Icma.az
close
up
RU
Erməni terroru şahidlərin dili ilə FOTO

Erməni terroru şahidlərin dili ilə FOTO

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından beş il ötür

Gəncə, 11 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncənin Ələkbər bəy Rəfibəyli küçəsində 2020-ci il ilin 11 oktyabr gecəsi insanlar dəhşət və faciə ilə üz-üzə qaldılar. Mənfur düşmənin raket hücumu nəticəsində 10 nəfər həyatını itirdi, 40-dan artıq mülki şəxs yaralandı. Düşmən cəbhədə hər dəfə məğlubiyyətə uğradıqca, döyüş bölgəsindən uzaqda yaşayan günahsız azərbaycanlıları hədəfə götürürdü. Əsgərlərimizin cəbhədə əldə etdiyi zəfərlərlə qürurlandığımız anlarda, digər tərəfdən taleləri yarımçıq qalan insanların dərdi ürəkləri dağlayırdı.

AZƏRTAC-ın bölgə müxbiri 2020-ci il oktyabrın 11-də erməni silahlı birləşmələrinin Gəncə şəhərini gecə saatlarında raket atəşinə tutması nəticəsində dağıntılar altında qalan Fuad Hüseynov və Rüfət Allahverdiyevlə görüşüb. Həmin günü acı xatirələrini onların dilindən dinləyib.

“Həmin gecə indiyədək yadımdadır. Dəhşətli partlayış və gurultu səslərinə oyandım. Tozdan və dağıntılardan heç nə görmək olmurdu. İnsanların qışqırıqları, ağlamaq səsləri... Tez qonşularımıza köməyə qaçdım. Bayıra çıxdıqda anladım ki, biz, əslində, möcüzə nəticəsində sağ qalmışıq”, - deyən erməni terrorunun canlı şahidlərindən olan Fuad Hüseynov köməksiz insanların çarəsiz baxışlarını hələ də unuda bilmədiyini söyləyir. Bildirir ki, Gəncə terroru qurbanlarının xatirəsinə ucaldılan Memorial Kompleksə tez-tez gələrək həlak olanların xatirələrini ehtiramla yad edir.

Rüfət Allahverdiyev isə həmin gün ailəsi ilə birlikdə dağıntılar altında qalmışdı. O deyir: “Gecənin yarısı idi, atam, anam və qardaşımla evdə idik. Erməni silahlı qüvvələrinin raket hücumu nəticəsində evimiz yerlə-yeksan oldu. Fövqəladə Hallar Nazirliyi əməkdaşları bizi dağıntılar altından çıxardılar. Həyətdə isə mənzərə son dərəcə ağır idi – yaralanan insanlar, körpəsi qucağında göz yaşı tökən analar, həlak olmuş qonşularımız və bizə yardım etməyə çalışan insanların çaşqınlığı...”. Rüfət hələ də o günlərdən danışarkən dili titrəyir, acı xatirələri dilə gətirməyin onun üçün heç də asan olmadığını bildirir.

Xatırladaq ki, Gəncə terroru qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə Memorial Kompleksi inşa olunub. Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Memorial Kompleksin açılışında iştirak edib.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə “Smerç” və “Elbrus” tipli raketlərlə zərbələr endirib. Raket hücumları nəticəsində 26 mülki şəxs öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri