Icma.az
close
up
RU
Erməni vandalizmi: Rusiya və Sovet höküməti tarixində ilk metro terroru 48

Erməni vandalizmi: Rusiya və Sovet höküməti tarixində ilk metro terroru 48

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yer üzünün əhriməni" adlandırılan hayların dinc insanlara qarşı törətdiyi  növbəti vandalizmdən 48 il ötür.

Adalet.az xəbər verir ki, sovet hökümətinin “kəsakəs” vaxtı - 1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə törədilən qanlı terror hadisəsini erməni terrorçularının planladığı və reallaşdırdığı təsdiqləndi. İzmayılov” və “1 May” stansiyaları arasında baş verən partlayışda 7 nəfər (qeyri-rəsmi məlumatlarda ölü sayının 29 nəfər olduğu deyilir) həlak olur, 40-a yaxın insan yaralanır. Hadisənin şokundan çıxa bilməyən şahidlərdən biri də partlayan qatarın maşinisti Vladimir Dmitriev idi. O, mediaya açıqlamasında söyləyir ki, vaqondan qaçaraq çıxdım:"Yerdə çoxlu qan təbəqəsi var idi, səpələnmiş əşyalar, şikəst insanlar, qan, iniltilər. 12-13 yaşlı uşaq qara idman kostyumunda xizəkdə uzanmışdı - Qadın qanlı əllərini yelləyirdi. Baxmaq qorxulu idi..."
 

Bundan sonra şəhərin müxtəlif hissələrində Bauman rayonundakı 15 saylı mağaza və oktyabr küçəsində 3 terror aktı həyata keçirildi.  Sovet rəhbərliyini şoka salan bu terror aktları həmin dövr üçün heç də adi hadisə kimi qarşılanmırdı.
Terrorun təşkilatçısı Stepan Zatikyan "Ermənistan Vahid Milli Partiyası"nın rəhbərlərindən biri olub. Yerevana qaçarkən qatarda saxlanılan fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan Stepan Zatikyan həbs edilib. Məhkəmə zamanı baş terrorçu,  erməni Zatikyançıxış edərək özünə haqq qazandırmağa çalışır: “Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır”.

İstintaq məlumatlarından məlum olur ki, Zatikyan 1968-ci ildə sovet rejimi əleyhinə təbliğat apardığına görə həbs edilmişdi. 1972-ci ildə həbsxanadan çıxmış və fəhlə kimi fəaliyyətə başlamışdı. 1975-ci ildə sovet vətəndaşlığından çıxmaq üçün ərizə vermiş, lakin buna nail ola bilməmişdir. O, Ermənistanın Rusiyadan ayrılmasını təbliğ edirdi.

 Həmin günlərdə sovet mediası yazırdı:"Moskva metrosunda 1977-ci ildə baş vermiş partlayış Zatikyanı yenidən məhkəmə kürsüsünə çıxardı. İstintaqa görə, metro partlayışına o, rəhbərlik edib. Partlayışı həyata keçirən erməni terrorçular - fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan əməliyyata rəhbərliyin Stepan Zatikyan tərəfindən edildiyini bildirmişdilər. Terrorçuların dediyinə görə, Zatikyan ruslara nifrət etdiyinə görə, onları təhdid edərək bu əmələ vadar edib".

Məhkəmə sonrası hər 3 terrorçu güllələnmişdi.

Qeyd edək ki, 2017-ci ildə Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov bu hadisə ilə bağlı təklif irəli sürdü. O, 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırladı.
O. Kuznetsov petisiyada Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan ermənilərin 1977-ci il yanvarın 8-də Moskvada törətdiyi seriya terror aktları ilə bağlı cinayət işi materiallarının məxfilikdən çıxarılmasını xahiş etdi. Onun sözlərinə görə, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək. Təəssüf ki, Rusiyanın idarəedici orqanları və mühüm vəzifə daşıyıcıları ya erməni əsilli olması, ya da erməni lobbisinin çirkli pullarına aludə olduğu üçün Kuznetsovun bu təklifinin heç bir nəticəsi olmadı.  

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri