Icma.az
close
up
RU
Ermənistan cəmiyyəti ŞOKDA: Azərbaycanlılar “Qarabağ”la İRƏVANI “PARTLATDILAR”

Ermənistan cəmiyyəti ŞOKDA: Azərbaycanlılar “Qarabağ”la İRƏVANI “PARTLATDILAR”

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

İrəvanın mərkəzi meydanında bir qrup azərbaycanlı doğma dillərində “Qarabağ” mahnısını ifa edib. Ermənistanın bir sıra “Telegram” kanallarında bu barədə yayılan görüntülər ermənilərin təəccüb və hiddətlərinə səbəb olub. Onlar İrəvan polisini İran azərbaycanlılarına, xüsusən də paytaxtda Azərbaycan dilində mahnı ifa etmələrinə qarşı fəaliyyətsizlikdə günahlandırıblar.

News24.az bildirir ki. medianews.az Ermənistan mediasında və sosial şəbəkəsində yer alan bir neçə şərhi təqdim edir.

“Facebook”un erməni seqmentində bu olaya belə münasibət sərgilənib: “Böyük biabırçılıq! İrəvanın mərkəzi meydanında bir qrup azərbaycanlı Azərbaycan dilində – “Qarabağ” mahnısını oxuyur. Bəs bizim cəsur polisimiz haradadır? Yoxsa Ermənistan polisi ancaq Yerablurda (Azərbaycan ordusu tərəfindən məhv edilən erməni əsgərlərinin basdırıldığı məzarlıq) ölən əsgərlərin analarını döyə bilirlər? Təsəvvür edirsinizmi, Bakıda eyni gənc ermənidən ibarət bir qrup vətənpərvərlik olmasa da, erməni dilində mahnı oxusalar, onların taleyi necə olacaq? Ermənistanda nə baş verir, camaat? Hakimiyyətdəki bu korrupsionerlər ölkəmizi nəyə çeviriblər ki, azərbaycanlılar İrəvanın mərkəzində özlərini belə aparırlar? Niyə türklər və azərbaycanlılar Ermənistana sərbəst gəlib özlərini belə aparırlar – gah Tsitsernakaberddə (uydurma soyqırımı abidəsi) “boz qurd” işarələri göstərir, gah İrəvanın mərkəzində öz azəri dilində “Qarabağ” mahnısını oxuyurlar. Ermənistandakı ermənilər, sizdə nə baş verir, niyə susursunuz, bu xain və korrupsioner hakimiyyətin bütün sui-istifadələrinə niyə dözürsünüz? Nə vaxta qədər bütün bunlara dözüb susacaqsınız? Biabırçılıq!”

“Qolos Armenii” yazır ki, “Facebook”un erməni seqmenti İrəvanın mərkəzində bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” haqqında mahnı oxuduğu videoya görə “partlayıb”.

Politoloq Arman Abovyan azərbaycanlıları nəzərdə tutaraq qeyd edib ki, paytaxt İrəvanın mərkəzində “düşmən” erməniləri aşağılayıb: “Artıq isterik əsaslandırmalar ortaya çıxıb ki, videoçəkiliş müxalifətçi “Telegram” kanalları tərəfindən yayılıb, orada oxuyanlar isə İran azərbaycanlılarıdır. Hətta iddia olunur ki, ümumiyyətlə, bu yeni səs yazısı deyil. Videonun haradan gəldiyinin nə fərqi var? Fakt budur ki, paytaxtımızın mərkəzində düşmən bizi aşağılayır”.

Politoloq Qaqik Ambaryan hesab edib ki, bu, Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətidir: “Mən güman edirəm ki, bütün bunların təşkilatçıları Azərbaycanın xüsusi xidmət orqanlarıdır. Onlar ilk növbədə ermənilərə Ermənistanda istədikləri hər şeyi edə biləcəklərini göstərdilər. Çünki Nikolun dövründə onlar Ermənistanın ağasıdırlar. İkincisi, bu hadisə sübut edir ki, Ermənistana gələn azərbaycanəsilli iranlılar arasında Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələri də var. Onlar Bakının göstərişi ilə Ermənistanda hər şeyə hazırdırlar”.

İranşünas Artem Tonoyan qeyd edib ki, İrəvan paytaxtında “Qarabağ” mahnısının ifası Türkiyə və ya Azərbaycan tərəfindən sifariş edilib: “Meydanda eşidilən mahnı bəzilərinin yazdığı kimi fars dilində deyil. Azərbaycan dilindədir, sovet dövründə Azərbaycanda yazılıb. Müğənnilər böyük ehtimalla şimal türkdilli vilayətlərdən olan İran vətəndaşlarıdır. Ola bilsin ki, mahnının İrəvan meydanında ifasının məqsədlərindən biri erməni cəmiyyətində çaxnaşma salmaq, Ermənistan Respublikasında təhlükəsizlik hissini gücləndirmək, həmçinin Ermənistan-İran münasibətlərinə təsir etməkdir. Bu Türkiyə və ya Azərbaycan tərəfindən sifariş edilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 Yanvar 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri