Icma.az
close
up
RU
Ermənilərin xarabalığa çevirdiyi Ağdam: Öz şöhrətini bərpa edəcək DEPUTAT

Ermənilərin xarabalığa çevirdiyi Ağdam: Öz şöhrətini bərpa edəcək DEPUTAT

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Ağdam şəhərinin işğaldan azad olunması Vətən müharibəsinin ən mühüm hərbi-siyasi nailiyyətlərindən biri kimi tarixə düşüb. 

Bu qələbənin əhəmiyyətini və Ağdamın Azərbaycan xalqının yaddaşındakı xüsusi yerini nəzərə alan cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir. Bu qərar həm tarixi ədalətin bərpasının təntənəsidir, həm də Ağdamın yenidən dirçələn, gələcəyə böyük addımlarla irəliləyən bir şəhər kimi rəmziləşdirilməsidir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ağdamın işğaldan azad olunması təkcə hərbi gücün deyil, həm də siyasi iradənin, strateji uzaqgörənliyin və diplomatik məharətin nəticəsi oldu:

“Vətən müharibəsi dönəmində Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində ardıcıl uğurlar qazanaraq işğalçı Ermənistan ordusunu geri çəkilməyə məcbur etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası, düzgün seçilmiş hərbi taktikası və siyasi iradəsi nəticəsində Ağdamda genişmiqyaslı döyüş əməliyyatlarının aparılmasına ehtiyac qalmadı.

Çünki ordumuzun digər istiqamətlərdə qazandığı üstünlük düşməni danışıqlar masasında məcburi şəkildə kapitulyasiyaya gətirdi. Nəticədə, 2020-ci il 10 noyabr bəyanatına əsasən Ağdam bir güllə atılmadan, heç bir döyüş əməliyyatı aparılmadan geri qaytarıldı. Bu, dünya hərb tarixində nadir rast gəlinən hadisələrdən biridir və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin nəyə qadir olduğunu nümayiş etdirir”.

S.Salmanova xatırladıb ki, 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin qəbul edilməsi, əslində, beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını rəsmi şəkildə tanıması demək idi:

“Həmin sənəddə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” açıq şəkildə tələb olunurdu. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi fundamental prinsiplərə əsaslanan birmənalı çağırış idi. Lakin Ermənistan, təəssüf ki, bu tələblərə məhəl qoymadı və illərlə beynəlxalq hüquqa zidd siyasət yürütməyə davam etdi.

Əgər Ermənistan beynəlxalq öhdəliklərinə sadiq qalsaydı, Təhlükəsizlik Şurasının qətnamələrini icra etsəydi və siyasi iradə nümayiş etdirərək işğala son qoysaydı, münaqişə çoxdan dinc yolla həllini tapardı. Lakin bu baş vermədi. Yalnız Ermənistanın destruktiv mövqeyi deyil, eyni zamanda beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasına nəzarət edə bilməməsi, qətnamələrin yalnız kağız üzərində qalması məsələni uzadan başlıca amillərdən biri oldu. 

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, həmçinin BMT Baş Assambleyası, İƏT, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi beynəlxalq qurumların sənədləri uzun illər ərzində real mexanizmlərdən məhrum vəziyyətdə qaldı. Bu isə beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu daha açıq şəkildə ortaya qoydu. 

Belə bir şəraitdə Azərbaycan tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməklə təkcə öz suverenliyini bərpa etmədi, həm də uzun illər pozulmuş beynəlxalq hüququn və ədalətin təmin olunmasına nail oldu. Azərbaycan faktiki olaraq BMT qətnamələrinin yerinə yetirilməsini özü təmin etdi və bununla da regionda yeni reallıq yaratdı”.

Parlamentari bildirib ki, işğal dövründə Ermənistanın Ağdamda həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi:

“Cenevrə Konvensiyalarının tələblərinə zidd olaraq, rayonun coğrafi adları dəyişdirilmiş, evlər, məktəblər, müəssisələr və mədəniyyət ocaqları talan edilmiş, məqsədli şəkildə yandırılıb dağıdılmışdı. Bütün bunlar Ermənistanın işğal etdiyi əraziləri öz nəzarəti altında saxlamaq üçün demoqrafik, mədəni və tarixi izləri silməyə yönəlik siyasət yeritdiyini açıq şəkildə göstərirdi. Azərbaycanlı əhalinin kütləvi şəkildə qovulması və etnik təmizləməyə məruz qoyulması Ermənistanın real məqsədinin – silah gücünə ərazi əldə etmək siyasətinin bariz ifadəsi idi. 

Ağdam şəhərinin xarabalığa çevrilməsi isə Ermənistan vandalizminin ən ağrılı nəticələrindən biridir. Bu gün Ağdamın siması müharibənin törətdiyi faciənin canlı göstəricisinə çevrilib. Xarici jurnalistlər və beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması da dağıntıların miqyasının hansı səviyyədə olduğunu təsdiqləyir. 

Şəhərdə salamat bir bina qalmamış, tarixi abidələr məhv edilmiş, məscidlər təhqir olunmuş, qəbiristanlıqlar dağıdılmışdı. Bütün bunlar işğalçı siyasətin məqsədyönlü şəkildə aparıldığını bir daha sübut edir”.

S.Salmanova vurğulayıb ki, hazırda  Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir:

“Digər azad edilmiş ərazilərimizlə yanaşı, Ağdamda yeni yol şəbəkələri salınır, su və enerji infrastrukturu bərpa olunur, müasir yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, xəstəxanalar və sənaye zonaları inşa edilir. 

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən layihələr Ağdamın gələcəyini tamamilə yenidən formalaşdırır. Əminliklə demək olar ki, işğaldan azad edilmiş Ağdam şəhəri yaxın illərdə öz əvvəlki şöhrətini bərpa edəcək və Qarabağın ən mühüm iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevriləcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri