Icma.az
close
up
RU
Erməni terroru Suriyada...

Erməni terroru Suriyada...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Ozanyan batalyonu” Yaxın Şərqdə terrorçu fəaliyyətin daha da genişlənməsinə dəstək verir

Erməni terror təşkilatları illərlə fərqli rejimlərin əmr və sifarişlərini yerinə yetiriblər

Uzun illər boyu Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşmasına mane olan Ermənistan özünün terrorçu fəaliyyətini heç bir zaman gizlətməyib. Hətta SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirib. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktlarının mühüm əksəriyyəti Ermənistan hökuməti tərəfindən dəstəklənib, hətta bəzi dövlət rəsmiləri bu terror hadisələrinin aktiv iştirakçısı olublar. Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi”, Hnçak və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyalar aparır, paralel olaraq fərqli coğrafiyalarda yeni terror birlikləri yaradırdılar.

ASALA-nın Suriyadakı “mirası”...

Yaradılan terrror birliklərinin isə konkret hədəfləri mövcud idi. Xüsusilə Azərbaycan və Türkiyə ermənilərin bu kimi terror hədəfinə tuş gəlir. XXI əsrdə özünün terror zehniyyətindən əl çəkməyən Ermənistan Yaxın və Orta Şərqdə erməni qruplarının əli ilə aktiv terrorçu birliklərin yaranmasına nail olub. Yeri gəlmişkən, “Ozanyan batalyonu” adlı erməni terror qruplaşması bu günlərdə Suriyanın Ayn əl-Ərəbdə PKK/YPG-PYD terrorçularına məxsus tunellərdən birindən video paylaşıb. “Briqada” PKK/YPG-PYD terror qruplaşmasına dəstək verdiyini, “Suriya Demokratik Gücləri” ilə müttəfiq olduqlarını açıqlayıb.

Bu terror qruplarının mahiyyətinə nəzər salsaq görərik ki, Suriyada yaşayan erməni icmalarından bəziləri müharibə dövründə silahlanaraq yerli və xarici maraqlı qüvvələrlə əməkdaşlıq edib. Hətta bir sıra Erməni dəstələri Suriya rejiminin tərəfdarı olaraq Bəşər Əsəd qüvvələri ilə birlikdə hərəkət edib. Onların rejim qüvvələrinin yanında fəaliyyət göstərən “Nubar Ozanyan batalyonu” adlı silahlı dəstəsi isə açıq şəkildə PKK/YPG ilə yaxın əlaqələrə malikdir. Onlar PKK/YPG-yə həm döyüşlərdə iştirak etməklə, həm də logistik dəstək veriblər.

Müasir “donda” meydana çıxan “Ozanyan batalyonu” əslində ASALA-nın Yaxın Şərqdəki “mirasıdır”. Sirr deyil ki, 1975-ci ildə Beyrutda yaradılan ASALA-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşirdi. Bu təşkilatın üzvləri yaxın keçmişdə Suriya ərazisində aktiv şəkildə kamplaşma aparıb, silahlı təlimlər keçiblər. Onlar xüsusilə Türkiyə əleyhinə fəaliyyətlərdə iştirak ediblər. Haşiyəyə çıxaraq bildirək ki, həmin terrorçu batalyonun üzvləri 2020-ci il Vətən müharibəsi zamanı Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşüb. İşğal dövründə Azərbaycanın nəzarətində olmayan ərazilərimizdə təlimlər keçən terror dəstəsi “köçürülmə” adı altında oraya yerləşdirilib.

Tarixi “terror əməkdaşlığı”...

Suriya ilə Ermənistan arasındakı tarixi “terror əməkdaşlığına” gəldikdə isə, bununla bağlı da bir xeyli faktlar möcuddur. Ermənistan daima Suriyadakı erməni icmalarının təhlükəsizliyini təmin etmək və regional maraqlarını qorumaq üçün Əsəd rejimi ilə sıx əlaqələr saxlayıb. Erməni terror təşkilatları, xüsusilə ASALA, müxtəlif beynəlxalq terror qrupları ilə əlaqələr quraraq həm də Əsəd rejiminin əmr və sifarişlərin yerinə yetiriblər. Məsələn, ASALA-nın “Əbu Nidal” və “Qara Sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etdiyi hər kəsə məlumdur. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə bu əlaqələr daha da sıxlaşıb. Hətta bəlli olduğu kimi, yeni “əməkdaşlıq platforması” - “Ozanyan batalyonu” belə yaradılıb.

Batalyonun yaranma məqsədləri...

“Ozanyan batalyonu” 2019-cu ildə Suriyanın şimal-şərqində yaradılıb. Bu silahlı qrup, PKK-nın Suriya qolu olan YPG (Xalq Müdafiə Birlikləri) ilə yaxın əlaqələrə malik olub və əsasən erməni diasporunun nümayəndələrindən təşkil edilib. Batalyon öz adını ASALA-nın (Erməni Gizli Ordusu) keçmiş komandirlərindən biri olan Nubar Ozanyandan alıb. Nubar Ozanyan 2017-ci ildə Suriyada öldürülmüşdü və Ermənistan üçün “milli qəhrəman” kimi təqdim edilir.

Vurğulandığı kimi, Paşinyan hakimiyyətinin “xeyir-duası” ilə yaradılan batalyonun məqsədi Suriyadakı erməni icmasını müdafiə etmək adı altında bölgədəki siyasi və hərbi fəaliyyətlərini gücləndirmək olub. Praktikada bu qrup Suriya münaqişəsində Əsəd rejiminə dəstək verməli, YPG ilə birgə fəaliyyət göstərməli olsa da, hədəf kimi daha çox Türkiyə və Azərbaycana qarşı fəaliyyətlə yadda qalıb.

Paşinyan - Makron cütlüyü terrorçu qrupa “siyasi libas” biçmək istəyir...

Qeyd edək ki, Ermənistan və erməni diasporu batalyona həm maliyyə, həm də kadr baxımından dəstək verir. Xüsusilə Fransadakı erməni icması qrupun əsas sponsorları sırasındadır. Fransa bu qrupun PR-nı təşkil etməklə onu diqqət mərkəzinə çəkməyə çalışır. Qrup xüsusilə erməni “milli kimliyi”, qondarma  “erməni soyqırımı” məsələləri ilə bağlı propaqanda vasitəsi kimi istifadə olunur. Son dövrlərdə terror qrupunun yenidən önə çıxarılmasında isə xüsusi məqsəd var - Fransa və Paşinyan hakimiyyəti Suriyadakı hazırki siyasi qarışıqlıqdan istifadə edərək terrorçu qrupa “siyasi don” geyindirməyə, onları Suriyanın gələcək siyasi-ictimai həyatına pərçimləməyə çalışır. Bir sözlə, Ermənistan siyasiləşdirməyə çalışdığı bu terror qruplaşmasından Suriyada təsirini artırmaq üçün istifadə edir. Qrupun fəaliyyəti isə vurğulandığı kimi, regional sabitliyi təhdid yaradır - “Ozanyan batalyonu” həm də Ermənistanın Yaxın Şərq qarışıqlığında avtoritar rejimlərin dəstəklədiyini bir daha təsdiqləyir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see244

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see233

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see201

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see197

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see185

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see181

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see177

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see172

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see166

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see165

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see158

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156

Avropa münaqişələrə hazır deyil

02 Oktyabr 2026 23:35see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri