Icma.az
close
up
RU
Ermənipərəstlərin yeni oyunu...

Ermənipərəstlərin yeni oyunu...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tolerantlıq nümunəsi Azərbaycana qarşı qərəzli “dinləmə”

Azərbaycan dini, milli və mədəni dəyərlərə, o cümlədən müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətə, multikultural həyat tərzinə görə dünyada tolerantlıq nümunəsi kimi çıxış edir. Bu gün də dünyanın ən sabit, tolerantlıq indeksinə görə aparıcı ölkəsi sayılan Azərbaycanda bu məsələlər ilə bağlı hər hansı problem yoxdur. Maraqlıdır ki, Azərbaycanın regiondakı siyasi nüfuzunun artmasından, yeni münasibətlər sistemi formalaşdırmasından narahatlıq keçirən bəzi “dairələr” məhz bu xətlə - tolerantlıq və dini etiqad azadlığı məsələsi üzərindən uğursuz “təzyiq kampaniyası” təşkil etməyə cəhd göstərirlər. Xüsusilə, ermənipərəst mərkəzlər dayanmadan Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil etməyə çalışır.

Yeni təxribat...

Belə ki, ABŞ-dakı erməni lobbisinin təhriki ilə türkofob və islamofob qüvvələrin anti-Azərbaycan fəaliyyəti səngimir - ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (“USCIRF”) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirməyə “hazırlaşır”. Maraqlıdır ki, bu “dinləmənin” hədəfi də əvvəlkilərin təkrarıdır - onlar yenə də Azərbaycanda olmayan, qondarma “erməni mədəni irsi”nin “məhv edilməsi” məsələsinə “baxacaqlar”. Bununla bağlı yayılan açıqlamada bir daha ermənipərəst şəbəkənin hansı istiqamətlərdə “hücuma keçmək” istədiyi açıq-aydın görünür. Onlar Azərbaycanı “erməni mədəni irsini məhv etməkdə” ittiham edir, olmayan “Dağlıq Qarabağ”dakı dini obyektlərin təhlükə altında olduğunu sayıqlayırlar. Hətta bir az da irəli gedərək Azərbaycanda, ümumiyyətlə, dini etiqad azadlığı ilə bağlı vəziyyətin guya, “narahatedici” olması iddiasını irəli sürürlər: “Fevral ayında “USCIRF” ölkədə dini etiqad azadlığının vəziyyətini araşdırmaq və dini icma nümayəndələri, hüquq müdafiəçiləri və hökumət rəsmiləri ilə görüşmək üçün Azərbaycana səfər edib. “USCIRF” 2025-ci il üçün illik hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına görə Xüsusi Nəzarət Siyahısına daxil etməyi tövsiyə edib”.

“USCIRF”-erməni “dəyənəyi”...

Nədir bu “USCIRF”? Bu qurum Dövlət Departamentindən ayrı, Birləşmiş Ştatlar hökumətinin guya, müstəqil və məsləhətçi orqanı sayılır. ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (“USCIRF”) 1998-ci il Beynəlxalq Dini Etiqad Azadlığı Aktı (IRFA) tərəfindən yaradılmış və xaricdə dini etiqad və ya etiqad azadlığına dair universal hüquqa nəzarət edən “müstəqil” qanunverici orqan sayılır. Ən maraqlı cəhət isə “USCIRF”in qlobal miqyasda dini etiqad azadlığının pozulmasına nəzarət etmək üçün ABŞ Prezidentinə, dövlət katibi və konqresə “siyasi tövsiyələr vermək” hüququdur. Demək ki, bu qurum da təzyiq üçün yönləndirmə “dəyənəyi” kimi istifadə olunur. Qurumun saytına diqqət yetirəndə maraqlı nüansla qarşılaşmaq olur: bu təşkilat Prezidentdən hökumətin “din azadlığının xüsusilə ciddi şəkildə pozulmasında iştirak etdiyi” ölkələri Xüsusi Narahatlıq Olan Ölkələr (CPC) kimi təyin etməyi tələb edə bilər - “USCIRF” öz təhlili əsasında dövlət katibinə CPC təyin edilməsi üçün ölkələr tövsiyə edir. Beləliklə də aydın olur ki, bu qurum ayrı-ayrı maraqlar üçün fərqli dövlətləri müxtəlif şəkildə hətta şantaj belə edə bilir.

Daha bir maraqlı nüans: ötən ilin avqustunda “USCRIF” Azərbaycanı da Xüsusi Narahat Olunan Ölkələr (CPC) tövsiyələr siyahısına əlavə edib. Komissiyanın illik hesabatının təqdimat mərasimində qurumun rəhbəri Stiven Şnek bildirib ki, guya Azərbaycanda dini azlıqları, xüsusən də etnik erməni xristianları təqib edilir. Qeyd edək ki, bu ağ yalandır - Azərbaycan heç bir dini azlığı təqib etmir, ermənilər öz xoşları və könüllü şəkildə ölkəmizi tərk ediblər. Şnek deyib ki, guya, 2023-cü ilin sentyabrında 120 minə yaxın etnik erməni “soyqırım qorxusundan qonşu Ermənistana” gediblər. Göründüyü kimi, bu ifadələr bütövlükdə, qərəz və yalandır. Azərbaycandan könüllü şəkildə Ermənistana gedən insanlar ən yüksək təhlükəsizlik şəraiti ilə təmin olunublar. Şnek iddia edib ki, Azərbaycanda xristianların və digər dini azlıqların dini etiqad azadlığı qorunmur.

Azərbaycanın tolerantlıq mühiti rəqəmlərdə...

Məsələnin mahiyyətinə keçməzdən əvvəl bir sıra statistik rəqəmlərə diqqət edək:

- Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb;

-Konfessional baxımdan onlardan 957-i İslam, 38-si isə qeyri-islam (xristian - 27; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür;

-Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir;

-“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb;

-Ölkə ərazisində 2258 məscid mövcuddur;

-Respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalara qarşı münasibət də hər zaman ən yüksək səviyyədə təmin edilib. Məsələn, Azərbaycan Prezidenti hər zaman milli bayramlarda ölkəmizdəki digər dini icmaları təbrik edir - yəhudi icmasını ötən ilin sentyabrın 30-da Roş ha-Şana münasibətilə təbrik etmişdi. Prezidentin ünvanladığı təbrik məktubunda Şərqlə Qərbin qovuşuğunda körpü rolunu oynayan Azərbaycanı uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardan biri adlandırmışdı. “Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar. Bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcuddur,”- deyə dövlət başçısı məktubunda bildirmişdi.

Eynilə, bu il yanvarın 5-də Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib, ənənəvi olaraq pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.  Ötən ay Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Bütün bu hallar Azərbaycanda dini-etnik tolerantlığın ən yüksək səviyyəsinin göstəricisidir.

Erməni vandalizmi...

Erməni məkrinin dilindən danışan “USCIRF” unudur ki, dini dözümsüzlük, insanların milli, dini mənsubiyyətinə görə təqibə və təhqirə məruz qalması yalnız və yalnız ermənilərin fəaliyyəti olub. 1990-cı illərin əvvəlində Ermənistan Azərabycana qarşı işğal siyasəti həyata keçirib. 30 il ərzində davam edən bu siyasət nəticəsində milli, dini, tarixi abidələrimiz təhqir olunub, dağıdılıb. 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır - bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Antiterror tədbirlərindən sonrakı dövrdə isə Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilib. Bu fakt bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir. Statistik rəqəmlər hər şeyi ortaya qoyur. İşğaldan azad edilmiş bölgələrdə təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır - 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb. Beləliklə, erməni “təbliğatına” dəstək duranlar unutmamalıdır ki, gec də olsa haqq öz yerini tapır - erməni vandalizminin bütün mahiyyəti artıq ifşa edilib. 

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri