Icma.az
close
up
RU
Ermənistan Avropadakı hamilərinin diktəsini yerinə yetirir

Ermənistan Avropadakı hamilərinin diktəsini yerinə yetirir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycanda səfərdədir. O, bu gün Bakıda bir sıra önəmli görüşlər keçirəcək. Prezident İlham Əliyev də ATƏT-in türk əsilli Baş katibini qəbul etdi. Təcrübəli diplomat olan Feridun Sinirlioğlunun regional səfəri çərçivəsində İrəvandan sonra Bakıya gəlməsi gözlənilən idi. Çünki F.Sinirlioğlunun səfər gündəliyinə daxil olan məsələlər, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyəti və onun tamamilə ləğv olunması məsələsi hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. Minsk qrupunun ləğvi məsələsi məhz Azərbaycan tərəfindən Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürülüb. Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır və tez-tez gündəmə gətirir. Feridun Sinirlioğlu ilə bugünkü görüşdə də dövlətimizin başçısı Azərbaycanın Minsk qrupunun ləğvi tələbini ATƏT rəhbərinin diqqətinə çatdırdı.
Minsk qrupunun ləğv edilməsi Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Çünki bu qrup tam 28 il ərzində Qarabağ münaqişəsinin həlli ilə məşğul olduğu görüntüsünü yaradıb və Ermənistanın işğalçılıq siyasətinin davam etməsində bilavasitə rol oynayıb, status-kvonun möhkəmlənməsinə bu və ya digər formada dəstək verib. Bir sözlə, Minsk qrupu sülh elçisi kimi yox, işğalçıların hamisi kimi çıxış edib. 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra isə bu qrupun mövcudluğu, ümumiyyətlə, öz əhəmiyyətini tamamilə itirdi. ATƏT-in Minsk qrupu tam olaraq uğursuz və "ölü" bir təsisata çevrilib. Ona görə də bu gün belə bir amorf qrupun mövcudluğu üçün nə hüquqi, nədəki siyasi və mənəvi əsaslar qalmayıb.
Bu mənada öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın Minsk qrupunun ləğvini tələb etməsi postmüharibə dövrünün təbii qanunauyğunluğudur. Lakin Ermənistan tərəfi isə həmişə və hər bir məsələdə olduğu kimi bu məsələdə də qeyri-konstruktiv mövqe tutmağa, Minsk qrupunu hər vasitə ilə "reanimasiya" etməyə və yaşatmağa üstünlük verir. Çünki Ermənistan rəhbərliyi bu qrupun mövcudluğundan həm danışıqlar prosesinin uzadılması, həm də münaqişənin davam etməsi görüntüsünün yaradılması üçün istifadə etməyə çalışır.
Rəsmi İrəvan faktiki olaraq Minsk qrupunu "bazarlıq" predmetinə çevirməyə can atır. Ona görə də Ermənistan XİN-in başçısı Ararat Mirzoyanın ATƏT-in Baş katibi ilə görüş zamanı sülh sazişi ilə eyni vaxtda Minsk qrupunun ləğvi haqda birgə bəyanat imzalamağa hazır olduqlarını bildirməsi növbəti manipulyasiyadan başqa bir şey deyil. Aydın məsələdir ki, Ermənistan tərəfi bu cür qeyri-rasional yanaşma ilə məsələni süni şəkildə uzatmağa çalışır və Avropadakı hamilərinin diktəsini yerinə yetirir.
Ancaq Prezident İlham Əliyevin Minsk qrupu ilə bağlı mövqeyi konkret və qətidir. Artıq keçmişdə qalmış münaqişə dövrünə aid bir təsisatın bu gün süni şəkildə yaşadılması üçün heç bir hüquqi və siyasi əsas yoxdur. Minsk qrupunun mövcudluğu Cənubi Qafqazdakı hazırkı geosiyasi reallıqlarla heç cürə uyuşmur. Bu baxımdan Ermənistan tərəfi illüziyalarla və kənar güclərin zərərli məsləhətləri ilə hərəkət etməkdən əl çəkib reallıq hissinə qayıtmalı, sülh üçün şərtləri qəbul etməlidir. Minsk qrupunun ləğvi barədə sənədi imzalaması Ermənistanın sülhə hazır olduğunu isbatlayacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri