“Ermənistan faktiki olaraq Azərbaycana yaltaqlanır”
Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistanda daha çox Türkiyə və Azərbaycana zidd olan bütün hərəkətləri, proqramları, addımları, təşəbbüsləri qadağan etməyə çalışacaqlar”.
Tribunainfo.az bildirir ki, bu sözlər erməni Türkoloq Varujan Qeqamyana məxsusdur.
Onun sözlərinə görə, Ermənistanın faktiki hakimiyyət orqanları tərəfindən həyata keçirilən bütün bunların Türkiyə-Azərbaycan ikilisinin bütün tələblərini yerinə yetirərək onları sevindirməkdən başqa izahı yoxdur. “Ermənistanın faktiki hakimiyyəti Türkiyə-Azərbaycan cütlüyünə yaltaqlanır. Bu tendensiya müəyyən sözlərin və proqramların qadağan edilməsindən tutmuş, Türkiyə-Azərbaycan müşahidə qüvvələrinin Ermənistanda yerləşdirilməsinə qədər özünün ən ifrat təzahürlərinə çatacaq. Mən şişirtmirəm. Ona görə də müqavimət göstərməliyik”.
Baxış sayı:147
Bu xəbər 03 Fevral 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















