Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Ermənipərəstlərin məyusluğu: “İrəvan gərginlik istəmir”

Ermənipərəstlərin məyusluğu: “İrəvan gərginlik istəmir”

Icma.az, Ayna saytına istinadən bildirir.

Nikol Paşinyan: “Ermənilərin Qarabağa qayıtması qeyri-realdır”

Elxan Şahinoğlu: “Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda, onların səsi gələrdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı deyib ki, ermənilərin Qarabağa qayıtması real deyil. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.

"Bizim anlayışımız belədir: beynəlxalq ictimaiyyətin yardımı ilə Qarabağdan olan qaçqınlar Ermənistanda məskunlaşmalıdırlar. Biz onlar üçün mənzil proqramına başlamışıq. Bu, çətin başlayıb, amma əminəm ki, bu, daha səmərəli olacaq. Biz Qarabağdan olan soydaşlarımızın gələcəyini Ermənistanda, Ermənistan Respublikasının vətəndaşlığında görürük", - avropalı deputatın sualını cavablandıran Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, o, artıq avqustun 18-də müraciətində geri dönüşün real olmadığını bildirib: "Açıq şəkildə deyirəm: qaçqınların geri qayıtmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, insanlara bunu vicdanla söyləmək vacibdir ki, onlar perspektivləri görə bilsinlər və planlar qura bilsinlər. Ümumiyyətlə, hazırkı kontekstdə bu məsələnin müzakirəsi sülh prosesi üçün təhlükəlidir".

Eyni zamanda, Paşinyan öz mövqeyinə haqq qazandırmağa cəhd edərək, ermənilərin geri qaytarılması ilə bağlı müzakirələrin “yeni risklərə səbəb ola biləcəyini” bəyan edərək, Qarabağ münaqişəsinin sadə humanitar məsələlərlə başladığını və daha sonra uzunmüddətli qarşıdurmaya çevrildiyini xatırladıb.

“Növbəti onilliklərdə səmimi və bəlkə də çox da diplomatik deyil. Ermənistan və Azərbaycan sadəcə olaraq bir-birini rahat buraxmalı və diqqətini iqtisadi əməkdaşlığa, dialoqun tədricən qurulmasına yönəltməlidir”, - Paşinyan əlavə edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın bu yanaşması böyük ehtimalla AŞPA-nın bir qrup deputatı üçün gözlənilməz olub: “Çünki həmin deputatlar ölkələrindəki erməni lobbisinin üzvləri ilə əl-ələ verərək, “ermənilərin Qarabağa qayıdışı təmin edilməlidir” çağırışlarına ara vermir, bu mövzuda müxtəlif tədbirlər keçirirlər. ABŞ Konqresində də eyni səslər ucaldılır və başda Frenk Pallone olmaqla bir qrup ermənipərəst konqresmen dövlət katibi Marko Rubiodan da ermənilərin Qarabağa qayıdışını gerçəkləşməsini tələb edirlər. Bu tələblər səslənərkən Ermənistanın Baş naziri qətiyyətlə ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu söyləyir. Çünki Paşinyan yaxşı anlayır ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağa qayıdışı tələbinə qoşulsa, bu sülh danışıqları apardığı Azərbaycanla münasibətləri yenidən gərginləşdirəcək. Bu isə Paşinyana lazım deyil”.

“Baş nazir AŞPA-dakı çıxışında elə belə də deyib: “Ermənistan və Azərbaycan sadəcə olaraq bir-birini rahat buraxmalı və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər”. Paşinyanın ermənilərin Qarabağa qayıdışı tələbini səsləndirməməsinin başqa səbəbi də var. Paşinyan düşünür ki, bununla azərbaycanlıların Qərbi Zəngəzura qayıdışının qarşısını almış olacaq. Yəni onun məntiqinə görə, ermənilər Qarabağa qayıtmırlarsa, azərbaycanlılar da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmamalıdırlar”, - deyə analitik qeyd edib.

E.Şahinoğlu bildirib ki, Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə endirir: “Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda, onların səsi gələrdi. Çünki onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportlarının qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyillər. Demək, Paşinyanın söylədiyi kimi, Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri