Icma.az
close
up
RU
Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdılar MARAQLI

Ermənilər Misir Mərdanovun Dilicandakı ata evindən yazdılar MARAQLI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunun 14-də Ermənistanın Dilican şəhərinə getməsi neçə gündür qonşu ölkənin mətbuatında müzakirə olunmaqdadır. Xatırladaq ki, Dilicanda Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib, tərəflər arasında sülh gündəliyi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Modern.az xəbər verir ki, Ermənistan mətbuatı Hikmət Hacıyevin 1992-1994-cü illər müharibəsindən sonra Dilicana səfər edən ilk yüksək vəzifəli Azərbaycan rəsmisinin olmadığını yazıb.
“Hraparak” qəzetindəki məqalədə qeyd edilib ki, Dilicana ilk səfər edən yüksək vəzifəli Azərbaycan rəsmisi 1998-ci ildən 2013-cü ilə qədər təhsil naziri işləmiş Misir Mərdanov olub.
Misir Mərdanov haqqında deyilir ki, o, 3 oktyabr 1946-cı ildə Dilican rayonunun Göyərçin kəndində anadan olub. 1950-ci illərdə həmin yaşayış məntəqəsi ləğv olunub və Dilican rayonunun yaxınlıqdakı Salah kəndinə birləşdirilib.
“Hraparak” qəzeti yazır ki, 90-cı illərin sonları – 2000-ci illərin əvvələrində M.Mərdanov təhsil naziri kimi hansısa beynəlxalq konfransda iştirak etmək üçün İrəvana səfər edib və orada Dilicandakı ata evini görmək istədiyini bildirib. Ermənistan rəhbərliyi ona bu şəraiti yaradıb.

“Hraparak” Misir Mərdanovun ata evinin olduğu Salah kənini “Ağavnavank” adı ilə təqdim edib.

Qəzet yazır ki, kəndin erməni sakinləri xatırlayırlar ki, Mərdanov Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə ora səfər edib. Həmin vaxt Misir Mərdanovu bir rusdilli jurnalist də müşayiət edib. Orada Misir Mərdanova məlum olub ki, onun ata evində Azərbaycanın keçmiş Xanlar rayonundan (indiki Göygöl) köçüb gələn Qriqor Qabrielyan ad-soyadlı yaşlı erməni öz arvadı ilə yaşayır.
Qeyd edilir ki, ermənilər qonaqlar üçün yaxşı süfrə açıblar.
“Misir Mərdanov ata evində belə qonaqpərvər, mehriban insanların yaşamasından məmnunluğunu ifadə edib”, - deyə məqalədə qeyd olunub.
Həmin vaxt Misir Mərdanov kəndinin icma rəhbəri Qriqor Xocayana bir xahişlə müraciət edib. Bu müraciət Misir Mərdanovun atası Cümayıl Mərdanovun xahişi olub. Belə ki, atası oğluna verdiyi torbanı bağlarından iki ovuc torpaqla doldurub gətirməyi xahiş edibmiş. Misir Mərdanovun xahişi yerinə yetirilib.
Məqalədə xatırladılıb ki, Misir Mərdanovun atası Cümayıl Mərdanov vaxtilə Salah kolxozunun sədri vəzifəsində işləyib.
Misir Mərdanov kənddə olarkən məktəbə və digər yerlərə də baş çəkib.
Məqalədə yazılır ki, Mərdanovların kənddəki ata evi hələ də digərlərindən seçilir. Onların evi kolxoz sədrinə yaraşan ikimərtəbəli, mavi bəzəkləri olan bir evdir.

“Hraparak”ın məlumatına görə, Misir Mərdanovun ata evində yaşayan Qriqor Qabrielyanın ölümündən sonra onun həyat yoldaşı Alvina Qabrielyan evi 8000 dollara bir İrəvan sakininə satıb. Lakin həmin erməni də evi özündə çox saxlamayıb və onu başqa bir İrəvan sakininə satıb. Sonuncu şəxs isə Mərdanovların evində daimi yaşamır və oradan yay iqamətgahı kimi istifadə edir.

Xatırladaq ki, sabiq təhsil naziri Misir Mərdanov 1964-cü ildə ali məktəbə qəbul olunduqdan sonra Bakıda qalıb yaşayıb. 1981-ci ildə onun valideynləri də Bakıya köçüblər. O, 2000-ci illərin əvvəllərində təhsil naziri kimi Universitetlərarası regional konfransda iştirak etmək üçün öncə Gürcüstana, oradan isə Ermənistana səfər etmişdi. İrəvanda olarkən M.Mərdanov Ermənistan prezidentinə müraciət edərək ata evinə getmək üçün şərait yaradılmasını xahiş etmiş və ona bu imkan yaradılmışdı.
2024-cü ildə Modern.az saytına verdiyi geniş müsahibədə Qərbi Azərbaycandakı ata evinə getməsindən danışaraq demişdi:
“Mən 2000-ci ilin mayında Salah kəndinə, öz evimizə getmişəm. Hətta evimizdə yaşayan iki qoca erməni ilə oturub bir yerdə çay da içmişdim. Belə bir səfərin baş tutacağı heç ağlıma da gəlməzdi. Orada çox qəribə hisslər keçirmişdim. Həyətimizdə gəzdim, öz əlimlə əkdiyim meyvə ağaclarını gördüm. Bulağa, dədə-babalarımızın qəbiristanlığına getdim. Həyətimizdən bir torba torpaq, bulaqdan da su götürdüm. Oralar tamam dəyişmişdi. Kəndin bütün evlərində deyil, bəzi evlərində yaşlı adamlar yaşayırdı. Əminəm ki, indi üstündən iyirmi ildən çox vaxt keçəndən sonra bizim kənddə heç kim yaşamır”.
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri