Icma.az
close
up
RU
Ermənicə bilən deputatlar: “Yan yana oturanda nə danışdıqlarını başa düşürəm”

Ermənicə bilən deputatlar: “Yan yana oturanda nə danışdıqlarını başa düşürəm”

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl Baş nazirin müavini Şahin Mustafayevnin Ermənistana səfəri həm Azərbaycanda, həm də region mediasında geniş müzakirələrə səbəb olmuşdu. Onun əslən Qərbi Azərbaycanlı olması və erməni dilini bilməsi diqqət çəkən əsas faktlardan idi.
Bu mənada Milli Məclisdə erməni dilini bilən deputatların olub-olmaması da maraq doğurur. Qərbi Azərbaycanda doğulmuş deputatlarımız zamanında erməni dilini öyrənib.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, gündəlik həyatlarında ermənilərlə tez-tez təmasda olublar, odur ki, erməni dilini öyrənmək, işlətmək məcburiyyətində qalıblar:
“Son 200 il ərzində Qərbi Azərbaycan ərazisində etnik təmizləmə siyasəti həyata keçirildikcə azərbaycanlı əhali öz tarixi yerlərindən sıxışdırılıb və çıxarılıb. Soydaşlarımızın evlərinə, kəndlərinə xarici ölkələrdən gəlmə və ya gətirilmə ermənilər yerləşdirilib. Beləliklə,  kəndlər ya bütünlüklə erməniləşdirilib, ya da azərbaycanlılarla ermənilərin yaşadığı qarışıq kəndə çevrilirib. Xüsusilə belə qarışıq kəndlərdə yaşayan azərbaycanlılar istər-istəməz ya məktəbdə, ya iş yerində, ya da gündəlik həyatlarında ermənilərlə tez-tez təmasda olur, erməni dilini öyrənmək, işlətmək məcburiyyətində qalıblar”. 


Deputat bildirib ki, Qərbi Azərbaycanda rus dili ümumişlək dil olmayıb və hamı ya Azərbaycan dilində, ya da erməni dilində danışıb. Digər tərəfdən, dövlət qurumlarında bütün sənədləşmə işləri erməni dilində aparılıb. Odur ki, mən və Qərbi Azərbaycanda doğulub - böyüyən digər deputatların erməni dilini bilməsi normal haldır: “Xüsusilə sonuncu deportasiya zamanı ata-baba yurdunu tərk etmək məcburiyyətində qalan və ya bir müddət Qərbi Azərbaycanda dövlət işində çalışan hər kəs bu və ya digər dərəcədə erməni dilini bilir. O başqa məsələ ki, son 38 ildə erməni dili bir qədər də unuduldu. Bir daha qeyd etməliyəm ki, mən də daxil olmaqla, həyatının bəlli bir dövrünü Qərbi Azərbaycanda yaşamış deputatlarımız erməni dilini az-çox bilir. Xüsusilə mənim kimi Qərbi Azərbaycan məsələsi ilə məşğul olan tədqiqatçılar erməni dilində olan bəzi yazıları, mətnləri oxumaq məcburiyyətindədirlər, bunsuz mümkün deyil” , deyə o, vurğulayıb.


Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, erməni dilini orta məktəbdə öyrənib: “Qərbi Azərbaycan əsilli deputatların yaş həddinə uyğun olaraq Ermənistanda doğulub və təhsil alan hissəsi erməni dilini bu və ya digər dərəcədə bilir. Nəticə etibarilə, konkret məni nəzərdə tutursunuzsa, orta məktəbdə erməni dilini öyrənmişəm. Erməni əlifbasını bilirəm və bu günə qədər unutmamışam. Çünki bizdə mütəmadi olaraq erməni əlifbası tədrisi olunub. Erməni dilini orta məktəbdə mənimsəniləcək səviyyədə bilirəm”.

Həmsöhbətimiz deyib ki, kitab yazarkən ailə kitabxanalarındakı erməni dili üçün lüğətdən istifadə edir: “Nəzərə almaq lazımdır ki, zaman çox şeyi diktə edir və ünsiyyət vasitəsi kimi istifadə edilməyən dil də şübhəsiz ki, unudulur. Buna baxmayaraq, mən bir neçə il bundan əvvəl “Akdamardan Sarı Gəlinədək erməni yalanı” adlı kitabını yazarkən ailə kitabxanamızda olan ermənicə-azərbaycanca lüğətdən istifadə etməklə yenidən yaddaşımı bərpa etdim və bu, daimi ünsiyyətə çevirilmədiyi üçün yenə də yaddımdançıxdı”.
Müsahibimiz onun üçün erməni dilini yenidən mənimsəməyin çətin olmadığını da qeyd edib: “Amma bütün hallarda mənim üçün Ermənistanda təhsil alan və böyüyən millət vəkilləri üçün qısa müddətdə erməni dilini yaddaşında bərpa etmək çətin olmaz. Çünki bu dilin müəyyən baza hissəsi ilkin yaddaşda mövcuddur”.

Deputat Azay Quliyev qeyd edib ki, Qərbi Azərbaycanda yaşadığı müddətdə ermənilərlə Azərbaycan dilində danışıblar, onlar bizim diliizi mükəmməl bilirdilər: “Mən 1971-ci ildə Qarakilsə (Sisian) rayonunda anadan olmuşam və orta məktəbi də kənddə bitirmişəm. Bizim Vağudi kəndində həm azərbaycanlılar, həm də ermənilər yaşayırdı. Orta məktəbi Azərbaycan dilində oxumuşam, lakin məktəbdə ayrıca erməni dili də tədris olunurdu. Biz ermənilərlə əsasən Azərbaycan dilində danışardıq, onlar bizim dili təmiz bilirdilər. Bizə də türk deyərdilər, ilk dəfə qarşılaşanda verdikləri birinci sual “ermənisən və ya türksən”? olurdu”.

Azay Quliyev bildirib ki, o zaman erməni dilində yazıb-oxumağı bacarıb, fikrini sərbəst ifadə edib: “Mənim yaşıdlarım erməni dilində danışmağa o qədər meyl etmirdi, düşünürdük ki, qoy erməni bizimlə öz dilimizdə, Azərbaycan dilində danışsın. Lakin rəhmətlik atam erməni dilini mükəmməl bilirdi, kənddə müəllim işləyirdi, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyirdi. Atam bir müddət kənd sovet sədri vəzifəsində də işlədi. Yaxşı xatırlayıram, məktəbdə bəzən milli zəmində mübahisələr düşəndə atam ermənilərə öz dillərində tutarlı cavab verərdi. 1988-ci ilin may ayında mən orta məktəbi bitirəndə erməni dilində yazmağı və oxumağı bacarırdım, fikrimi də sərbəst ifadə edə bilirdim”. 
Azay Quliyev beynəlxalq tədbirlərdə Ermənistan nümayəndələrinin öz aralarında nə danışdıqlarını başa düşür: “İndi demək olar ki, çox sözü unutmuşam, təxminən 50 faiz ermənicə danışılanda anlayıram. Bəzən  ATƏT PA -da Ermənistan nümayəndə heyəti ilə yanaşı otururuq və ermənicə başa düşməyim qarşı tərəfin bizə qarşı istifadə etmək istədikləri məsələləri bilmək baxımından faydası da olur. Lakin fikrimi ermənicə sərbəst ifadə etməkdə çətinlik çəkirəm.  Hər halda, 38 ildir ki, bu dili istifadə etmirəm”.


Deputat Rizvan Nəbiyev bildirib ki, Basarkeçərin Qanlı kənd orta məktəbində təhsil aldığı dövrdə həftədə iki dəfə erməni dili keçilib: “Əvvəlcə bu dili erməni əsilli müəllim tədris edirdi. Sonra isə azərbaycanlı müəllim bizə erməni dilini keçirdi. Erməni əlifbasını öyrənmişdik, yazır və mətnləri oxuyurduq. Həmin dövrdə əlifbanı öyrənmişdik, erməni dilində yazırdıq, mətnləri oxuyurduq. Amma yaşlı nəslin nümayəndələri bu dildə daha sərbəst danışır və yazırdı”.
Deputat deyir ki, atası texnikum təhsilini erməni dilində alıb: “Mənim atam hətta texnikumda təhsilini erməni dilində almışdı. Texniki məsələlərlə bağlı 60-cı illərin sonlarında bu, çox vacib sayılırdı. Sonrakı dövrdə rayon mərkəzində işlədiyi zaman da o dili bilməsi müəyyən üstünlüklər yaradırdı”.
Onun sözlərinə görə ermənilər arasında da Azərbaycan dilini bilənlər olub: “1988-ci ilin dekabrında deportasiya olunandan sonra həm bu dildən istifadə, həm də onu oxumaq imkanlarımız aradan qalxdı. Bu gün də dil bilgimiz zəif səviyyədədir”.

Bizim o torpaqlarda yaşamağımızın sübutlarından biri də həmin məktəblər və təhsil idi: “Vacib olan odur ki, bizim o torpaqlarda yaşamağımızı təsdiq edən faktorlardan biri də oradakı məktəblərin mövcudluğu, bizim orada təhsil almağımız və hətta yerli dili öyrənməyimizdir”, deyə, sonda bildirib. 


Əslən Qərbi Azərbaycanın Tumanyan (Allahverdi) rayonundan olan deputat, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev erməni dilini bilmədiyini deyib: “Bizim yaşadığımız Allahverdi rayonunda erməni yox idi, ona görə də məktəblərdə bu dil keçilmirdi, mən də buna görə bilmirəm”. 


Əslən Basarkeçdən olan millət vəkili Məlahət İbrahimqızı da erməni dilini bilmədiyini açıqlayıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyun 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri