Icma.az
close
up
RU
Erməni xalqı sülhə hazırdır?

Erməni xalqı sülhə hazırdır?

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


44 günlük müharibədən 6 il keçəndən sonra, bu gün erməni xalqı sülhə hazırdırmı?
Avqustun bu qora bişirən istilərində Azərbaycanın gündəmi ilə bu və ya digər şəkildə əlaqəli erməni məsələləri bitmək, səngimək bilmir. Bir tərəfdən Nassim Taleb adlı qlobal miqyaslı super avantürist və dələduz hazırda Bakıda cəzasını çəkməyə davam edən separatizm sponsoru Ruben Vardanyanın müdafiəsinə qalxıb Azərbaycana gəlməkdən imtina edir, digər tərəfdən Azərbaycan xalqına qarşı çoxsaylı müharibə cinayətlərinin iştirakçıları olan Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digər canilərin appelyasiya şikayəti oyunu iflasa uğrayır. Eləcə də, son 30-35 ildə millətimizə qarşı qanlı qırğınların baiskarlarından biri olan qara iblis - bütün ermənilərin katolikosu II Qareginin İrəvanda məhkəməyə çıxarılacağı barədə xəbərlər yayılır. Bununla yanaşı, revanşist, millətçi əhval-ruhiyyəli ermənilər Qarabağa qayıdan azərbaycanlıların sosial şəbəkələrdəki görüntülərinə aqressiv reaksiya nümayiş etdirir, Azərbaycan-Ermənistan normallaşmasına zərbə vuran irqçi, toksik rəylər yazırlar.
Bütün bunlar nədən xəbər verir? 44 günlük müharibədən 6 il keçəndən sonra, bu gün erməni xalqı sülhə hazırdırmı? Erməni lobbisi və Ermənistanın revanşist müxalifəti nəyə can atır? Erməni faşizminin ideoloji beşiyi olan Erməni Apostol Kilsəsinin bu gün 2-ci Qareginin simasında iflasa uğramaqda olduğunu demək mümkündürmü? Bu suallar təbii ki, bir neçə ayrı müstəvidə şərh oluna bilər: təhlükəsizlik-siyasi, cəmiyyət-psixoloji və institusional-ideoloji səviyyələrdə. Ümumi, müxtəsər cavab isə budur ki, sülh prosesində bəlli irəliləyişlərə baxmayaraq, hazırda regionda hələ də dərin etimadsızlıq qalır. Amma bu, bütövlükdə erməni xalqının sülhə hazır olmaması demək deyil. Çünki Ermənistan cəmiyyətində sülhə açıq zümrələr də var, revanşist və radikal zümrələr də var. Hazırkı vəziyyət isə bu ziddiyyətlərin mübarizəsi ilə xarakterizə olunur.
Yazının əvvəlində vurğuladığım məsələlərin, hadisələrin bir hissəsi reallıqda olan proseslərdən xəbər verir, bir hissəsi isə siyasi-emosional ovqatı əks etdirir. Amma ümumi mənzərə eynidir: müharibədən sonra regionda narrativ savaşı hələ bitməyib. Qarabağ münaqişəsinin hərbi fazası dayansa da, onun hüquqi, propaganda, diaspor, daxili siyasət və informasiya savaşı fazaları davam edir. Buna görə də keçmiş separatçı fiqurların işi, diasporanın müdaxiləsi,
Ermənistan daxilində revanşist ritorika, dini institutların (kilsə rəhbərliyinin) siyasi alətə çevrilməsi və sosial şəbəkələrdə aqressiv reaksiyaların hamısı eyni böhranın müxtəlif təzahürləridir - məğlubiyyətin qəbul edilməməsi və yeni reallığa uyğunlaşma problemi.
6 il sonra erməni xalqı sülhə hazırdırmı mövzusuna baxsaq, görərik ki, bu gün cəmiyyətin bir hissəsi sülhün qaçılmaz olduğunu anlayır və iqtisadi-sosial sabitlik üçün normallaşmanı dəstəkləyir.
Digər hissə isə müharibə travmasını, itirilmiş statusu və “böyük Ermənistan” miflərini siyasi kapitala çevirərək revanşizmə meyl edir.
Yəni ki, ictimai rəy fərqlidir. Sülhə hazırlıq isə yalnız emosional istək deyil, həm də siyasi liderin cəsarəti, cəmiyyətin maariflənməsi, müharibə ritorikasının zəifləməsi, hüquqi və iqtisadi normaların qurulması ilə formalaşır. Ermənistanın revanşist müxalifətinin əsas hədəfi sülh deyil, siyasi mobilizasiyaya nail olmaqdır. Onlar üçün müharibəyə və qisasa çağırış mövzusu daxili auditoriyanı toparlamağın ən asan alətidir. Erməni lobbisi də maksimalist mövqeləri gücləndirir, barışıq əvəzinə tarixi travma siyasətini saxlayır, keçmiş "Qarabağ məsələsini"ni hələ də beynəlxalq müstəvidə dondurulmuş münaqişə kimi təqdim etməyə çalışır.
Eyni zamanda, 2-ci Qareginin rəhbərlik etdiyi Erməni Apostol Kilsəsinin cəmiyyətdə ideoloji dayaqlarını itirdiyi də müşahidə olunmaqdadır. Düzdür, kilsəni hələ tam “iflas etmiş” elan etmək tez olar. Amma demək olar ki, kilsənin siyasi nüfuzunun bəzi dairələrdə ciddi şəkildə azalması faktdır. Bu gün Ermənistanda hakimiyyət, müxalifət və dini institutlar arasında münasibətlər çox gərgindir.
Kilsənin siyasi proseslərə ifrat müdaxiləsi Paşinyan iqtidarını daha sərt addımlar atmağa vadar edir. Paşinyan öz xalqına həqiqətən də real sülh və əminamanlıq istəyirsə, 2-ci Qareginin simasında irqçiliyi və nasizmi təbliğ edən kilsə bayquşlarını, yırtıcılarını tam olaraq sıradan çıxarmalıdır.
"Böyük Qayıdış" Proqramı çərçivəsində Qarabağa qayıdan azərbaycanlılara qarşı sosial şəbəkələrin erməni istifadəçiləri tərəfindən aqressiv reaksiyası da yekun sülh üçün ciddi maneələrdən biridir. Bu, çox önəmli göstəricidir. Çünki sosial şəbəkə reaksiyası bəzən real ictimai rəyin sərt versiyasını ortaya qoyur. Dehumanizasiya, empati çatışmazlığı, barışığa müqavimət və keçmiş müharibənin hələ də emosional olaraq bitməməsi aktual məsələlərdir. Sosial şəbəkə aqressiyası hər zaman bütün cəmiyyəti təmsil etməsə də, lakin buna baxmayaraq, bu reaksiyalar normallaşma üçün həqiqətən də real riskdir. Çünki onlar qarşılıqlı etimadı zədələyir, tarixin ədalətin bərpası ideyasını ləkələyir və eyni zamanda, siyasi radikallara əlavə təbliğat materialı verir. Bütün bunlar isə onu göstərir ki, müharibə bitib, amma müharibə mədəniyyəti hələ tam bitməyib. Bu gün əsas problem budur.
Sülhə gedən yolda ən böyük maneə yalnız sərhədlərin delimitasiyası və yekun sülh sazişinin imzalanması deyil, həm də zehniyyətin dəyişməsidir. Bu baxımdan, erməni xalqı bütövlükdə sülhə hələ tam hazır deyil. Cəmiyyətdə ciddi revanşist və anti-sülh qruplar hələ də güclüdür. Erməni xalqının ən böyük faciəsi onun zəhərli millətçiliyindədir. Digər xalqlar işıqlı gələcək qurmağa üz tutduqları halda, miflərin əsirinə çevrilən ermənilər isə daim xəyali, uydurma "böyük" keçmişə pərçimlənib qalır. Uydurma "böyük" keçmişdə yaşamaq xəstəliyi Ermənistanı bölgənin "vəba"sına çevirir. Ermənilər bu xəstəliyin öhdəsindən gəlməli və reallığa qayıtmalıdırlar. Nikol Paşinyan öz xalqını yeni dövrə hazırlamalıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Avqust 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri