Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Ermənistan daxilində siyasi hesablar sülhü yubadır ŞƏRH

Ermənistan daxilində siyasi hesablar sülhü yubadır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Konstitusiya maneəsi aradan qalxmadan yekun sülh mümkün deyil”

Ermənistanın siyasi gündəmi parlament seçkilərinin artan təzyiqi altında formalaşsa da, Azərbaycanla normallaşma prosesi də diqqətdən kənarda qalmır. Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin birgə imzaladığı Vaşinqton bəyannaməsi regiona sülh toxumları səpələdi.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqu davam etdirməsi isə səpilən toxumların cücərməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin Azəbaycanın yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistanın qarşısına qoyduğu konstitusiya dəyişikliyi hələ də həllini tapmayıb. Söhbət Azərbaycan və Türkiyənin ərazilərini təhdid altına salan “Müstəqillik Bəyənnaməsi”ndən gedir. Halbuki liderlər Vaşinqton sazişini, regionda yerləşən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında imzalayıblar. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh prosesinin qarşılıqlı etimada əsaslandığını bildirsə də, konstitusiyalarında mövcud olan ərazi iddiaları öz sözünü deyir. 

Bəs Ermənistan hökuməti regiona səpilən sülh toxumlarını nə vaxt bar verən ağaca çevirəcək?

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın əsas şərti yerinə yetirilməyib:

“Ermənistan konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanması sülh prosesinə kölgə salır. Prezident İlham Əliyev Bakı və İrəvan arasında sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana biləcəyini açıqlayıb. Ermənistanın 23 avqust 1990-cı il tarixli "Müstəqillik Bəyannaməsi" ölkənin dövlət müstəqilliyinin əsasını qoyan sənəddir.  Bəyannamənin 11-ci bəndində Dağlıq Qarabağ "Birləşmiş Ermənistan" kimi qeyd edilib. Həmçinin sənəddə, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr “soyqırım” kimi təqdim olunub. Xüsusilə də Türkiyənin şərqini tarixi erməni torpaqları kimi göstəriblər”. 

Politoloqun sözlərinə görə bəyannamədə açıq şəkildə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına dair müddəalar yer alır:

“Bu məsələni əvvəllər etiraf etməsələr də, sonradan N.Paşinyan müddəaların sülh prosesinə maneə yaratdığını açıqlayıb. Tərəflərdən birinin digərinə qarşı ərazi iddialarını davam etdirməsi, münasibətlərin normal müstəviyə çıxmasına əngəl törədir. Bəyannamənin mövcudluğu yenidən işğalçılıq siyasətini canlandıra bilər. Əgər sülhün hüquqi və davamlı şəkildə möhkəmləndirilməsindən danışırıqsa, onda bu proses bütün hüquqi mexanizmlərə uyğun şəkildə tənzimlənməlidir. Artıq Qriqoryan kimi sülhpərvər rəsmilər, yeni konstitusiyanın qəbulu üçün referendumun keçiriləcəyindən bəhs edirlər”. 

N.Miri vurğulayıb ki, referendum parlament seçkilərindən sonrakı dövrə saxlanılır:

“Əgər parlament seçkiləri ilə referendum eyni vaxtda səsverməyə çıxarılsaydı, ərazi iddiaları məsələsinin 2-3 ay ərzində həll oluna biləcəyi ehtimal edilə bilərdi. Görünən odur ki, Ermənistan xalqının əksəriyyəti köhnə stereotiplərin təsirindən çıxa bilməyib. Bu məsələnin milli şüurda düzgün şəkildə formalaşması üçün vaxta ehtiyac var. Ermənistan hökuməti iki mühüm seçimi eyni vaxtda xalqın iradəsinə buraxmamaqla, öz gələcəyini sığortalayır”. 

Analitikin fikrincə, Paşinyan parlament seçkilərində xalqın səsi ilə hakimiyyətə gəldikdən sonra, cəmiyyətdə güc mərkəzinə çevrilərək, ideyalarını həyata keçirməyə başlayacaq:

“Yəni Müstəqillik Bəyannaməsinin ləğvi məsələsinin parlament seçkiləri ərəfəsində gündəmə gətirilməsi seçicilərin Paşinyandan uzaqlaşmasına səbəb ola bilər. Ona görə də seçkilərdən əvvəl Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağını gözləmək absürddür. Lakin yaxın aylarda yeni konstitusiya mətninin Ermənistan ictimaiyyətinə təqdim olunmasının şahidi ola bilərik. Əgər xalq konstitusiyanın dəyişdirilməsinə “hə” deyərsə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olan son əngəl aradan qalxacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:327
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri