Icma.az
close
up
RU
Ermənilərin Gəncədə törətdiyi terror şahidlərin dili ilə bir gecədə altı ailə məhv oldu

Ermənilərin Gəncədə törətdiyi terror şahidlərin dili ilə bir gecədə altı ailə məhv oldu

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 17 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şanlı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı Ermənistan cəbhə xəttində rəşadətli Azərbaycan Ordusu qarşısında aciz qaldıqca döyüş meydanından uzaqda yerləşən yaşayış məntəqələrimizi, o cümlədən Gəncəni hədəf alırdı. Ölkəmizin ikinci böyük şəhərinə edilən beş raket hücumundan ən dəhşətlisi 2020-ci il oktyabrın 17-si gecə saatlarında baş verdi.

Gecə saat 00:50 radələrində mülki əhalinin sıx yaşadığı Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə SCUD/Elbrus tipli ballistik raketlə hücum nəticəsində 15 dinc sakin həlak oldu, 55-dən çox insan yaralandı, onlarca ev və mülki obyekt dağıldı.

O müdhiş gecənin ağrı-acısını bu gün də yaşayan Gəncə sakini Ramiz Qəhrəmanov AZƏRTAC-a danışarkən göz yaşlarını saxlaya bilmədi. O, dağıntılar altından sağ çıxsa da, ailəsinin dörd üzvünü - qızı Xatirəni (34 yaş), nəvələri Orxanı (11 yaş), Məryəmi (6 yaş) və Ləmanı (18 yaş) itirib: “Təxminən gecə saat 1-ə 10 dəqiqə qalmışdı. Evin içində yatırdım. Qəfil elə bir gurultu qopdu ki, elə bildim yuxu görürəm. Başımın üstü açıq idi, çilçıraq divarın dibinə qədər getmişdi. Bayıra düşüb baxanda evin yerində daş-daş qalmadığını gördüm. Zənglər cavabsız idi… Qızım Xatirə, nəvələrim Orxan, Məryəm və Ləman - hamısı şəhid oldular. Qonşularımın da çoxu həyatını itirdi”.

Həmin raket zərbəsi zamanı digər bir evin sakinləri - Suliddin Əsgərov, oğlu Bəxtiyar Əsgərov, qızı Sevil Əsgərova, nəvələri 18 yaşlı Nigar və 10 aylıq Narin də həlak olublar. Suliddin kişinin nəvəsi, 9-cu sinif şagirdi Amin Əsgərov isə ağır yaralanıb: “Raket partlayanda məni külək kimi yerə çırpdı. Sonrasını xatırlamıram. Ayılanda daşların altında idim. Qolumu çıxarmağa gücüm çatmırdı. Sonra FHN işçiləri məni gördülər və oradan çıxardılar”.

Xatırladaq ki, Gəncə şəhərinə 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində, xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə raket hücumları təşkil olunmuşdu. Bu hücumlar nəticəsində 26 dinc sakin - 10 kişi, 10 qadın və 6 uşaq qətlə yetirildi, 6 ailə tamamilə məhv oldu, 175 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri isə 5 yaşadək uşaqlar idi.

Terror aktları zamanı yaşayış evləri, mülki infrastruktur və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri