Icma.az
close
up
RU
“Minifutbolçularımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdı” DEPUTAT

“Minifutbolçularımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdı” DEPUTAT

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha artıran növbəti böyük qələbə minifutbolçularımızdan gəldi. İyunun 1-də Azərbaycan Milli Komandası Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi oldu. Bu, yalnız minifutbol deyil, bütövlükdə Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılan qələbə oldu. Güclü rəqiblərin iştirak etdiyi mundialda əldə olunan bu qələbə gənclərimizin peşəkarlığı sayəsində qazanıldı. İlk növbədə onu qeyd etməliyik ki, Milli Gimnastika Arenasında reallaşan yüksək səviyyəli təşkilatçılıq iştirakçı ölkələr, Dünya Minifutbol Federasiyasının rəsmiləri və beynəlxalq idman institutları tərəfdindən də nümunə kimi qiymətləndirilir. 32 komandanın mübarizə apardığı dünya çempionatında izdihamlı azarkeş dəstəyi motivasiyanı artırır, unikal atmosfer yaradırdı.
Qələbə münasibətilə Prezident İlham Əliyevin komanda üzvlərini qəbul etməsi ilk növbədə idmana dövlət qayğısının təzahürüdür. Bütün uğurların təməli məhz bu yüksək səviyyəli dəstəkdir. Bu gün ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur.
Təsadüfi deyil ki, millimiz 3 il əvvəl — 2022-ci ildə Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatında da çempion adını qazanmışdı. O zaman da komanda üzvlərini qəbul edən dövlət başçımız bildirmişdi ki, minifutbol nisbətən yeni idman növü olduğu üçün bu sahədəki nailiyyətləri məhz komanda özü qazanıb. Burada isə təbii ki, komanda ruhu və vətənpərvərlik hissi əsas rol oynayır.
Dövlət başçımızın nitqində gənclərə və idmançılara ünvanlanan ən vacib mesajlardan biri də «əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar» tezisi idi. Biz bütün uğurlarımıza həm də Vətən naminə, dövlətçilik və milli maraqlar naminə imza atırıq. Çünki əldə olunan bütün uğurlar nəticə etibarı ilə Azərbaycanın qazandığı beynəlxalq statusu daha da möhkəmləndirir». 3 il sonra millimiz daha böyük qələbə mərhələsinə keçməklə bütün ümidləri doğrultdu.
Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkədir.
Ümumiyyətlə, komanda idman növündə çempion olmaq böyük önəm kəsb edir. Belə ki, komanda idman növlərində üzvlərin bir-birinə ailə kimi bağlılığı, komandadaki sağlam ab-hava qələbəni şərtləndirən əsas amillərdəndir. Eyni zamanda Azərbaycan minifutbolçuları bu qələbəni ədalətli mübarizə nəticəsində əldə etdilər.
Cənab Prezident daha bir vacib məsələyə — milli komandamızın bütün üzvlərinin Azərbaycanda yetişdirilmiş gənclər olmasına diqqət çəkdi. Bu, çox vacib məsələdir. Belə ki, bu, milli kimliyin gücləndirilməsi, ölkədə gənc nəslin ruhlandırılması baxımından olduqca əhəmiyyətlidir.
İndi minifutbolçularımızın qarşısında duran əsas hədəf bu qələbəni qoruyub saxlamaqdır. İdmançılarımız bundan sonra da Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlamaq imkanlarını dəyərləndirəcək.
Bu uğur həm də yeni nəsil idmançıların yetişməsi üçün stimul oldu. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu qələbə gənc nəslin minifutbola marağını artıracaq, bu idman növünün inkişafını sürətləndirəcək.
Beləliklə, beynəlxalq idman institutları ilə əməkdaşlığı davam etdirən ölkəmiz regional və qlobal məsələlərin müzakirə edildiyi mərkəz olmaqla yanaşı nüfuzlu idman dövləti kimi də mövqelərini möhkəmləndirir.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyun 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri