Icma.az
close
up
RU
Ermənilərin soyqırımı cinayətləri bəşər tarixinin qara ləkəsidir

Ermənilərin soyqırımı cinayətləri bəşər tarixinin qara ləkəsidir

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.


Soyqırımı insanların milli kimliyinə, irqinə və ya dini baxışlarına görə məhv edilməsidir. Azərbaycan xalqı da XIX əsrdən başlayaraq məhz milli kimliyinə görə soyqırımı cinayətlərinin qurbanı olub. Ərazilərimizə köçürülən ermənilər mifik «Böyük Ermənistan» xülyasını reallaşdırmaq üçünxalqımıza qarşı iki əsrə yaxın bir dövr ərzində ardıcıl şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya cinayətləri törədiblər. 

Bu məqsədlə «Hnçak» və Daşnaksütyun» kimi terror təşkilatlarını da quran  ermənilər cinayətlərini mərhələlərlə icra ediblər. Nəticədə tarixi torpaqlarımız işğal edilib, yüz minlərlə dinc azərbaycanlı qətliama məruz qalıb, on minlərlə maddi və mənəvi mədəniyyət abidələrimiz məhv edilib, yaxud erməniləşdirilib. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illər hadisələri zamanı Bakıda, Qarabağda, Naxçıvanda, İrəvanda, Zəngəzurda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin işğal niyyətlərini həyata keçirmək üçün başlatdıqları soyqırımı siyasətinin birinci mərhələsi idi.

Ermənilərin soyqrımı cinayətlərinin növbəti mərhələsi 1915-1920-ci illəri əhatə edir. Bu dövrdə Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə soydaşımızı öz torpaqlarından didərgin salıblar.  Dinc azərbaycanlıları qətliama məruz qoyan cinayətkar ünsürlər tərəfindən həmçinin yaşayış məntəqələri də dağıdılıb, xalqımıza məxsus mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. 

O da qeyd edilməlidir ki,  Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı törədilən soyqırımı cinayətləri xüsusi diqqətdə saxlanılıb, bu məqsədlə mart ayının 31-i matəm günü elan olunub. Bolşevik-daşnak birləşmələri tərəfindən həyata keçiriləncinayətlərin araşdırılması üçün Cümhuriyyət dövründə xüsusi komissiya da yaradılmışdı. Lakin Azərbaycanın bolşeviklər tərəfindən işğalı və sovet hakimiyyətinin qurulmasından sonra bu işlər dayanmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. 

Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya cinayətlərinin həyata keçirilməsi sovet hakimiyyəti illərində də davam etdirilib. Əvvəlcə ermənilər 1948-1953-cü illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan azərbaycanlıların deportasiyasına nail oldular. Ötən əsrin 80-ci illərinin sonlarında isə iki yüz mindən çox soydaşımızı Ermənistandan çıxarmaqla etnik təmizləmə siyasətini başa çatdırdılar. Bütün bu hadisələr azərbaycanlıların kütləvi şəkildə soyqırımına, dəhşətli məşəqqətlərə məruz qalmaları ilə müşayiət olunub. 

XX əsrin 90-cı illərindən etibarən isə Azərbaycan ərazilərinin işğalına başlayan ermənilər həm də xalqımıza qarşı soyqırımı cinayətlərinin növbəti mərhələsinə rəvac verdilər. 1990-1993-cü illərdə Bağanıs Ayrım, Xocalı, Qaradağlı, Ağdaban, Ballıqayavə Başlıbeldə dinc azərbaycanlıların kütləvi şəkildəqətlə yetirilmələri yalnız xalqımıza qarşı deyil, bütünbəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımıcinayətləridir. 

44 günlük İkinci Qarabağ müharibəsi zamanı da Gəncə, Bərdə, Tərtər və digər şəhər və kəndlərimizin ballistik və qadağan olunan raketlərlə atəşə tutulması isə Ermənistanın törətdiyi növbəti soyqırımı cinayətləri idi.  

Məlumdur ki, XIX əsrdən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı cinayətlərinə, o cümlədən 1918-ci ilin mart-aprel soyqırımına tarixi şərait səbəbindən uzun müddət obyektiv qiymət vermək mümkün olmayıb. Bütün bu hadisələr özünün siyasi qiymətini yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra alıb. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin hadisələrinə siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 

Onu da qeyd etməliyik ki, “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması soyqırımıcinayətləri ilə bağlı aparılan tədqiqatlara, habelə əsilhəqiqətlərin aşkara çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Belə ki, Fərmandan sonra ermənilərin soyqırımı cinayətlərinin araşdırılması və öyrənilməsi istiqamətində mühüm işlər görülüb. Aparılan araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində soyqırımı qurbanlarının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni-daşnak silahlılarının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərdən biri erməni yalanlarının beynəlxalq səviyyədə ifşa olunması, xalqımıza qarşı törədilmişsoyqırımı və digər cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bununla bağlı koordinasiya olunanfəaliyyətin həyata keçirilməsi öz effektiv nəticəsini göstərməkdədir. Xocalı soyqırımının bir sıra dövlətlərin parlamentləri tərəfindən tanınması bunu təsdiq edir. Xüsusilə qeyd edilməlidir ki, cənab Prezident İlham Əliyevin yürütdüyü hücum siyasəti, dövlətimizin başçısının Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərini mütəmadi gündəmə gətirməsi və erməni yalanlarını prinsipiallıqla ifşa etməsi onilliklər boyu formalaşmış yanlış stereotiplərin və yanaşmaların dəyişməsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Prezident İlham Əliyevin Sərəncamı ilə Quba şəhərində yaradılan “Soyqırımı memorial kompleksi“ xalqımıza qarşı həyata keçirilən soyqırımı cinayətlərini dünyaya bəyan edir. O cümlədən Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamından irəli gələrək tədbirlər planının hazırlanıb həyata keçirilməsi ermənilərin soyqırımı cinayətlərinin araşdırılması, öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm siyasi-ictimai əhəmiyyət kəsb edib.

Hər il mart ayının 31-də xalqımız soyqırımına məruz qalmış soydaşlarımızı ağrı və ehtiramla  yad edir. Bizətəsəlli verən isə odur ki, soyqırımı cinayətlərinin qurbanı olan bütün azərbaycanlıların ruhu indi rahatdır. Çünki torpaqlarımızın işğaldan azad olunması və ərazilərimizdə erməni separatizminə son qoyulması ilə həm də tarixin müxtəlif mərhələlərində qətlə yetirilmiş bütün soydaşlarımızın intiqamı alınıb. Eyni zamanda bu gün Azərbaycan xalqı özünün qürur və güvənc yeri olan və vətəndaşlarımızı hər cür təhdid və təhlükədən qoruyan güclü dövlətə sahibdir. Tarix boyu xalqımıza qarşı törədilən soyqrımı cinayətləri isə bundan sonra da dünyaya çatdırılacaq, habelə ermənilərin özləri barədə yaratdıqları «məzlum xalq» obrazı hər zaman qətiyyətlə ifşa olunacaq.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://missiya.az
archiveBu xəbər 31 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see11258

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see647

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see269

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see238

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see201

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see160

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see153

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see149

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see142

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see139

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see133

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see131

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see130

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see128

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see126

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see124

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see124

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri