Icma.az
close
up
RU
Ermənistan 5 gündən sonra və seçimsonrası...

Ermənistan 5 gündən sonra və seçimsonrası...

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Seçkilər “sülh, yoxsa hərb” dilemması ilə yanaşı, digər vacib suallara da aydınlıq gətirməlidir

Dözülməz və kəskin siyasi gərginlik – son vaxtlar Moskva ilə İrəvan arasında münasibətlərə nüfuz edən ritorika səviyyəsini belə təsvir etmək mümkündür. Ermənistan hökumətinin “siyasi oriyentasiyasından” tutmuş, iqtisadi prioritetlərinə qədər bir sıra hərəkətləri Rusiya isteblişmentinin nümayəndələri tərəfindən tənqidlə qarşılanır. Kremlin seçkiqabağı “qələbə üçün bütün vasitələr məqbul sayılır” taktikasından yararlandığı bütün bucaqlardan görünür. Bu qeyri-bərabər, “sekundantsız duel”dən Paşinyanın qalib çıxacağı çoxlarına inandırıcı görünməyə bilər, amma İrəvanın Rusiyanın “zəncirindən savayı itirməyə heç nəyinin olmadığı” reallığını da diqqətdən kənarda saxlamaq olmaz.

Ermənistan 5 gündən sonra üzünü hansı səmtə çevirəcək - sualının cavabını 35 il əvvəldə, onun müstəqilliyini elan etdiyi 1991-ci ildə axtarmaq daha məntiqi olar. O vaxtdan 2018-ci ilədək Ermənistan tam siyasi suverenliyə malik olmayıb. Xarici siyasət kursunun Moskvaya həvalə edilməsi, iqtisadiyyatın strateji sahələrinin Rusiya şirkətləri tərəfindən icarəyə götürülməsi Paşinyan hakimiyyətə gələnə qədərki dövrün reallığıdır. Həmin reallığın ən idbar sifəti 30 il beynəlxalq gündəmdə adı “Dağlıq Qarabağ münaqişəsi” kimi hallandırılan və iki müharibəni törədən, çoxsaylı sərhəd münaqişələri ilə müşayiət olunan sərsəm “Artsax” ideyası olub. İndi “ekslər”, Rusiyaya bağlı digər siyasi qüvvələr Azərbaycanın tarixin arxivinə göndərdiyi separatçı rejimi, qondarma “Artsax”ı gündəmə gətirməyə çalışmaqla, seçki təbliğatını bunun üzərində qurmaqla İrəvanı Bakının sərt reaksiyası və onu gözlənilən daha ağır aqibətlə üz-üzə qoyurlar.

***

Kreml isə özünün rəsmi “emissar-ideoloqlarının” dili ilə İrəvana diplomatik “hücumu” davam etdirir. Xüsusilə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin, Baş nazirin müavini Aleksey Overçukun İrəvanın xarici siyasətinin pislənilməsinə, iqtisadi böhranla hədələnməsinə köklənən siyasi ritorikaları ona işarədir ki, Kreml Ermənistanın eyni vaxtda Aİİ və Aİ-də iştirakına dözmək niyyətində deyil. Yəni Paşinyan komandası da artıq iki stulda əyləşməyin mümkünsüzlüyünü anlayıb. Baş nazirin sözlərinə görə, Ermənistan dövlətlərarası məntiqlə hərəkət edir və bütün proseslərdə iştirak edərək Aİİ-nin tamhüquqlu üzvü olaraq qalır. Bəli, Kremlin yeganə məqsədi ona baş əyməyən Nikol Paşinyanı istənilən yolla hakimiyyətdən uzaqlaşdırmaqdır. Rusiyanın İrəvana şantaj səviyyəsinə çatmış aşkar təzyiqlərini şərtləndirən əsas amil budur. Bu siyasi duel Ermənistandakı seçkiqabağı vəziyyətə necə təsir edir? Seçkilər indiki pozitiv proqnozların əleyhinə nəticələnə bilərmi? Əgər bu baş verərsə, hadisələr hansı məcraya yönələcək? Bu suallara sahənin tanınmış ekspertləri ilə aydınlıq gətirməyə çalışacağıq.

***

“Hesab edirəm ki, Nikol Paşinyanın partiyası seçkilərdə qalib gələcək və böyük ehtimalla, təkbaşına hökuməti formalaşdıra biləcək. Birləşmiş müxalifətin konstitusion çoxluğa nail olmaq cəhdləri başadüşüləndir. Amma bu, sadəcə, ehtimaldır. Ermənistan elektoratı Moskvanın İrəvanla kobud və yekəxana davranışına, ölkənin daxili işlərinə müdaxiləsinə etiraz əlaməti olaraq Paşinyan komandasına səs verəcək”. Bu maraqlı və məntiqi proqnozu XQ-yə açıqlamasında Milli Məclsin deputatı, politoloq Rasim Musabəyov söylədi. Kremlin ucuz qiymətə verdiyi neft və qazı kəsəcəyi təqdirdə Ermənistan iqtisadiyyatının çökəcəyi barədə bəyanatları mövzusuna toxunan politoloq bunu da seçkilərlə bağlı siyasi təzyiq vasitəsi sayır: “Uzağa getməyək. Əgər Rusiya təbii qazın min kubmetrini Ermənistana 170 dollara, onunla bütün diplomatik əlaqələri, ikitərəfli münasibətləri kəsmiş, Avropa İttfaqına üzvlüyə namizəd “düşmən” Gürcüstana 185 dollara satır. Ortada nə böyük fərq var ki? Baxmayaraq ki, gürcü enerji istehlakçıları Azərbaycan qazını daha ucuz qiymətə əldə edirlər. Konkret misal: Gürcüstanda A95 markalı benzinin litri 1,4 dollar, Ermənistanda isə 1,5 dollardır. Yəni, Moskvanın bu amillərlə İrəvanı şantaj etməsi sağlam məntiqə sığmır”.

Deputat daha sonra Putinin Ermənistanda enerji daşıyıcılarının qiymətləri qalxacağı təqdirdə ölkə iqtisadiyyatının 14 faiz zərər görəcəyi ilə bağlı fikirlərinə də münasibət bildirdi: “Kökündən yalan sözdür. Neft-qazın qiymətinin artması heç bir halda bu qədər zərərə səbəb ola bilməz. İqtisadiyyata real təsir bilirsiniz nədən ibarət ola bilər: hazırda Rusiyadan Ermənistana pul köçürmələrinin illik həcmi təxminən 3,5 milyard dollardlr. Bu rəqəm ölkənin ümumi daxili məhsulunun (ÜDM) 12-13 faizini təşkil edir. Bəli, bu maliyyə emissiyası kəsilərsə, iqtisadiyyat zərər görər. Əslində, bu maliyyə mexanizmindən Qərbin sanksiyaları altına düşən Rusiyanın özü də az qazanmır”.

7 iyun parlament seçkilərinin nəticələri ilə bağlı proqnozunda rəsmi Moskvanın bundan sonra da İrəvanla praqmatik münasibətlərini davam etdirəcəyinə əminliyini ifadə edən R.Musabəyov hətta ən pis variantda – Karapetyanın partiyası seçkini uddu və koalisyon hökumət qurdu – müxalifətin Azərbaycana qarşı hansısa iddia ilə çıxış etmək şansının olmayacağını vurğuladı: “İstənilən qüvvənin ölkəmizə qarşı revanşist hərəkətlərə yol verməsi Ermənistanın bir dövlət kimi intiharına qərar verməsi demək olacaq”.

***

Mövzu ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev budəfəki parlament seçkilərinin Ermənistan üçün konseptual xarakter daşıdığını bildirdi: “2021-ci il seçkilərindən fərqli olaraq, 7 iyun seçkilərində iki amil əsaslı şəkildə dəyişib. Bunlardan birincisi, Paşinyan İkinci Qarabağ müharibəsini uduzsa da, Xankəndidə separatçı yuvası hələ dururdu, Rusiyanın sülhməramlı kontingenti Qarabağda yerləşdirilmişdi. Ümumiyyətlə, Rusiyanın bölgəyə yönəlik strategiyasında bu amillərdən məqsədyönlü şəkildə istifadə olunurdu. Biz tam sülhə nail olmamışdıq, heç sülh sazişinin mətni də yox idi. Amma indi Azərbaycanın Qarabağ iqtisadi rayonunda separatizmin kökü kəsilib, bu ərazimizdə rus sülhməramlıları yoxdur və tərəflər sülh sazişinin mətnini paraflayıblar. İkinci amil isə rəsmi İrəvanın uzunmüddətli hədəfinin Avropa İttifaqına üzv olacağını bəyan etməsidir. Bu isə o deməkdir ki, Ermənistan nə vaxtsa Avrasiya İqtisadi İttifaqından çıxmalı olacaq. Siyasi mənzərəni dəyişən əsas reallıq budur”.

Rusiyanın Ermənistana təzyiqlərinə gəlincə, bunların siyasi, iqtisadi aspektlərə söykəndiyinə diqqət çəkən mərkəzin sədri erməni mineral suyunda, gülündə, yaxud əriyində xəstəliyin aşkar olunmasının təsadüf sayılmadığını irəli sürdü: “Əlbəttə ki, Moskva bunlardan təzyiq aləti kimi istifadə edir. Proqnozlara gəlincə, son rəy sorğularının nəticələri Paşinyanın seçkidə qalib gələcəyindən xəbər verir. 7 iyun seçkilərində “Mülki müqavilə”yə müxalif qüvvələrin qalib gəlmək ehtimalını reallıqdan uzaq hesab edirəm. Amma seçkinin nəticələri elan edildikdən sonra qarşıdurmanın, çaxnaşmanın başlanması heç də istisna deyil. Seçkidə uduzan müxalif qüvvələrin səsvermə prosesində saxtakarlığa yol verildiyi iddiasını irəli sürmələri gözləniləndir. Bu hal baş verərsə, hadisələrdə Rusiyanın iştirak payını hiss edəcəyik. Polis və ordunun baş nazirin tərəfində olduğunu söyləyə bilərik, amma hər hansı gözlənilməz ssenarinin işə düşməsi ehtimalı da mümkündür”.

***

Ermənistan baş nazirinin avrointeqrasiya ilə bağlı siyasi ideyası “Avropaya qaçmaq” deyil, daha çox, bütün postsovet dövründə erməni millətinin ideologiyası olmuş və Azərbaycanla müharibədə sarsıdıcı məğlubiyyətə uğramış “Qarabağ ideyası”nı effektiv şəkildə əvəz etmək cəhdidir. Paşinyan köhnəlmiş “miatsum” şüarlarına qayıtmaq əvəzinə, “bir az da Avropaya” çevrilməyə çağırır.

Rusiya isə özünü arzuladığı yeni hərbi qarşıdurmada Ermənistanı “xilas etməyə qadir” yeganə dövlət kimi aparır. Beləliklə, Moskva İrəvanı “idarəolunan rejimə” qaytarmaq və onu 2018-ə qədərki axarına salmaq istəyir. Paradoksal səslənsə də, Cənubi Qafqazda maraqlarından vaz keçməyən Rusiyadan ötrü Ermənistanın tam suverenliyinə qovuşması fəlakətdir. Çünki bu fakt regionda qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişdirəcək.

Nikol Paşinyanın bu günlərdə dediyi sözlər qarşıdakı dəyişikliyin xarakterini göstərir: “Əminəm ki, biz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına nail olacağıq, bu isə o deməkdir ki, xarici siyasətin balanslaşdırılması prosesi başa çatacaq və bu, Ermənistan üçün yeni imkanlar yaradacaq”.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri