Ermənistan Azərbaycanın COP17 də iştirak edəcəyinə ümid edir
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətinin iştirakına ümid edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambardzum Matevosyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. Bütün üzv dövlətlər tədbirin tarixləri barədə məlumatlandırılıb. Rəsmi dəvət hələ göndərilməyib, lakin o, yaxın zamanda göndəriləcək. Düşünürəm ki, çox sayda yüksək vəzifəli məmur və nazir iştirak edəcək. Hansı ölkələrin bunu təsdiqləyəcəyi barədə danışmaq hələ tezdir", - nazir qeyd edib.
Onun sözlərinə görə, COP17-də 196 üzv dövlət iştirak edir və dəvət edən tərəf təkcə tədbirə sədrlik edən Ermənistan deyil, həm də BMT-dir. Dəvətnamələr üzv dövlətlərə birgə göndəriləcək: "Biz 196 ölkənin hamısını dəvət edirik. Tədbirin mövzularından biri ümumi ekoloji problemlər üzərində birgə işləməkdir və heç bir ölkə bu işdən kənarda qalmamalıdır. Biz bütün ölkələri və nümayəndə heyətlərini qəbul etməyə hazırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















