Kadırovdan Putinin Avropa ilə müharibə açıqlamasına reaksiya
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin Avropa ilə mümkün müharibə barədə dediklərinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, respublika başçısı fikirlərini Teleqram kanalında paylaşaraq Putinin Avropaya qarşı hərbi əməliyyatların müzakirə olunduğu videonu yayımlayıb.
Kadırov videonun altına yazıb ki, əgər belə bir qarşıdurma başlasa, proses çox tez yekunlaşacaq və bunun Rusiyaya qarşı çıxan tərəflərin xeyrinə olmayacağını qeyd edib.
O, Putinə müraciətlə belə sual ünvanlayıb:
“Mənim bir sualım var, Vladimir Vladimiroviç: əgər bütün bunlar başlasa, sonra dərhal könüllü şəkildə üzr istəsələr, inciməzsiniz, elə deyilmi?”
Dekabrın 2-də Vladimir Putin bəyan etmişdi ki, Avropa Rusiya ilə müharibəyə başlasa, bu qarşıdurma çox qısa müddətdə bitər. Onun sözlərinə görə, Rusiya belə bir halda Ukrayna münaqişəsindən fərqli davranacaq.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Dekabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















