Icma.az
close
up
RU
İrəvanın davam edən mina cinayəti: Ermənistan Azərbaycana təzminat ödəməlidir

İrəvanın davam edən mina cinayəti: Ermənistan Azərbaycana təzminat ödəməlidir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə, Vətən müharibəsi zamanı və torpaqların azad edilməsindən sonra ərazilərimizdə basdırılmış minalar günahsız insanların həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən minalanması nəticəsində yaranan problem hələ də aktuallığını qoruyub saxlayır. Bu problem o qədər ciddidir ki, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ərəfəsində və sonra da Azərbaycanın azad edilmiş ərazilərində mina partlayışı nəticəsində həlak olan və yaralanan vətəndaşlarımız oldu.

Aprelin 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Eyni gündə mina partlayışı nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib. Aprelin 6-da isə Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində üç nəfər - ata və iki övladı xəsarət alıb. Aprelin 2-də də Ağdamda daha bir mülki şəxs mina qurbanı olub.

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Bildirilib ki, 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər həlak olub və ya yaralanıb. Ombudsman Aparatı da hadisəyə reaksiya verərək, Ermənistanın basdırdığı minaların ciddi təhlükə mənbəyi olduğunu bildirib və statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayının 3400 nəfərdən çox - bunların da 359-nun uşaq, 38-nin qadın olduğunu vurğulayıb. Təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbayacana təqdim etmir və təqdim edilən xəritələrin dəqiqlik payı təqribən 25 faizdir. Bəs beynəlxalq ictimaiyyət günahsız insanların həyatını təhlükə altına alan və münaqişədən sonrakı bərpa işlərinə maneə törədən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə niyə məsuliyyətə cəlb etmir? Beynəlxalq hüquqa əsasən mina təhlükəsinə görə hansı zəruri addımlar atılmalıdır?

Oxu.Az mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.

Beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov bildirib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini çoxsaylı minalarla çirkləndirib:

"30 il işğal müddətində torpaqlarımızda təxminən milyon yarım mina basdırılıb. Təəssüflər olsun ki, bu aktual problemlə bağlı Ermənistan dəqiq məlumat təqdim etmir. Təqdim edilən xəritələr isə təqribən 400 min mina ilə bağlıdır. Bu da təxminən 25 faiz edir. Təəssüf ki, Ermənistan hər vasitədən istifadə edərək dəqiq məlumatları hələ də Azərbaycana təqdim etmir. Xüsusilə də 2020 və 2021-ci illərdən, yəni İkinci Qarabağ müharibəsindən sonra 400-ə yaxın vətəndaşımız minaya düşərək həlak olub, eyni zamanda, ölən və yaralananların sayı mindən çoxdur. Bununla bağlı Baş Prokurorluq tərəfindən də cinayət işi açılıb. Hal hazırda da bu cinayətlər ümumiləşdirilir və beynəlxalq təşkilatlara müraciət üçün fakt araşdırıcı missiyalar reallaşdırılır".

"Həm Cenevrə konvensiyası, həm də digər beynəlxalq təşkilatlar, yəni beynəlxalq hüquq çərçivəsində mina probelmini ehtiva edən sazişlər var ki, Azərbaycanla yanaşı, Ermənistan da bu konvensiyalara qoşulub. Təəssüflər olsun ki, Ermənistan bu günə kimi üzərinə götürdüyü bu öhdəlikləri icra etməkdən boyun qaçırıb. Bu da Ermənistanın Azərbaycana qarşı münasibətini bir daha göstərir", - deyə ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, həm soydaşlarımızın dədə-baba yurdlarından deportasiya edilməsi, həm Azərbaycan müstəqillik əldə edəndən sonra ərazilərimizin işğalı, bunun nəticəsində bir milyon nəfərə yaxın vətəndaşın qaçqın-köçkün vəziyyətinə düşməsi, eyni zamanda, ərazilərimizin minalanması paralel surətdə həyata keçirilib:

"Qeyd etmək lazımdr ki, minalar təkcə yaşayış məntəqələrində yox, eyni zamanda, ibadət yerlərində, tarixi abidələrdə, məzarlıqlarda, bir sözlə, insanların gedə biləcəyi hər yerdə basdırılıb ki, vətəndaşlarımız hələ də bu cinayətin qurbanı olur:

"Beynəxlalq praktikaya baxsaq görərik ki, minalardan zərərçəkənlərin 85 faizi mülki əhalidir. Azərbaycanda da xüsusən Vətən müharibəsindən sonra mülki əhali minalardan daha çox zərər çəkib. Statistik məlumatları müqayisə etsək görərik ki, 2023-2024-cü illərdə dünyada təxminən 6 min insan minalardan əziyyət çəkib. BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların bu problemə rəy verməsi vacibdir".

Beynəlxalq hüquq üzrə ekspert İsmayıl Cingöz isə bildirib ki, 1997-ci ildə Osloda imzalanan Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasına görə, piyada əleyhinə minaların basdırılması beynəlxalq cinayətdir:

"Həmçinin, 1997-ci ildə qəbul edilib 1999-cu ildə qüvvəyə minən Ottava müqaviləsi də piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. Bu konvensiyalar nəinki piyada əleyhinə minaların istehsalının dayanmasına səbəb olub, hətta həmin konvensiyalardan sonra ölkələr beynəlxalq təşkilatların nəzarətində 40 milyondan çox piyada əleyhinə minaları məhv ediblər. Onu da qeyd edim ki, "Amnesty International" piyada əleyhinə minaların basdırılmasını müharibə cinayəti elan edib və onun bu istiqamətdə istintaq aparmaq səlahiyyəti var. Bu baxımdan, təşkilatın Ermənistanla bağlı da istintaq aparması lazımdır".

"Ermənistan silahlı qüvvələri Birinci Qarabağ müharibəsi ilə Azərbaycan ərazilərini işğal edəndən sonra həmin ərazilərdə çox sayda mina basdırılıb. İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra çox sayda vətəndaşı minaların qurbanı olsa da, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməyib. Beynəlxalq hüquqa əsasən, bir ərazi minalananda onun xəritəsi də olur ki, o əraziyə daxil olan heyət harada mina olduğunu bilib, ona uyğun hərəkət eləsin. Yəni Ermənistan da basdırdığı tank və piyada əleyhinə minaların xəritəsinə sahibdir. Deməli, Ermənistan həm minaları basdırdığı, həm də xəritələri vermədiyi üçün məsuliyyət daşıyır. Çünki bir çox Azərbaycan vətəndaşı bu minaların qurbanı olub. Ermənistan buna görə həm də Azərbaycana təzminat ödəməlidir".

"Amnesty International" bu mövzuda Azərbaycana dəstək verməlidir. Bu günə qədər minalara görə ona dəyən zərərin hesabatı ilə birgə Ermənistanın cəzalanmasını tələb etmək Azərbaycanın haqqıdır. Bununla yanaşı, "Amnesty İnternational" mina sahələrinin müəyyən edilməsi üçün Ermənistana təzyiq edərək iş aparmalıdır. Azərbaycanın haqlı tələbi isə prosesi sürətləndirməlidir", - deyə ekspert fikrini yekunlaşdırıb.

Gürcüstanlı analitik Giorgi Qoqua da hesab edir ki, Ermənistan minaladığı ərazilərin xəritəsini Azərbaycana vermədiyi üçün məsuliyyət daşıyır:

"Çünki bu, mülki əhalinin tələfatının qarşısını almaq üçün zəruridir. Ermənistan da buna görə hüquqi və mənəvi məsuliyyət daşıyır. Müharibənin belə öz qanunları var və bu qanunlar mülki insanları qorumaq üçündür. Bu öhdəliyin yerinə yetirilməməsi beynəlxalq hüququn pozulmasıdır. Ermənistanın da beynəlxalq hüququ pozması cinayət əməlidir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1197

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see163

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see130

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see109

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri