovulması ilə bağlı iddiaları tamamilə yalandır: “Əksinə, azərbaycanlılar sovet Azərbaycanında “soyqırımları”na məruz qalan, mülkləri əllərindən alınan (?) ermənilərdən fərqli olaraq, buradan dinc şəkildə, heç bir zərər görmədən getdilər. Sovet Azərbaycanını tərk edən ermənilər özləri ilə heç nə götürə, heç bir əmlak məsələsini həll edə bilmədilər. Hər şeyi apara bilən (?) azərbaycanlılardan fərqli olaraq, sadəcə, xilas olub qaçdılar. Azərbaycanlılar isə sovet Ermənistanını heç bir təzyiq olmadan, öz istəkləri ilə (?) tərk etdilər. Üstəlik, ya mülklərini yerli sakinlərə satdılar, ya da təzminat aldılar”.

Malxasyanın sözlərinə görə, hazırda təhlükənin miqyasını dərk etməmək üçün insanların sayıqlığını azaltmağa cəhd olunur: “Azərbaycan tərəfdən bununla bağlı bəyanatlar veriləndə bizim hökumət rəsmiləri deyirlər ki, fikir verməyin. Bununla da əhalinin sayıqlığını azaltmağa çalışırlar. Deyirlər ki, XXI əsrdə milyonlarla əhalisi olan İrəvanı hansı təhlükə təhdid edə bilər? Bəs Suriya həmin XXI əsrdə yaşamırdı? Yaxud, 3 milyonluq Hələbin əhalisi Ermənistanın bütün əhalisindən çoxdur, lakin Hələb cəmi bir neçə saat ərzində süqut etdi. Azərbaycanda hər hansı erməni toponiminin (?) işlədilməsi qeyri-rəsmi şəkildə qadağan edilib. Azərbaycan Müdafiə Nazirliyi “Vardenis”, “Tavuş”, “Sevan” gölünü erməni adı ilə adlandırmır”.

“World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova XQ-yə bildirdi ki, M.Malxasyanın yanaşması digər radikal erməni millətçilərinin yanaşmasından heç nə ilə fərqlənmir. Onun sözlərinə görə, bu adamlar həmişə olduğu kimi, indi də özlərinin uydurduqları tarixlə yaşayırlar. Hər dəfə yalanlar uydurduqca, beyinlərində yeni-yeni yalanlar peyda olur. Sonra isə həmin yalanları doğru kimi sırımağa uğursuz cəhdlər edirlər. Əvvəlcə öz cəmiyyətlərinə təlqin etdikləri uydurmaları sonradan xaricdəki lobbiçilərinə ötürürlər və onların köməyi ilə dünya miqyasında yaymağa çalışırlar. Nəticədə yalanlar sonradan müxtəlif kitablara daxil edilir, daşlaşır, qəlibləşir və onu tədricən “doğru” kimi qəbul edirlər: “Bu mənada Malxasyanın yanaşması da istisna deyil. Əlbəttə, onun fikirlərinin heç biri həqiqəti əks etdirmir. Bu adam tarixçi kimi iddia edir ki, ­1604-cü ildə I Şah Abbasın vaxtında hansısa “Ararat vadisi”ndən, Naxçıvandan və digər ərazilərdən 600 minədək (?) erməni İrana köçürülüb. Guya, bunun nəticəsində sovet Ermənistanında demoqrafik nöqteyi-nəzərdən erməni əhalisinin “onurğa sütunu” qırılıb. Həmçinin, o, ermənilərin köçürüldükləri yerlərdə Şərqin müxtəlif müsəlman tayfalarının məskunlaşdırıldığını iddia edir. Onun sözlərinə görə, Rusiya imperiyası dövründə müsəlman xalqları “tatar” adlandırıblar. O, həmçinin vurğulayıb ki, 1970-ci il siyahıyaalmasına qədər Bakıda ermənilər və ruslar birlikdə götürüldükdə azərbaycanlılardan üstün olublar. Bilirsiniz, bizim səhvimiz Sovet İttifaqı zamanında ermənilərə yüksək imtiyazlar verməyimiz olub. Ermənilər Azərbaycanda ən yaxşı vəzifələrdə çalışıblar, şəhərlərdə məskunlaşıblar. Xalqımız tərəfindən onlara yüksək münasibət göstərilib. Onlar isə bunun qarşılığını öz nankorluqları ilə ortaya qoydular. Ermənilər hər bir istəklərinin yerinə yetiriləcəyinə o qədər əmin idilər, o qədər arxayınlaşmışdılar ki, son nəticədə Qarabağın dağlıq hissəsinə də iddia etməyə başladılar. Qarabağın azərbaycanlılar üçün, necə deyərlər, qırmızı xətt olduğunu gördükdə isə havadarlarının köməyi ilə silahlı müdaxiləyə əl atdılar”.

Politoloq dedi ki, M.Malxasyanın Bakı ilə bağlı dedikləri də cəfəngiyyatdır. Onun sözlərinə görə, baş verənlər Ermənistanda Qərbi Azərbaycana qayıdışın qarşısıalınmaz proses olduğunu, gec-tez baş verəcəyini dərk etməkdən irəli gəlir. Ancaq onlar unudurlar ki, biz ermənilərdən fərqli olaraq soyqırımları və etnik təmizləmə həyata keçirən xalq deyilik. Humanist dəyərlər Azərbaycan xalqının qanında, canındadır.

Prezident İlham Əliyevin dekabrın 5-də “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirdiyi kimi, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın icmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Cənab İlham Əliyev müraciətdə çox haqlı olaraq qeyd etmişdir ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan icma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Müsahibimiz onu da bildirdi ki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin ictimai televiziyasına müsahibəsində bu məsələdən danışmışdı. Nikol demişdi ki, İrəvanda müasir Türkiyənin bir hissəsi olan və vaxtilə ermənilərin yaşadıqları ərazilərə aid edilən “Qərbi Ermənistan” ifadəsi respublikanın qonşularını qıcıqlandırır: “O, eyni zamanda, Qərbi Azərbaycan ifadəsinin Ermənistanda narazılıq doğurduğunu söyləmişdi. Ancaq bütün azərbaycanlıları öz ərazisindən zorla çıxaran və onların geri qayıtmasına mane olan məhz Ermənistandır. Ermənistan hökuməti, o cümlədən baş nazir Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymur. Digər tərəfdən Paşinyanın açıqlamasından sonra ermənilər arasında Qərbi Azərbaycan isteriyası yaranıb. Tarixçi Ayk Paytyan, Bostonda yaşayan konfliktoloq Artur Martirosyan, politoloq Suren Surenyants, şərhçi Arman Abovyanın fikir və iddialarına görə, tezliklə Ermənistan şəhərlərinin adlarını dəyişməyə və Azərbaycan adlarından istifadə edilməyə başlanacaq. Guya, artıq təhsil ocaqlarında Azərbaycanın maraqlarına uyğun tezislər yayılır və təhsil proqramı “real Ermənistan” iddiası ilə Bakıdan gələn tapşırıqlara (?) uyğunlaşdırılır. Əlbəttə, bütün bunlar cəfəng iddialardır. İndi onlara özünü tarixçi adlandıran Malxasyanın qoşulması tarixi reallıqları dəyişdirməyəcək”.

Politoloq sonda qeyd etdi ki, Qərbi Azərbaycan məsələsi Ermənistan üçün seçim yox, reallıqdır. Azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin edilmədiyi müddətdə Ermənistanın regionda dövlət kimi mövcudluq perspektivi daim sual altında olacaq. Çünki Cənubi Qafqazda pozulan tarixi ədalət bərpa edilməlidir. Bölgəmizə yalnız bundan sonra uzunmüddətli sülh və sabitlik gələ bilər. Ermənilərin “başbilənləri” bu reallığı anladıqları üçün isteriyaya qapılırlar.

Səxavət HƏMİD 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri