Ermənistan COP17 nin mahiyyətinə zidd addımlar atır
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ermənistanın COP17 kimi mötəbər beynəlxalq iqlim konfransından cəmi 5 gün əvvəl, yerli əhalinin etirazlarına və ciddi ekoloji risklərə baxmayaraq, Amulsar qızıl mədənini təntənəli şəkildə açması İrəvanın beynəlxalq ekoloji öhdəliklərə münasibəti ilə bağlı suallar doğurur.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, COP17 beynəlxalq ekoloji öhdəliklərin icrası baxımından ciddi məsuliyyət yaradan mötəbər zirvə toplantısıdır. Təəssüf ki, belə bir tədbirə ev sahibliyi edən Ermənistanın onun fəlsəfəsinə və mahiyyətinə zidd addımlar atması təkcə hüquqların pozulması deyil, həm də region ölkələrinin vətəndaşlarının ekoloji təhlükəsizliyi üçün ciddi fəsadlar yarada bilər.
Onun sözlərinə görə, Ermənistanın bu addımları beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq ekoloji ictimaiyyətin aldadılması baxımından qəbuledilməzdir.
.jpg)
Taleh Əliyev: Donald Tramp atdığı addımlarla daha səmimidir
Müsahibimiz ABŞ Prezidenti Donald Trampın Paris Sazişindən çıxmaq qərarına da toxunub. Onun sözlərinə görə, Tramp ekoloji öhdəliklərdən imtina etdiyini açıq şəkildə nümayiş etdirir:
“Bu gün ABŞ Prezidenti Donald Tramp atdığı addımlarla daha səmimidir. Çünki o, Paris Sazişindən birtərəfli qaydada çıxmaqla ekoloji öhdəliklərdən tamamilə imtina edir. Ermənistan və onun baş naziri isə bir tərəfdən COP17 kimi tədbirə ev sahibliyi edir, digər tərəfdən ekologiyanın çirklənməsinə gətirib çıxaracaq addımlar atır”.
Taleh Əliyev təəssüflə qeyd edib ki, Nikol Paşinyanın bu addımına beynəlxalq ictimaiyyət hələlik lazımi reaksiyanı verməyib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















