Icma.az
close
up
RU
Ermənilərin sözünə qətiyyən inanmaq olmaz! ŞƏRH EDİLDİ

Ermənilərin sözünə qətiyyən inanmaq olmaz! ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan-Ermənistan münasibətlərində indiki vəziyyətdə o qədər də ciddi irəliləyiş yoxdur. Hələlik Ermənistan mənasız bəyanatlar verməklə məşğuldur. Azərbaycan tərəfinin ortaya qoyduğu şərtlərə əməl etmək fikri yoxdur. Müxtəlif formalarda Azərbaycanın tələblərindən yayınmağa çalışırlar. Yəni ortada olan fakt ondan ibarətdir ki, həmçinin Azərbaycan Prezidenti də bunu təsdiq edir ki, 17 bənddən ibarət sülh müqaviləsinin mətni razılaşdırılıb və həmin şərtlər daxilində müqavilə imzalamaq olar". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın özəl şərtləri var: "Bu şərtlərdən ikisini Azərbaycan Prezidenti açıq şəkildə bildirib:

Birincisi Ermənistan Konstutisiyasının giriş hissəsində müstəqil bəyannaməsinə istinadən aradan qaldırılmasıdır. Çünki həmin Ermənistan Konstitusiyasının 2015-ci ildəki düzəlişindən sonrakı variantında belə bir ifadə işlənir ki, "Ermənistan Konstitusiyası bəzi müddəalara və prinsiplərə, o cümlədən birlik bəyanməsinin prinsip və müddəalarına əsaslanaraq qəbul olunub. Yəni Ermənistan bu müddəaları orada saxlamaqla, həmin müstəqillik bəyannaməsinə istinad edir. Həmçinin onların müstəqillik bəyannaməsi 1990-cı il avqust ayının 23-də qəbul olunub. Eyni zamanda həmin bəyannamədə Azərbaycana qarşı açıq-aşkar ərazi iddiası var. Çünki bəyannamə də 1989-cu il dekabrın 1-i Ermənistan Ali Sovetinin qərarına söykənir".

Siyasətçi bildirir ki, Ermənistan Ali Soveti 1989-cu il dekabr ayının 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi: "Bu müstəqillik bəyannaməsidə açıq-aşkar Azərbaycana qarşı ərazi iddiasının olması deməkdir.

1990-cı il bəyannaməsinin 11-ci bəndində Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası var. Türkiyənin bir hissəsi Qərbi Azərbaycan adlandırılır və qondarma erməni soyqrımı orada qabardırılır. Ona görə də müstəqillik bəyannaməsinə istinad oradan götürülməlidir. Ermənistan tərəfi, yəni Nikol Paşinyan bunu edəcəklərinə söz verir, amma nə vaxt edəcəklər, yaxud ümumiyyətlə bu sözləri düzgündürmü bilinmir. Ermənilərin sözünə qətiyyən inanmaq olmaz! Son onillik ərzində baş verən hadisələrə nəzərən deyirik ki, onlar sözlərini tutmurlar.

Ermənilərin dediklərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra Kontitusiyalarında dəyişiklik edəcəklər, amma buna inanmaq olmaz. Həmçinin bu kimi təklifə ehtiyacda yoxdur. Çünki Azərbaycan Konstitusiyasında ona qarşı ərazi iddiası olan ölkə ilə sülh müqaviləsi imzalamaz".

Bununla yanaşı Akif Nağı qeyd edir ki, ikinci şərt ondan ibarətdir ki, Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı mövqeyini ortaya qoymalıdır: "Onların dediyinə görə, sülh müqaviləsi imzalandıqdan 10 dəqiqə sonra Minsk Qrupunun buraxılması ilə bağlı sənəd imzalanacaq. Lakin Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxışında bildirib ki, sülh müqaviləsi imzaladıqdan sonra Minsk Qrupunun buraxılması ilə bağlı prosesə başlayacaqlar. Bu prosesi isə belə şərh etdilər ki, "Biz ATƏT-in 57 ölkəsinə fikrimizi göndərəcəyik ki, onların bizim mövqemiz barədə fikirləri nədən ibarətdir. Eyni zaman ATƏT-in katibliyinə mövqemizi bildirəcəyik. Həmçinin Azərbaycan-Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı komissiya yaradılacaq".

Bununla onlar yenə də Azərbaycanı söz oyununa cəlb edirlər, həmçinin özünü dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycanın bütün tələblərini yerinə yetirdilər. Amma bu tələbləri yerinə yetirmək fikirləri yoxdur. Azərbaycan isə öz mövqeyində israrlıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri