Icma.az
close
up
RU
Dehli Azərbaycan Pakistan oxuna qarşı Hindistan Ermənistan oxu formalaşdırmağa çalışır Ekspert

Dehli Azərbaycan Pakistan oxuna qarşı Hindistan Ermənistan oxu formalaşdırmağa çalışır Ekspert

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Hindistan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahlandıran əsas ölkələrdən birinə çevrilib.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) eksperti Mətin Məmmədli deyib.

“Mən burda xüsusilə iki ölkənin adını qeyd etmək istəyirdim - Hindistan və Fransa. Mütamadi olaraq Ermənistan rəsmiləri Hindistana səfərlər edir, Hindistan rəsmiləri isə Ermənistana gəlirlər. Son illər iki ölkə arasında hərbi əlaqələr xeyli dərinləşib. Qeyd etdiyimiz kimi Hindistan artıq Ermənistanın əsas silah tədarükçülərindən birinə çevrilib. Vaxtilə qonşu ölkənin ərazilərini işğal edib, 30 ilə yaxın bu işğal siyasətini davam etdirən və hələ də təcavüzkar planlarından əl çəkməyən Ermənistan kimi dövləti yenidən silahlandırmaq əlbəttə ki, bölgədə sülhə xidmət etmir. Bununla bağlı Azərbaycan rəsmi olaraq öz mövqeyini ifadə edib, eyni zamanda Azərbaycan cəmiyyəti də o mövqedədir ki, Ermənistanın yenidən silahlandırılması regionda münaqişə riskini artırır. Amma təəssüf ki, Hindistan və Fransa kimi ölkələr regionda öz maraqlarını təmin etmək üçün Ermənistanı silahlandırmaqda davam edirlər”.

Ekspertə görə, görünən odur ki, bu siyasətlərindən imtina etmək fikrində deyillər. Son günlər Hindistan və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri də bunu deməyə əsas verir.

Ermənistanın silahlandırılmasının hansı məqsədə xidmət etməsinə gəlincə, ekspert deyib ki, Ermənistan kimi ölkənin silahlandırılması ilk növbədə bu ölkəni silahlandıran dövlətlərin müəyyən geosiyasi, eyni zamanda digər maraqlarına xidmət edir:

“İlk növbədə bu ölkələr Ermənistan vasitəsilə regionda yeni bir geosiyasi konfiqurasiya formalaşdırmağa, öz mövqelərini gücləndirməyə çalışırlar. Təbii ki, burda digər məqsədlər də var. Əlbəttə ki, Hindistanın Ermənistana silah tədarükündə dediyim bir sıra maraq və məqsədlər var. Birincisi hərbi-texniki maraqla bağlıdır. Hindistan çalışır ki, dünya silah bazarında öz mövqeyini gücləndirsin və ona görə də silah satışını şaxələndirmək, yeni bazarlar tapmaq marağındadır. Ermənistan da Hindistan silahını alan əsas ölkələrdən birinə çevrilib. Onu da əlavə etmək istəyərdim ki, Hindistanın dünya silah bazarında elə də güclü mövqeyi yoxdur. Hindistandan silah alan ölkələrin siyahısına baxanda görürük ki, həmin ölkələr daha çox üçüncü dünya dövlətləridir. Yəni, bu da ondan xəbər verir ki, Hindistan silahına beynəlxalq silah bazarında elə də ciddi maraq yoxdur. Ermənistanın təbii ki, Hindistandan silah almaq marağı həm də hərbi texniki səbəblərlə bağlıdır. İlk növbədə o səbəbdən ki, Ermənistanın balansında olan rus sovet silah sistemlərinə Hindistandan alınan silahlar daha tez inteqrasiya olunur. Hindistanın vaxtilə hərbi sənayesinin qurulmasında sovet ittifaqı, daha sonra Rusiya ilə əməkdaşlıq böyük rol oynayıb. Bu səbəbdən də Ermənistan maraqlıdır ki, həm də nisbətən ucuz qiymətə Hindistandan silahlar alıb və bu silahları qısa müddət ərzində öz balansında olan sistemlərə inteqrasiya etsin. Təbii ki, digər maraqlar da var. Burda mən ilk növbədə Hindistanın maraqlarını qeyd etmək istəyərdim. Söhbət geosiyasi maraqlardan gedir”.

Ekspert deyib ki, Azərbaycan və Pakistan strateji tərəfdaşlardır, son illərdə iki ölkə arasında tərəfdaşlıq xeyli dərinləşib: “Pakistan Hindistanın regionda əsas rəqibidir. Buna əks olaraq düşünürəm ki, Dehli də çalışır ki, Cənubi Qafqazda öz mövqeyini, yəni Azərbaycan Pakistan oxuna qarşı bir növ Hindistan Ermənistan oxu formalaşdırsın. Hər halda hesab edirəm ki, ola bilsin belə geosiyasi maraqlar da var. Rəsmi Dehlidə onu da  nəzərə almalıdırlar ki, Azərbaycan Pakistan tərəfdaşlığı, müttəfiqliyi heç bir halda üçüncü tərəfə qarşı deyil. Azərbaycan dövlətinin belə bir məqsədi yoxdur. Ancaq görünür ki, rəsmi Dehlidə Azərbaycan Pakistan münasibətlərinə bir qədər fərqli yanaşırlar. Eyni zamanda, bilirsiniz ki, Ermənistanın da hərbi-texniki maraqlardan əlavə digər maraqları da var. Bu da ondan ibarətdir ki, Ermənistanın baş naziri bəyan edib ki, ölkəsi çoxvektorlu xarici siyasət yürütməyə çalışacaq. Bu o deməkdir ki, Ermənistan dünyanın digər güc mərkəzləri ilə də, o cümlədən Hindistanla əlaqələrini dərinləşdirmək siyasəti həyata keçirir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri