Icma.az
close
up
RU
Erməni separatçılara bu il hökm oxunacaq TARİX

Erməni separatçılara bu il hökm oxunacaq TARİX

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan dövləti və xalqına qarşı çoxsaylı ağır cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi 2025-ci ildə davam etdi. Artıq məlumdur ki, prokuror onlara ağır cəzalar istəyib. Bəs 2026-cı ildə prosesdən gözləntilər nədir? Məhkəmə istintaqı daha nə qədər sürə bilər? Bu ilin ortalarına, tutaq ki, Ermənistanda parlament seçkilərinədək müttəhimlərə hökm oxunması mümkünmü? 2025-in yekunu nə deyir?

Bəllidir ki, Rusiya desantı, erməni milyarder Ruben Vardanyanın cinayət işi ayrıca icraata götürülüb. Onunla bağlı proses də eyni vaxtda yekunlaşacaq, yoxsa...

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, ötən il boyunca separatçıların üzərində davam edən məhkəmə araşdırmaları Azərbaycan tarixində ən ağır cinayət işlərindən biridir: “Bu şəxslər 30 ildən artıq Azərbaycan dövlətinə və xalqına qarşı terror, hərbi cinayətlər və insanlığa zidd əməlləri törətməkdə ittiham olunublar. Artıq onların çoxcildli cinayət işi üzrə məhkəmə prosesi sona yaxınlaşır. Prokurorların ittiham çıxışları, tələb edilən ağır cəzalar göstərir ki, məhkəmə istintaqı faktiki olaraq tamamlanma mərhələsinə qədəm qoyub. 2025-ci ilin yekunları göstərdi ki, istintaq artıq sübut toplama mərhələsini çoxdan keçib. Şahid ifadələri, sənədlər, beynəlxalq hüquqa uyğun təsnifatlar məhkəməyə təqdim edilib. Bu mərhələdə prosesin uzanması artıq hüquqi zərurətdir”.

Cavad Cavadov deyib ki, belə işlərdə hökmün gecikdirilməsi nadir haldır: “Müdafiə tərəfi, ittiham tərəfi artıq mövqelərini ortaya qoyublar. Bu isə onu deməyə əsas verir ki, 2026-cı ilin birinci yarısında hökmün oxunması realdır”.

Cavad Cavadov deyib ki, Azərbaycan məhkəməsində mühakimə olunan şəxslər separatçılardır, xüsusilə regionda və Ermənistanda gözlənilən siyasi proseslər, o cümlədən parlament seçkiləri hökmün oxunmasını daha da aktuallaşdırır: “Amma burada vacib nüans var - Azərbaycan hüquq sistemi müstəqildir. Aydındır ki, seçkilər ərəfəsində oxunan hökm həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq auditoriyaya ünvanlanan mesaj ola bilər”.

Cavad Cavadov deyib ki, Ruben Vardanyanın məsələsinin isə tamam fərqli müstəvidə olduğunu vurğulayıb: “Onun işinin ayrıca icraata götürülməsi ilə artıq göstərir ki, Vardanyan sıradan müttəhim deyil. O, həm maliyyə şəbəkələrinin, həm Rusiya siyasi dairələrinin, həm də separatçı strukturun simvoludur. Bu səbəbdən ehtimal etmək olar ki, əsas separatçı qrup üzrə hökm daha tez oxuna bilər, Vardanyan işi isə ya bir qədər uzadılacaq, ya da ayrı, daha nümayişkaranə hökm mərhələsi ilə yekunlaşacaq. Bu, hüquqi baxımdan da məntiqlidir. Vardanyanın əməlləri təkcə Azərbaycan Cinayət Məcəlləsi ilə yox, beynəlxalq maliyyə cinayətləri və müharibənin maliyyələşdirilməsi kontekstində də qiymətləndirilə bilər”.

Cavad Cavadov deyib ki, 2026-cı il separatçılara hökm oxunması baxımından həlledici görünür: “Separatçılara veriləcək cəza daha çox tarixə yazılan hüquqi akt olacaq”. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri