Icma.az
close
up
RU
Ermənistan BMTdə ifşa olundu

Ermənistan BMTdə ifşa olundu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bu ölkədə irqi ayrı-seçkilik, ekstremizm və terrorizm dövlət siyasəti səviyyəsindədir

Ermənistanda irqi ayrı-seçkilik, ekstremizm və terrorizm dövlət siyasəti səviyyəsindədir. Ermənilər tarixən azərbaycanlılara və türklərə qarşı düşmənçilik siyasəti yürüdüblər. Hazırda xarici ölkələrdəki erməni diasporaları da bu zərərli fəaliyyətini davam etdirir.  İrqi ayrı-seçkilik, ksenofobiya, etnik nifrət, “ASALA” terrorçularından “qəhrəman” obrazının yaradılması, terrorizm və ekstremizmin ideoloji təbliğatı bu ölkədə davam etməkdədir. Bir neçə il öncə Ermənistanın sabiq prezidenti Robert Köçəryan erməni və Azərbaycan xalqlarının etnik uyğunsuzluğu barəsində rasizm meylli fikirlər söyləmiş, Serj Sarkisyan isə erməni gəncləri qarşısında çıxış edərək, ermənilərin “üstün genetik xüsusiyyətləri” və qonşu dövlətləri nəzərdə tutaraq, erməni gəncləri qarşısında “tarixi erməni torpaqları”nı azad etmək kimi missiyanın durması barəsində çağırışlar etmişdi. Hazırda Nikol Paşinyanın da mövqeyi onlardan çox da fərqlənmir.

Zərərli ideologiyanın nəticələri

Ermənistanda dövlət səviyyəsində irqi ayrı-seçkilik, ekstremizm və terrorizm əsasında aparılan bu kimi ideoloji təbliğat, gənc nəsil, o cümlədən diaspordan olan gənclərin bu ruhda tərbiyə edilməsi və erməni apostol kilsəsinin yeparxiyasının da bu proseslərdə iştirakı bütün regionu ciddi potensial təhlükələr qarşısında qoyur. Belə “ideologiyanın” nəticəsidir ki, ermənilər son 200 ildə xalqımıza qarşı dəfələrlə soyqırımı törədib, indiki Ermənistandan azərbaycanlılar kütləvi qovulub, 30 il ərazində torpaqlarımızın bir hissəsi işğal altında saxlanılıb. İşğal dövründə həmin ərazilərdə hər şey tamamilə məhv edilib. Eləcə də tarixi, dini və mədəni abidələrimiz yerlə yeksan olunub. Məqsəd bu torpaqlardan Azərbaycan xalqının izini silmək idi.

Lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi. Nə qədər paradoksal olsa da, işğalçı Ermənistan bu gün beynəlxalq müstəvidə ölkəmizə qarşı iddialar qaldırır. Bu iddialar sırasında irqi ayrıseçkilik, etnik təmizləmə və s. var. Halbuki, Ermənistanın konstitusiyasında ölkəmizə və Türkiyəyə qarşı ərazi iddiaları hələ də mövcuddur. Azərbaycanın çağırışlarına rəğmən,  konstitusiyada dəyişikliklər edilmir.

Erməni diplomat haqlı suallar qarşısında aciz qalıb

Artıq ermənilər beynəlxalq müstəvidə hər kəsi öz yalanlarına inandıra bilmir. Buna BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası zamanı bir daha şahid olduq. Belə ki, sessiya çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə baxılıb. Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb.

Məruzəçi: Ermənistanda azərbaycanlılara və türklərə qarşı nifrət mövcuddur

Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq qazandırmaq üçün istifadə olunduğunu bildirən məruzəçi Ermənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşı nifrət zəminində çıxışların olduğuna diqqəti çəkib və azərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyini vurğulayıb. Eyni zamanda, bir neçə gün öncə Azərbaycan əsilli Gürcüstan vətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinə icazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndə heyətindən bununla bağlı açıqlama istəyib.

Ermənistan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Vahan Kostanyan vəziyyətdən çıxmağa çalışaraq, Ermənistan hakimiyyətinin üzləşdiyi çətinliklərdən bəhs edib.

Ermənistanda niyə azərbaycanlı yaşamır?

Eyni zamanda, digər çıxış edənlər Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu ediblər. Vahan Kostanyan bu suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə “əlaqələndirməyə” çalışıb.

Göründüyü kimi, artıq ermənilər saxta iddialarını və yalanlarını həqiqət kimi qəbul etdirməyə çətinlik çəkirlər. Ona görə də, Ermənistan və erməni diaspor təşkilatları rasizm meyilli bu təhlükəli siyasətə son qoymalı, qonşu xalqlar və dövlətlərlə barışığa, sülhə xidmət edən siyasət yürütməlidir.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri