Icma.az
close
up
RU
Beynəlxalq hüquq eksperti: Ermənistan Azərbaycandan üzr istəməlidir

Beynəlxalq hüquq eksperti: Ermənistan Azərbaycandan üzr istəməlidir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Beynəlxalq hüquqa əsasən, minaların basdırılması cinayətdir və insan haqlarının çox ciddi şəkildə pozulmasıdır. Çünki ərazilərin minalanması siyasəti beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərinin, o cümlədən 1949-cu ildə imzalanan Cenevrə Konvensiyalarının pozulmasıdır. Ermənistanın da Azərbaycan ərazilərində basdırdığı minalar İnsan Haqları üzrə Cenevrə Konvensiyasının 3-cü maddəsini pozur. Konvensiyanın 3-cü maddəsi sənədi imzalayan dövlətin ərazisindəki, vətəndaşlığından və vətəndaşlığın olmamasından asılı olmayaraq bütün şəxslər tərəfindən beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı riayət edilməli olan minimum müdafiə tədbirlərini təsvir edir. Buna baxmayaraq, Ermənistan beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadan Azərbaycan ərazilərini minalarla çirkləndirib və bunun nəticəsində indiyədək xeyli sayda mülki vətəndaş və hərbçi həyatını itirib".

Bunu Oxu.Az-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Ferhat Aznevi deyib.

O bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq bölgəni minalarla zəhərləyən Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi hələ də çox sayda günahsız insanın ölümünə səbəb olur, ona görə də Ermənistan beynəlxalq hüquqla bu insan itkilərinə görə bir dövlət kimi məsuliyyət daşıyır və bu çərçivədə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

"Erməni tərəfi dəqiq mina xəritələrini Azərbaycana təqdim etməli, bu günə qədər dəymiş itkilərə görə təzminat ödəməli və dövlət olaraq üzr istəməlidir".

"Qarabağ müharibəsi başa çatana və Azərbaycan dövləti şəksiz qələbəsinə nail olana qədər Ermənistan, əsasən, rəsmi olaraq bəyan edirdi ki, bir dövlət olaraq Qarabağ bölgəsində baş verən münaqişələrə görə məsuliyyət daşımır və Azərbaycanla tərəf keçmiş qondarma rejimdir. Amma bu iddia iki şəkildə darmadağın olub. Birincisi, Azərbaycanla Ermənistan arasında 1994-cü ildə imzalanan atəşkəs üzrə Bişkek razılaşmasında Ermənistan faktiki olaraq qarşı tərəf kimi iştirak edib, ikincisi, 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyannamədə yenə də qarşı tərəf Ermənistan olub. Bununla yanaşı, iki ölkə arasında gerçəkləşən sonrakı danışıqlarda da məhz tərəf kimi Ermənistanın iştirakı açıq-aydın göstərir ki, bu ölkə 1988-ci ildən etibarən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən işğal və terror aktlarına görə müharibə hüququ və beynəlxalq hüquq çərçivəsində bir dövlət kimi birbaşa məsuliyyət daşıyır.

Bu kontekstdə, Ermənistan mina cinayəti ilə bağlı beynəlxalq hüquq normalarını və Cenevrə Konvensiyalarını pozduğu üçün, eləcə də işğalın digər nəticələrinə görə məsuliyyət daşıyır. Buna görə də Ermənistan hakimiyyəti və minabasdırma əməliyyatına rəhbərlik edən şəxslərin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması üçün kifayət qədər əsaslar mövcuddur. Eyni zamanda, mina xəritələri verilmədiyi və buna görə də itkilərin hələ də davam etdiyi üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da müraciət edilə bilər", - deyə ekspert əlavə edib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri