Icma.az
close
up
RU
Düşmənə gözdağı Ermənistanın xarabalığa çevirdiyi ərazilərdə möhtəşəm yaşayış binaları tikilir

Düşmənə gözdağı Ermənistanın xarabalığa çevirdiyi ərazilərdə möhtəşəm yaşayış binaları tikilir

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ermənistanın xarabalığa çevirdiyi şəhər, kənd və qəsəbələrimizdə azğın düşmənə gözdağı verəcək möhtəşəm yaşayış binaları, bir sıra obyektlər tikilir, parklar salınır, yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Ona görə də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam, Əsgəran rayonlarına və Xankəndi şəhərinə növbəti səfəri mühüm əhəmiyyət daşıyır".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, dövlət başçısı və birinci xanım mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edirlər:

"Həmin səfərlər zamanı ölkə başçımız sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir. Bildiyiniz kimi, fevralın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Ağdam şəhərinə səfər ediblər. Azərbaycan lideri budəfəki səfər çərçivəsində "Hilton Garden Inn" hotelində, Ağdam Muğam Mərkəzində, həmçinin şəhərdə tikintisi davam etdirilən 1 268 mənzilli 2-ci yaşayış kompleksi, 1 nömrəli körpələr evi-uşaq bağçası və 1 nömrəli tam orta məktəbdə görülən işlərlə tanış olub. Prezident bundan başqa, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında da iştirak edib. Görülən işlər onu sübut edir ki, bir zamanlar "Qafqazın Xirosiması", "Kabus şəhər" adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Əminəm ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək".

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Dövlət tərəfindən Azərbaycanın milli-mədəni irsinin qorunub-saxlanmasına xüsusi diqqət və qayğı göstərilir. İşğal dövründə Ermənistan tərəfindən dağıdılan, məhv edilən tarixi və dini abidələrimiz hazırda təmir-bərpa olunur, yenidən qurulur. Bu işlərə xüsusən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də mühüm töhfə verilir. Belə ki, Fond tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstü, Mehmandarovların malikanə kompleksi təmir olunub, Zəngilan məscidi tikilib, Ağdam Cümə məscidi isə bərpa edilib. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir", - deyə müsahibimiz vurğulayıb.

Parlamentari əlavə edib ki, bir neçə gün sonra Xocalı soyqırımının 33-cü ildönümüdür:

"Faciənin 33-cü ildönümü ərəfəsində Prezidentin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımız sakinlərlə görüşündə bildirdi ki, "Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılar olublar, onlara qarşı soyqırımı törədilib. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi". Soyqırımına məruz qalmış Xocalıya artıq həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib, kənddə 137 ev bərpa edilib və 60-a yaxın ev isə bərpa olunacaq".

Millət vəkili əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir:

"Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimizin öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsinin, əzminin, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Fevral 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri