Icma.az
close
up
RU
Ermənilər Sərkisyandan bu xəbəri gözləyir: Paşinyana qarşı 30 nəfərlik plan

Ermənilər Sərkisyandan bu xəbəri gözləyir: Paşinyana qarşı 30 nəfərlik plan

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyası (HHK) iyunun 7-nə təyin olunan parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarını açıqlamağa tələsməsə də, partiyanın qurultayı aprelin əvvəlinə təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hrabarak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, partiya rəhbərliyi bölgələrdəki strukturlara səfərlər edir, lakin naməlum səbəblərdən bu səfərlər ictimaiyyətə açıqlanmır:

“Məlumata görə, partiya həmçinin yeni, uzunmüddətli strategiya üzərində işləyir. Həmin strategiya qurultaya qədər tamamlanmalı və nümayəndələrə təqdim edilməlidir. Bundan başqa, daxili struktur dəyişiklikləri də həyata keçirilir. Bir sözlə, partiya hazırda aktiv təşkilati fəaliyyət mərhələsindədir.

Gözlənilir ki, qurultaya qədər, təxminən martın ortalarında seçkilərdə iştirak edib-etməmək barədə qərar açıqlanacaq. Əgər iştirak qərarı verilsə, qurultay zamanı qanunun tələbinə uyğun olaraq seçki siyahısının ilk 30 namizədi təsdiqlənəcək.

Mənbələrin bildirdiyinə görə, hazırda məsələ ilə bağlı soruşanlara “qərar hələ yekun deyil, iştirak edib-etməmək ehtimalı 50/50-dir” cavabı verilir. Lakin bəzi şəxslər əmindirlər ki, bu dəfə HHK seçkilərə qatılmayacaq və əsas məqsəd digər müxalif siyasi qüvvələrə dəstək verərək baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Mülki Müqavilə Partiyasını məğlub etmək olacaq”.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri