Ermənistan Bakının III MDB Oyunlarında iştirak etməklə bağlı dəvətini müzakirə edəcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Bakının III MDB Oyunlarında iştirak etməklə bağlı dəvətini müzakirə edəcək.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.
“Bu məsələ ilə əlaqədar qərarın verilməsi təhlükəsizlik də daxil olmaqla, bir sıra faktorlardan asılıdır. Müvafiq qərar verilən kimi biz onu ictimailəşdirəcəyik”, - nazir qeyd edib.
Qeyd edək ki, Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak üçün Ermənistana dəvət göndərilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva Ermənistanın bu oyunlarda iştirakının qeyri-müəyyən olaraq qaldığını açıqlayıb: “Biz ölkələrə dəvətnamə göndəririk. Ancaq Ermənistanın iştirakı hələ ki, təsdiqlənməyib. Növbəti mərhələlərdə yenilik olarsa, bu barədə məlumat veriləcək”.
Xatırladaq ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Aprel 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















