“Ermənistan Avropadakı tərəfdaşlarını narazı salmaqdan çəkinir”
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Paşinyanın Estoniya səfəri daha çox gözlənilən Moskvaya səfərindən öncə Avropada “hesabat” vermək məqsədi daşıyır”.
Bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
A.Nərimanlı bildirib ki, çünki erməni baş nazir 9 mayda Moskva paradına gedəcək, Avropa İttifaqı isə üzvlüyə namizəd ölkələrə parada getməməyi tapşırıb: “Latviyanın xarici işlər naziri Baiba Braje aprelin 14-də bildirmişdi ki, “aprelin 13-də Qərbi Balkan ölkələrinin nümayəndələri ilə işgüzar şam yeməyi zamanı Avropa İttifaqı onlara Moskvada keçiriləcək 9 may Qələbə Gününə həsr olunmuş bayram tədbirində iştirak etməməklə bağlı dəqiq göstəriş verib”. Görünür, Avropa İttifaqına üzvlük yoluna çıxan Ermənistan Moskva paradına getməklə Avropadakı tərəfdaşlarını narazı salmaqdan çəkinir və Paşinyan Estoniyaya – Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəsinə səfəri ilə “Mosvkva paradında iştirakının səbəblərini – real vəziyyəti” izah etməyə çalışır. Ermənistan mediası da bu versiyanın üzərində dayanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Aprel 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















