Icma.az
close
up
RU
Ermənistan hakimiyyəti tam olaraq Azərbaycanın sülh gündəliyinə uyğun hərəkət edir

Ermənistan hakimiyyəti tam olaraq Azərbaycanın sülh gündəliyinə uyğun hərəkət edir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistanın media və siyasi camiəsində hələ də keçmiş "Qarabağ məsələsi"nin həll olunmadığını düşünənlər və bu barədə müzakirələr aparanlar, yeni müharibəyə çağırış edən qüvvələr var. Onlar revanşist qüvvələrdir və Ermənistanın yox, birbaşa xarici güclərin maraqlarına xidmət edirlər. Məsələn, tarixə qovuşmuş separatçıların keçmiş rəhbərlərindən biri olan və Rusiyanın əlaltısı olduğu heç kimdə şübhə doğurmayan Xocalı qatili Vitali Balasanyan növbəti dəfə həyasız bəyanatla çıxış edərək 10 noyabr Üçtərəfli Bəyanatının ləğv edilmədiyini və ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib.
Aydın məsələdir ki, Vitali Balasanyan bütün bu cəfəngiyyatları təsadüfən səsləndirmir. Sözsüz ki, onu danışdıranlar var. Balasanyan təxribatçı bəyanatlar səsləndirmək tapşırığını Moskvadan alır. "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktovun bu yaxınlarda Ermənistana səfəri zamanı verdiyi müsahibəsində "Qarabağ məsələsi hələ bitməyib" iddiasını qəsdən ortaya atmasından sonra vitali balasanyanların, vladimir poqosyanların, vardan oskanyanların və digər erməni revanşistlərinin yenidən "zühur" edəcəkləri və öz sərsəm açıqlamaları ilə Ermənistan gündəmini yenidən mövcud olmayan "Qarabağ məsələsi"nə yönəltməyə çalışacaqları gözlənilən idi. Moskva da Venediktovu İrəvana məhz bununçün göndərmişdi.
Lakin hazırda Ermənistanın gündəmini Venediktov kimi casus-emissarlar və ya Balasanyan kimi müharibə caniləri yox, rəsmi Bakının diktəsi ilə sülhə yönəlik kostruktiv və realist siyasət yürütməyə başlamış Paşinyan hakimiyyəti formalaşdırır. Ermənistanın sülhdən başqa hər hansı alternativ çıxış yolunun olmadığını yaxşı dərk edən baş nazir Nikol Paşinyan revanşist-qızışdırıcı qüvvələrdən fərqli olaraq əminliklə bəyan edir ki, artıq regionda sülh bərqərar olub, Qarabağ məsələsi həll olunub və Azərbaycan ilə Ermənistan arasında postmüharibə dövrünün yeni reallıqlarından irəli gələn bütün cari məsələlər yoluna tədricən qoyulmaqdadır. Ona görə də Hamburqda erməni jurnalistlərlə görüşdə çıxış edən N.Paşinyan təxribat xarakterli bəyanatlar verməməyə çağırıb.
Ermənistanın baş naziri anlayır ki, Qarabağ məsələsinin davam etməsi onun ölkəsi üçün olduqca fəlakətli nəticələrə gətirib çıxara bilər. Çünki yeni müharibə yeni qurbanlar, yeni çətinliklər, yeni blokada və yeni məğlubiyyət deməkdir. Ermənistan isə bütün bunlara hazır deyil. Məhz bu səbəbdən də Nikol Paşinyan revanşistlərin təxribatçı çağırışlarına əhəmiyyət vermir, 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmalara uyğun olaraq realist siyasət yürütməyə davam edir. Bu baxımdan revanşistlərin sərsəm bəyanatları və çağırışları heç bir təsir gücünə malik deyil. Əsas odur ki, bu gün Ermənistan hakimiyyəti tam olaraq Azərbaycanın sülh gündəliyinə uyğun hərəkət edir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Dekabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri