Ermənistan bu soyqırımlara görə Azərbaycandan üzr istəməlidir
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan tərəfindən hər ilin 24 aprel tarixində xüsusi canfəşanlıqla tirajlanan "qondarma erməni soyqırımı" teatral şoudan başqa bir şey deyil. Ermənilərin bəşər tarixinə demək olar ki, insanlıq, və sülh adına müsbət bir töhfə vermədiyini, əsasən adı terror, seperatizm, ekstremizm və satqıncılıq ilə bərabər çəkildiyini nəzərə alsaq, o zaman Osmanlının kütləvi köçürmə ilə əlaqəli davranışları anlaşılandır.
Əgər belə bir "soyqırım" baş veribsə, o zaman Ermənistan :
1. Guya öldürülən 1.5 milyon erməninin ad, soyad, ata adı, doğum yeri və təvəllüdü göstərilməklə siyahını təqdim etsin.
2." Öldürülənlərin" dəfn edildiyi qəbiristanlıqların yerini və adını açıqlasın.
3. "Soyqırım" qurbanlarının varislərinin ad, soyad və ata adlarıni təqdim etsin.
4. Erməni əhalinin ümumi sayının "soyqırım qurbanlarının" sayından az olmasına aydınlıq gətirsin.
5. Türkiyə kimi arxivlərini tarixçilər açıq elan etsin, beynəlxalq araşdırmalar üçün şərait yaratsın.
6. Azərbaycan ərazisində ermənilərin Baqanis Ayrım, Xocalı, Quşçular, Malıbəyli, Edildi, Başlibel, Qaradaglı, Gəncə, Tərtər, Bərdə və sair kimi yasayıs məntəqələrində törətdiyi soyqırımlara görə üzr istəsin.
P.S. Ermənistandan fərqli olaraq Azərbaycan adı çəkilən ərazilərində ermənilər tərəfindən qətlə yetirilən mülki əhaliyə aid bütün məlumatları təqdim edə bilir.
Ədalət Verdiyev,
hərbi ekspert
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















