Icma.az
close
up
RU
Ermənilərin etirafları: İrəvanın cinayətləri məhkəmədə sübut edilir

Ermənilərin etirafları: İrəvanın cinayətləri məhkəmədə sübut edilir

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Üzeyir Cəfərov: “Bütün bunlar Ermənistana qarşı beynəlxalq cinayət işinin açılmasında və İrəvanın cəzalandırılmasında yardımçı olacaq”

Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Davit İşxanyan Bakıda keçirilən məhkəməsində etiraflar edib. İşxanyan məhkəmədə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı döyüşdüyünü söyləyuib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən İşxanyan 1992-ci ilin yayından qondarma rejimdə “tabor komandiri” vəzifəsini tutduğunu və Azərbaycana qarşı müharibədə iştirak etdiyini etiraf edib.

Təqsirləndirilən şəxs 1992-ci ilin yayında Azərbaycana qarşı müharibəyə də “Daşnaksütyun” partiyasının üzvü kimi qoşulduğunu bildirib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman qeyd edib ki, Birinci Qarabağ müharibəsində “tabor komandiri” olarkən Monte Melkonyana tabe olub.

D.İşxanyan müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib.

“Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin “komandir”i idim. Səkkiz tabor rayonun “müdafiə xətti”nə tabe idi, onun rəhbəri Monte Melkonyan, “ordu”nun komandiri isə Samvel Babayan idi”, - deyə o bildirib.

İşxanyan Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünə görə təltif olunduğunu da bildirərək deyib: “Döyüş xaçı” ordeni təbii ki, mənim döyüş fəaliyyətlərimə görə verilib”.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA.AZ-a müsahibəsində deyib ki, separatçıların məhkəməsi çox mətləbləri üzə çıxaracaq. Onun sözlərinə görə, ermənilərin məhkəmədə səsləndirdikləri ifadələr hələ uzun illər təhlil ediləcək:

- Onların ifadələrindən bir çox nəticələr çıxarılacaq. Mhkəmədə təkcə İşxanyan deyil, digərləri, məsələn, qondarma qurumun terrorçu başçıısı olmuş Araik Arutunyanın ifadələrində də maraqlı cümlələr var.  Eyni zamanda, bu məhkəmə prosesi ilə paralel keçirilən Ruben Vardanyanın məhkəməsində də verilən ifadələrində çoxlu nüanslar mövcuddur. Əsas faktlar onu göstərir ki, Qarabağda baş verən bütün proseslər İrəvandan idarə olunub. Baxmayaraq ki, Qarabağdakı terrorçu qondarma qurumun “rəhbərliyi”, “ordusu” olub, “nazirləri” olub, amma bütün göstərişlər Ermənistandan verilib, onların maliyyəsi Ermənistandan verilib. Yəni ki, biz hər zaman dediyimiz kimi, qondarma qurumun idarəçiliyi İrəvandan edilib. Bir də separatçılara dəstək verən xarici dairələr var. Məhkəmədə verilən ifadələr onu da göstərir ki, qondarma quruma bəzi xarici dairələrdən dəstəklər verilib. Əlbəttə, bu faktlarla bağlı Azərbaycan lazımi addımlarını atacaq.

- Söhbət hansı addımlardan gedir?

- İndi məhkəmə davam edir və əlavə bir çox faktların da üzə çıxacağı istisna deyil. Məhkəmə bitəndən sonra məhkəmənin gəldiyi qənaət nədən ibarət olacaq, görəcəyik. Hakimlər hökmü elan edəndə bütün sadalanan faktları nəzərə alacaqlar. Düzdür, məhkəmədə çox fikirlər səsləndirilə bilər, amma hansıları məhkəmə araşdırması ilə öz təsdiqini tapacaq, bu, artıq yekun aktda qeyd ediləcək. Məhkəmə istintaqının gəldiyi qənaətə əsasən, fikirlər söyləmək daha yaxşı olardı.

Bilirsiniz, təqsirləndirilən şəxslərin ifadələrindəı bir sıra nüanslar var ki, onlara xüsusi diqqət yetirmək lazımdır.

- Hansı ifadələrə?

- Məsələn, İşxanyan deyir ki, qondarma qurumun “ordusunda” “tabor komandirlərindən” biri olub. Sual olunur: digər “taborların komandirləri” kimlər idi? Çox güman ki, onlar Ermənistan vətəndaşları olublar. Təsəvvür edirsiniz, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun hərbi qulluqçuları “hərbi xidmət” həyata keçiriblər. Əlbəttə, biz bunu əvvəldən bilirdik, dəfələrlə dövlət səviyyəsində bəyan edilib. Amma Ermənistan heç vaxt bu faktı təsdiq etməyib, boynundan atıb. İndi prosesin içərisində olmuş insanlar bu faktları sadalayırlar, etiraflar edirlər. Sünut olunur ki, Ermənistan hərbi cinayətlə məşğul olub. Bu ifadələrə təqsirləndirilən şəxsin adi ifadəsi kimi yanaşmaq olmaz. Yəqin ki, hüquqi qiymət verilərkən Ermənistan rəsmiləri də unudulmayacaq. Onlara qarşı da addımlar atılacaq.

Baxın, ermənilər məhkəmə prosesində o qədər etiraflar edirlər ki, bunlar Ermənistan dövlətini hərbi cinayətdə rəsmən günahlandırmağa imkan tanıyır. Məsələn, deyirlər ki, məqsəd “müstəqillik” yox, Qarabağın Ermənistana birləşdirilməsi olub. Halbuki illərlə Azərbaycan bunu bəyan edib, amma Ermənistan boynundan atırdı. İnsanlarımızı necə qətlə yetirdiklərini açıq şəkildə deyirlər. Azərbaycan Ermənistanı mina terrorunda ittiham edir, amma Ermənistan bunu inkar edirdi. Məhkəmədə isə bildirirlər ki, həqiqətən də minaları necə basdırıblar, onlara İrəvandan hansı əmrlər verilib. Bütün bunlar Ermənistana qarşı beynəlxalq cinayət işinin açılmasında və İrəvanın cəzalandırılmasında yardımçı olacaq. Həmçinin Ermənistana uzun illər rəhbərlik etmiş şəxslər, sabiq rəsmilər var ki, onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmədə ifadələr var ki, bunlar sübutlardır. İndi məhkəmə davam edir və biz prosesləri izləməliyik. Hələ bundan sonra da çoxlu etiraflar olacaq.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see159

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri