Icma.az
close
up
RU
Ermənistan silahlanmaqla nəyə nail olmağa çalışır? Hərbi ekspert

Ermənistan silahlanmaqla nəyə nail olmağa çalışır? Hərbi ekspert

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Son dövlər Ermənistana digər ölkələrdən silah göndərilir. İrəvan silahlarla təmin olunur. Hindistan, ardınca da Yunanıstan Ermənistanı silahla təmin edir. Sülh istəyən Ermənistan təxribata hazırlaşır? İrəvan silahlanmaqla nəyə çalışır? Ermənistan gələcəkdə eskalasiya yarada bilərmi?

Bu barədə Moderator.az-ın suallarını cavablandıran hərbi ekspert Səxavət Məmmədov deyib ki, 44 günlük müharibədən sonra Ermənistanın, xüsusilə hava məkanı müdafiəsiz qaldı:

“Çünki Azərbaycan ordusu Ermənistanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxartdı. Müharibədən sonra Ermənistan sürətlə silahlanmağa başladı. Ermənistanın silahlanma siyasətindəki  başlıca istiqamətlərindən biri, Fransadan, Hindistandan və digər ölkələrdən alınan hava hücumundan müdafiə sistemləri, artilleriya vasitələri və reaktiv yaylım atəş sistemləridir. Bu silahlanma Ermənistanın regiondakı müharibə və gərginliklərə təsirini artıracaq, çünki belə hərəkətlər münaqişələrin eskalasiyasına səbəb ola bilər. Diqqət çəkən məsələ, Ermənistan ordusunun zabitlərinin təlimlərə göndərilməsi məsələsidir. Əvvəllər zabitlər Rusiyada təlim alırdısa, son dövrlərdə onlar Almaniyada kurslara cəlb edilir. 

Son dönəmlər Yunanıstan öz silah arsenalına yenidən əl gəzdirir. Yunanıstan Rusiyadan aldığı  hava hücumundan müdafiə sistemlərini  digər ölkələrə satır. Yunanıstanın hava hücumundan müdafiə (HHM) üçün istifadə etdiyi Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri və digər iki silah sistemi Ermənistana ötürüləcək. Yunanıstan silahları satmaq üçün ən yaxşı bazar kimi elə Ermənistanı nəzərdə tutur və yəni  tip silahların əldə etməsi üçün Ermənistan özü də son dərəcə maraqlı görsənir”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın silahlanması eyni vaxtda  sülhdən danışması  regionda gərginliyi artır:

“Regionda siyasi gərginliyin yaranmasının əsas səbəblərindən biri də məhz budur. Bəllidir ki, Ermənistanın silahlanması Azərbaycana qarşı nəzərdə tutulub. Ermənistanın silahlanması regiona silahlanma yarışı gətirib. Ona görə də  Ermənistan hazırda təhlükəli oyun oynayır. Ermənistanın  bu cür silahlanması təbii ki, Azərbaycan da diqqətindən qaçmır. Azərbaycan tərəfi də adekvat silahlar almağa başlayıb. Azərbaycan Pakistandan JF-17C Blok 3 qırıcılarını alıb.

Dövlətlərin silahlanması həm də beynəlxalq müstəvidə baş verən hadisələrə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdəki gərginliklər və İsrail ilə İran arasında yaşanan mübahisələr, bu regionda böyüyən təhlükəsizlik narahatlıqlarını daha da artdırır. Bütün bunlara baxdıqda görürük ki, Cənubi Qafqaz da müharibə təhlükəsi ilə üz- üzədir. Üçüncü Dünya müharibəsinin  hər an olma ehtimalı yüksəkdir. Silahlanma yarışı  müharibənin olma ehtimalını yüksək göstərir. Amma  bu qlobal aləmdə baş verən proseslərdən asılı olacaq. Əgər qlobal münaqişələr daha da böyüyərsə, o zaman Cənubi Qafqazda da müharibənin alovlanması qaçılmaz ola bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri