Icma.az
close
up
RU
Ermənistan bankları ruslara qapıları bağlayır hesablar bağlanır, pullar dondurulur

Ermənistan bankları ruslara qapıları bağlayır hesablar bağlanır, pullar dondurulur

Icma.az bildirir, Olke.az portalına istinadən.

Avropa İttifaqının Rusiyanı “yüksək riskli” ölkələr siyahısına salmasından sonra bir sıra ölkələrin bankları rusiyalılara qarşı sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Ölkə.az xəbər verir ki, RBC hüquqşünaslara və beynəlxalq biznes üzrə məsləhətçilərə istinadən yazır ki, Ermənistan və Serbiya bankları rusiyalılara hesab açmaqdan və maliyyə əməliyyatları aparmaqdan imtina edir.

Məlumata görə, bəzi hallarda banklar xidmətləri heç bir ətraflı izah vermədən dayandırır, bunu yalnız “daxili  tələbləri” ilə əsaslandırırlar. Musavat.com qeyd edir ki, artıq əvvəlcədən açılmış hesablar da bağlanır və bu, hətta yaşayış icazəsi, biznesi və ya uzunmüddətli qalma statusu olan rusiyalılara da şamil olunur.

Hüquq şirkəti "O2 Consulting" bildirib ki, Qazaxıstan, Tacikistan və Oman bankları da əməliyyatlar üzərində nəzarəti ciddi şəkildə gücləndiriblər. 

Yeni tələblər həm fiziki, həm də Rusiya ilə əlaqəsi olan hüquqi şəxslərə aiddir. Müştərilərdən vəsaitin mənşəyi, köçürmələrin iqtisadi məntiqi və vergi statusu barədə əlavə sübutlar tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, rusiyalıların şəxsi hesabları arasında köçürmələr belə dayandırılır, bəzi hallarda isə vəsaitlər müəyyən edilməmiş müddətə dondurulur.

Hüquqşunaslar bu prosesin beynəlxalq tənzimləyicilərin və müxbir bankların təzyiqi ilə bağlı olduğunu bildirirlər.  Maliyyə qurumları mümkün ikinci dərəcəli sanksiyalardan çəkinərək riskləri öncədən minimuma endirməyə çalışırlar.

Xatırladaq ki, Avropa İttifaqı dekabrın əvvəlində Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi baxımından yüksək riskli ölkələr siyahısına daxil edib. Musavat.com bildirir ki, bu siyahı Aİ-nin FATF-in “qara siyahı”sına bənzər mexanizmidir və burada İran, Myanma və Şimali Koreya kimi ölkələr yer alır. Qərarın qəbulunda Kiyev, Avropa Parlamenti, eləcə də Mərkəzi və Şimali Avropanın bir sıra ölkələri fəal lobbiçilik edib.(musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri