Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

Milli mətbəximizin təbliğinə töhfə verən şef...

İrəvanın yeni təhlükəsizlik oyunu

İrəvanın yeni təhlükəsizlik oyunu

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Avropa İttifaqı çevrəsinə sürüklənir

Ermənistan rəhbərliyinin müxtəlif ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində atdığı addımlar Azərbaycanda diqqətlə izlənilir və təhlil olunur. Bu da səbəbsiz deyil. Çünki burada söhbət ölkəmizə qarşı işğalçı müharibə aparmış, minlərlə azərbaycanlının ölümünə, yüz minlərlə soydaşımızın doğma yurdlarından qaçqın düşməsinə səbəb olmuş, işğalı 30 ilə yaxın davam etdirmiş, bu müddət ərzində həmin yerlərdə daşı daş üstə qoymamış dövlətdən gedir. Həmin dövlət bu gün də sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanması üçün zəruri olan iki şərti yerinə yetirməkdən yayınır. Bu isə Ermənistan siyasi isteblişmentinin başqa xəyallarla yaşadığının göstəricisidir.

Bütün bunlar fonunda Ermənistan və Avropa İttifaqının (Aİ) müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə başlamasına dair “Nyus.am”ın yaydığı məlumat maraq doğurur. Məlumata görə, iyunun 30-da Ermənistan və Aİ arasında məsləhətləşmələr çərçivəsində təhlükəsizlik və müdafiə məsələləri üzrə ilk iclas keçirilib. İclasın gündəliyi bir çox məsələləri əhatə edib.

Məsləhətləşmələr zamanı Ermənistanla Aİ arasında təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, o cümlədən regional gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Aİ-nin böhranların idarə olunması əməliyyatları çərçivəsində gələcək əməkdaşlığın perspektivlərini, qurumun Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətini, Avropa Sülh Aləti (European Peace Facility–EPF) çərçivəsində uzunmüddətli qarşılıqlı fəaliyyət imkanlarını, Avropa Təhlükəsizlik və Müdafiə Kolleci (ESDC) ilə Ermənistanın müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistan–Aİ məsləhətləşmələri çərçivəsində təhlükəsizlik və müdafiə məsələləri üzrə ilk iclas İrəvanın geosiyasi kursunda mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Aİ ilə bu formatda dialoqun qurulması təkcə texniki deyil, siyasi cəhətdən də önəm daşıyır. Ermənistan son dövrlərdə Rusiyaya olan etimadsızlığını konkret addımlarla nümayiş etdirir. Aİ ilə keçirilən bu iclas da həmin tendensiyanın daha bir nümunəsidir. İclas zamanı müzakirə olunan məsələlərin geniş spektri isə tərəflər arasında strateji tərəfdaşlıq istiqamətində atılan addımların gələcək konturlarını göstərir. Aİ bu yolla Ermənistana daha sıx inteqrasiya vədləri verir, əvəzində regiondakı təsirini artırmağa çalışır. Ermənistan hakimiyyəti isə bu prosesi həm daxili ictimai rəyə, həm də Qərb dairələrinə müstəqil təhlükəsizlik siyasəti kimi təqdim edir. Lakin bu cür təmaslar təkcə Ermənistanın deyil, bütövlükdə regionun sabitliyi və güc balansı baxımından da diqqətlə izlənməlidir. Çünki bu cür addımlar Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşdırmaq iddiasının tərkib hissəsinə çevrilməkdədir.

İclas zamanı Ermənistan və Aİ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə aparılan müzakirələr İrəvanın Qərbə inteqrasiyanı gücləndirmək cəhdlərinin tərkib hissəsidir. Bu, Ermənistanın Rusiya ilə hərbi-siyasi müttəfiqliyinə alternativ axtarışlarını daha da aktuallaşdırması deməkdir. Tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunmaqla, Cənubi Qafqazda baş verən proseslərə dair qarşılıqlı mövqeləri dəqiqləşdirməyə çalışıblar. Güman etmək olar ki, bu dialoq Aİ üçün regionda təsir imkanlarını artırmaq məqsədi daşıyır. Ermənistan isə bu platformanı həm xarici dəstək qazanmaq, həm də daxili siyasi manevr imkanlarını genişləndirmək üçün istifadə edir.

İclas zamanı İrəvan və Brüssel arasında böhranların idarə olunması sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunması Aİ-nin regionda təhlükəsizlik aktoru kimi çıxış etmək istəyini göstərir. Bu, xüsusilə Ermənistanın Rusiya təhlükəsizlik sistemindən uzaqlaşmaq cəhdləri fonunda diqqəti cəlb edir. İrəvan Aİ-nin mülki adlansa da, əslində, yarımhərbi missiyası vasitəsilə öz sərhədlərini necə deyərlər, müdafiə zəmanətçisi ilə təmin etməyə çalışır. Lakin bu yanaşma da bölgədə balansı dəyişə bilər və digər oyunçuların reaksiyasına səbəb olur. Bu bir faktdır ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası (EUMA) son dövrlərdə Brüsselin regiona marağının simvoluna çevrilib. Elə iclas zamanı bu missiyanın fəaliyyəti və gələcək rolu barədə fikir mübadiləsinin aparılması da təsadüfi deyil. Ermənistan məlum missiyanı öz təhlükəsizliyi üçün siyasi təminat kimi təqdim etməyə çalışır. Aİ isə bu formatla həm Ermənistana dəstək verir, həm də Cənubi Qafqazda möhkəmlənmək istəyir. Missiyanın fəaliyyəti, demək olar ki, bütün regional güclər tərəfindən tənqidlə qarşılanır.

Məlumatda əksini tapan Avropa Sülh Alətinə gəldikdə isə demək lazımdır ki, bu, Aİ-nin 2021-ci ildən fəaliyyətə başlayan xüsusi maliyyə mexanizmidir. Onun əsas məqsədi Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində tərəfdaş ölkələrə dəstəyini gücləndirməkdir. Bu alət vasitəsilə Aİ hərbi təlimlər, texniki avadanlıq, təhlükəsizlik islahatları və digər müdafiə yönümlü təşəbbüslər üçün tərəfdaş ölkələrə maliyyə vəsaiti ayıra bilir. Ermənistan da bu alətə çıxış əldə etməyə çalışır. “Avropa Sülh Aləti çərçivəsində uzunmüddətli qarşılıqlı fəaliyyət imkanları” dedikdə, Aİ-nin Ermənistana hərbi texnika yox, daha çox sərhəd təhlükəsizliyi, müşahidə texnologiyaları, hərbi kadrların təlimi, sülhməramlı potensialın artırılması kimi istiqamətlərdə yardım göstərməsi nəzərdə tutulur. Bu isə Ermənistan üçün həm təhlükəsizlik zəmanəti, həm də Qərbə daha sıx bağlılıq deməkdir.

Bu məsələ Ermənistanın təhlükəsizlik sahəsində Qərbə inteqrasiyasının bir başqa mühüm göstəricisidir. Avropa Təhlükəsizlik və Müdafiə Kolleci Aİ çərçivəsində fəaliyyət göstərən və üzv, həmçinin tərəfdaş ölkələrin hərbi və mülki kadrlarının hazırlanmasına yönəlmiş ixtisaslaşmış təhsil platformasıdır. Ermənistan bu əməkdaşlıqla öz zabit və hərbi təlimatçılarının Aİ standartlarına uyğun təlimlərə cəlb olunmasına çalışır. Bu isə ölkənin təhlükəsizlik qurumlarında Qərb yanaşmalarının tədricən güclənməsi ilə nəticələnə bilər. Belə əməkdaşlıq Rusiya təsirindən uzaqlaşma siyasətinin həm simvolik, həm də praktik təzahürüdür.

Mövzuya dair fikirlərini XQ ilə bölüşən politoloq Ramiyə Məmmədova bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmadığı üçün İrəvandan ölkəmizə qarşı təxribatlar gözləniləndir. Onun sözlərinə görə, Ermənistan istənilən ölkənin və təşkilatın yanında dayanıb ona həvalə edilən hər cür tapşırığı icra etməyə hazırdır: “Bu gün Ermənistan daxilində gedən prosesləri diqqətdən qaçırmaq olmaz. Eyni zamanda, İrəvanın həm Avropa, həm də Türkiyə ilə yaxınlaşmaq siyasəti yürütdüyünü nəzərə almaq lazımdır. Bundan əlavə, məlumdur ki, Ermənistanda hər zaman revanş meyilləri olub, bundan sonra da olacaq. Düşünürəm ki, sülh sazişi imzalandıqdan sonra da haylarda bu düşüncə qalacaq”.

Politoloq qeyd etdi ki, Ermənistan, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionda özünə yer tapa bilmir: “Ölkə rəhbərliyi müharibədən, xüsusilə antiterror əməliyyatından sonra üzünü Qərbə çevirib və ondan nicat istəyir. Gah Avropa İttifaqından, gah Fransadan, gah Hindistandan, gah da ABŞ-dan, lobbi qurumlarından imdad diləyir. Amma istədiyi dəstəyi ala bilmir. Əvəzində, Ermənistanın iddialarını qızışdırırlar”.

R.Məmmədova onu da bildirdi ki, Ermənistan bütün bu cəhdlərinin əbəs olduğunu başa düşüb Azərbaycanın sülh sazişinin imzalanmasına dair iki şərtini yerinə yetirməlidir: “Əgər Ermənistan bu bölgədə inkişaf etmək istəyirsə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salmalıdır. Bütövlükdə Ermənistanla Aİ arasında keçirilən təhlükəsizlik və müdafiə məsləhətləşmələri rəsmi İrəvanın xarici siyasət kursunu birtərəfli şəkildə yönləndirməsinin növbəti nümunəsidir. Bu yanaşma balanslı diplomatiyadan çox, siyasi vəziyyətdən istifadə edərək Qərbin himayəsini qazanmaq cəhdidir. Təhlükəsizlik və müdafiə kimi həssas sahələrin xarici aktorlarla bu qədər asan paylaşılması suverenlik baxımından da suallar doğurur. Ermənistan rəhbərliyi bu prosesləri daxili auditoriyaya alternativ təhlükəsizlik mexanizmi kimi təqdim etsə də, real nəticələr hələlik kağız üzərindədir. Üstəlik, belə təmaslar regionda etimad mühitinə yox, daha çox siyasi bloklaşmalara xidmət edə bilər. Ümumilikdə isə bu cür məsləhətləşmələr simvolik əhəmiyyət daşısa da, praktik baxımdan ciddi nəticələr doğuracağı hələlik şübhəlidir”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see303

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see271

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see255

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see245

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see242

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see240

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see229

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see193

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see188

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see187

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see186

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see183

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see182

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see174

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see167

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see167

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see165

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see164

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

14 Sentyabr 2026 17:33see164

Milli mətbəximizin təbliğinə töhfə verən şef...

14 Sentyabr 2026 16:34see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri