Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Ermənistan Avropa İttifaqının nəyinə gərəkdir?

Ermənistan Avropa İttifaqının nəyinə gərəkdir?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nikol Paşinyan iqtidarının sonuncu avantüralarından biri – Avropa İttifaqına (Aİ) üzv olmaq təşəbbüsü son vaxtlar Ermənistandakı ekspertlər tərəfindən də tənqid edilir. Onlar əsaslandırılmış arqumentlərlə məlum təşəbbüsün mənasızlığını ortaya qoyurlar. Qeyd edirlər ki, bu, nəinki yaxın illərdə, qarşıdakı onilliklər ərzində də baş tutacaq iş deyil.

Məsələn, iqtisadçı Qrant Mikaelyan deyib ki, yaxın 30 ildə Ermənistanın Aİ-yə daxil olması üçün perspektiv görünmür. Onun sözlərinə görə, bunlar qeyri-ciddi söhbətlərdir: “Əvvəla, mən Ermənistanın Aİ-yə daxil olması üçün heç bir dəstək və ya çağırış görməmişəm. Digər tərəfdən əminəm ki, Aİ Ermənistanı sıralarına qəbul etməyəcək. Hazırda Aİ üzvlüyünə namizədlər siyahısında 10 ölkə var. Onların rəsmi müraciətləri Avropa İttifaqı tərəfindən qəbul edilib və bu siyahıda sonuncu yerdə Ermənistanı xeyli qabaqlayan Gürcüstan qərarlaşıb”.

2005-ci ildən sonra üç ölkənin – Rumıniya, Bolqarıstan və Xorvatiyanın Aİ-yə qoşulduğunu, 2016-2022-ci illərdə isə Böyük Britaniyanın ittifaqdan çıxması prosesinin getdiyini xatırladan ekspert qeyd edib ki, son 20 ildə Aİ-nin əsas tendensiyası ixtisar olub və təşkilatın genişlənəcəyinə dair heç bir əlamət yoxdur: “Ekspertlər bildirirlər ki, 2030-cu ildən sonra Aİ-nin yeni genişlənməsi mərhələsi başlayacaq. Bu, bir daha sübut edir ki, indiki genişlənmə söhbətləri siyasətin bir hissəsi deyil, diskurs xarakteri daşıyır. Əgər məsələn, Bosniya və Herseqovina və ya Serbiya Aİ-yə daxil olarsa, biz başa düşməliyik ki, Ermənistan üzv olmayacaq”.

“Alternativ” araşdırma mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Tatul Manaseryan isə bu fikirdədir ki, Avropaya inteqrasiya prosesləri davam edərsə, Ermənistan daxili istehsalın iflası və demoqrafik tənəzzüllə üzləşəcək. Onun sözlərinə görə, Qərbin məqsədi Ermənistanı Aİ-yə qəbul etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Manaseryan xatırladıb ki, Aİ Rusiya ilə müharibədə Qərbin birmənalı dəstək verdiyi Ukraynanı belə qəbul etmir:

“ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi 2022-ci ildə İrəvana səfəri zamanı Qərbin Ermənistanın təhlükəsizliyini, o cümlədən enerji təhlükəsizliyini təmin edə bilməyəcəyini açıq şəkildə bəyan etmişdi. Müstəqilliyin ilk günlərindən Ermənistanın Qərblə balanslaşdırılmış münasibətləri var idi. Lakin hazırda qərbyönümlü qüvvələr, guya, Aİ-nin adından danışaraq “Qərb bizi gözləyir” deyirlər. Əslində, Avropa rəsmiləri Ermənistan tərəfi ilə bütün görüşlərdə bizə heç nə vəd etmədiklərini açıq ismarıc verirlər. Əlbəttə, biz Avropa ilə ünsiyyət saxlamalı, münasibətləri, əlaqələri inkişaf etdirməliyik. Bəs biz nə üçün xalq dilində desək, öz yükümüzü onların çiyinlərinə qoymaq istəyirik?! Bizi problemlərimizlə orada kim gözləyir? Avropalılar belə müraciət edən ölkələri “sərbəst yükləyicilər” kimi qəbul edilir. Bir daha demək istəyirəm ki, Qərbin siyasi liderləri Ermənistana münasibətdə çox dürüstdürlər. Onlar “biz sizi gözləmirik” deyirlər.

İqtisadçı əmindir ki, Aİ, eləcə də Avrasiya İqtisadi İttifaqı ilə münasibətlər özlüyündə Ermənistana heç nə verməyəcək, çünki bunun üçün fəal işləmək lazımdır. Onun müşahidələrinə görə, Ermənistan vətəndaşları avropalıların ümumi birgəyaşayış qaydaları, eləcə də institusional struktur hazırlayana qədər çox çətin yol keçdiyini unudaraq heç nə etməmək və Aİ-nin hesabına yaşamaq istərdilər. Ermənistan hakimiyyəti hələ Aİ ilə yaxınlaşma prosesi başlamamışdan əvvəl ittifaqla iqtisadi əlaqələri gücləndirmək üçün müəyyən addımlar atmalı idi. Lakin vəziyyət hələ də diametral şəkildə əksinədir – Ermənistanın Aİ ilə ticarət dövriyyəsi 2024-cü ildə 20 faiz azalıb.

Manaseryan xatırladıb ki, Qərb indiyədək Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib, lakin uran, maye qaz və neft tədarükü məsələsində onunla ticarəti davam etdirir. İrəvan isə Moskva ilə strateji tərəfdaşlıqdan imtina etməyə məcburdur və bu, Ermənistan üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, 2025-ci il martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib. Aprelin 4-də qanunu ölkə prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Ancaq milli assambleyanın Avropaya inteqrasiya komitəsinin rəhbəri Arman Yeqoyanın dediyi kimi, bu qanun layihəsi, sadəcə olaraq, erməni xalqının iradəsini ifadə edir. Hazırda respublikanın Aİ-yə üzvlüyü üçün ərizənin verilməsi nəzərdə tutulmur.

N.Paşinyan özü isə bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı və Rusiya iqtisadi əlaqələri kəsməyi planlaşdırmır və ticarət dövriyyəsinin həcmini azaltmaq vəzifəsini qarşıya qoymur. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatın diversifikasiyasına doğru gedir və Aİ ilə də ticarət dövriyyəsini artırmaq istəyir. Qeyd edib ki, qanunun qəbulu, sözün hərfi mənasında, Ermənistanın Aİ-yə üzvlüyü demək deyil, çünki bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə qəbul oluna bilər.

Ermənistanın Aİ-yə qoşulacağı təqdirdə məruz qalacağı iqtisadi itkilərlə bağlı bu yaxınlarda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk fikirlərini açıqlamışdı. O demişdi ki, Moskva Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin qəbulunu respublikanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Onun sözlərinə görə, Aİ-yə daxil olmaq ölkənin Aİİ üzvlüyü ilə bir araya sığmır: “İrəvan eyni anda iki stulda otura bilməz və Avrasiya İqtisadi İttifaqı və Aİ arasında seçim etməlidir. Biz bu prosesləri diqqətlə izləyirik və izləyəcəyik. Başa düşürük ki, Ermənistan Avropaya doğru hərəkət edərsə, o zaman müvafiq olaraq, ölkə ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazım gələcək. Təəssüf ki, bu, Ermənistanda insanların həyat səviyyəsində öz əksini tapacaq və bu, əlbəttə ki, bizim xoşumuza gəlməyəcək”.

Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin isə aprelin 14-də “İzvestiya”ya müsahibəsində deyib ki, Ermənistan Avropanı seçmək yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ-dəki tərəfdaşları ilə hazırda qurduğu iqtisadi münasibətlərə yenidən baxılmasına gətirib çıxaracaq: “Bu, yəqin ki, kifayət qədər ağrılı proses olacaq. Təəssüf ki, Ermənistan əhalisi də bunu hiss edəcək. Güman etmək məntiqlidir ki, ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini və Avropa İttifaqına qoşulmaqla, əslində, nə qazana biləcəyini öz əhalisinə izah edəcək. Erməni tərəfdaşlarımız yəqin ki, nə vaxtsa hansı istiqamətdə getdiklərini qərar verməli olacaqlar: Avropa İttifaqına inteqrasiya və ya Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsi. Bu iştirak Ermənistan əhalisinə aşkar fayda gətirir və ilk növbədə, Ermənistanın ÜDM-nin artımında mühüm rəqəmlərlə ifadə olunur. Son bir ildə bu, təxminən 6 faiz təşkil edib”.

Qaluzin bu gün də Ermənistanın Aİ ölkələrinin hər biri ilə ticarət dövriyyəsinin Rusiya ilə müqayisədə bir neçə dəfə aşağı olduğuna diqqət çəkib.

Göründüyü kimi, Ermənistanın Aİ-yə qoşulmaq istəyi kifayət qədər problemli məsələdir. Parlamentin qəbul etdiyi bu qanun istər ölkə daxilində birmənalı qarşılanmır, istərsə də Ermənistanın strateji müttəfiqi Rusiyanın etirazına səbəb olur. Belə olan təqdirdə baş verənləri Paşinyan iqtidarının növbəti avantürası kimi qiymətləndirmək kifayət qədər əsaslıdır.

İlyas HÜSEYNOV,
politoloq

– Rusiya–Ukrayna müharibəsinin gedişində Ermənistanda belə bir əhval-ruhiyyə yarandı ki, baş verənlərin əsas təqsirkarı Moskvadır. İrəvanda düşündülər ki, Rusiyaya qarşı siyasət yürütmək, müdafiə və təhlükəsizlik sahəsindən tutmuş iqtisadiyyata qədər bütün sahələrin diversifikasiyasını həyata keçirmək lazımdır. Bu zaman alternativ kimi avrointeqrasiya yolu üstün hesab edildi. Demokratların dövründə Co Bayden administrasiyası buna dəstək verir, ayrı-ayrı maliyyə qurumları mövcud vəziyyəti iqtisadi cəhətdən şirnikləndirir, Makron Avropa institutlarını işə salırdı. Ermənistanın KTMT ilə əməkdaşlığının dondurulması yolu seçildi. Lakin Aİİ-də öz mövcudluğunu və əməkdaşlığını davam etdirir. Çünki İrəvanda yaxşı başa düşürlər ki, Aİİ Ermənistan üçün həyati vacibdir.

Aİ-yə üzvlük ideyasının meydana çıxması, petisiyanın yaradılması, imza toplanılması, nəhayət, parlamentin bununla bağlı qanun qəbul etməsi, prezidentin bunu təsdiqləməsi kifayət qədər böyük irəliləyiş hesab olunur. İndi yalnız referendum keçirilməsi qalıb. Lakin bu yerdə məşhur deyimi yada salmaq yerinə düşər; Oğlan evində toydur, qız evinin xəbəri yoxdur. Axı, Aİ Ermənistana dəvət göndərməyib. Axı, Aİ-də Ermənistanı gözləmirlər. Uzun illər Aİ-nin üzvü olmağa can atan Türkiyə hazırda əlini təşkilatdan üzmüş vəziyyətdədir. Çünki heç bir adekvat reaksiya verilmir. Moldova, Ukrayna, Gürcüstan da Aİ-nin üzvü olmaq istəyirlər. Onların vəziyyəti Ermənistan üçün nümunə olmalıdır. Bütün bunları görərək və başa düşərək Ermənistan özünü görməzliyə və bilməzliyə vurur. Eyni zamanda, Rusiya ilə bütün inteqrasiya layihələrini də qoruyub saxlamağa çalışır. Bu, absurd və nonsensdir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri