Icma.az
close
up
RU
Ermənistan həqiqətən sülh istəyirsə, 3 məsələni həll etməlidir

Ermənistan həqiqətən sülh istəyirsə, 3 məsələni həll etməlidir

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Kazan görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata verdiyi açıqlamada Azərbaycanla sülh müqaviləsi layihəsinin 80-90 faizi, o cümlədən bütün fundamental məsələlər üzrə razılıq əldə olunduğunu, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsini yaratmaq üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurlarının tətbiqinin mümkünlüyü və COP29-un sülh prosesini müzakirə etmək üçün yaxşı fürsət olduğunu qeyd edib.

Bu açıqlamalar ilk baxışdan müsbət təəssürat yarada bilər, ancaq təcrübə göstərir ki, Ermənistan rəhbərliyinin verdiyi bu kimi bəyanatlara inanmaq doğru deyil. Ona görə ki, Paşinyan hakimiyyətinin heç vaxt sözü ilə əməli üst-üstə düşməyib.

Əgər Paşinyan doğurdan da verdiyi bəyanatlarda olduğu kimi real sülh istəyirsə, niyə son günlər Avropa İttifaqının “mülki missiyası”nın şərti dövlət sərhədi boyunca heç bir məna kəsb etməyən patrul xidmətlərinin sayını artırır?

Fransa artıq kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.

Bu cür missionerlərin sayı 400 nəfəri keçməkdədir. Bu günlərdə Fransanın İrəvandakı səfiri açıqlama verib deyir ki, hələ bu missionerlərin sayını daha da artıracağıq və Ermənistanın sürətlə silahlanmasını təmin edəcəyik. Bu, o anlama gəlir ki, Ermənistan və Fransa COP29 ərəfəsində sülhə yox, sərhəddə təxribata hazırlaşır.

Yeri gəlmişkən, Gürcüstan son günlər Fransanın “SEZAR” özüyeriyən silahlarının bir hissəsinin Ermənistana daxil olmasına icazə verməyib.

Gürcüstana qarşı Qərb tərəfindən edilən təhqir və təzyiqlərdən sonra, gərək, rəsmi Tibilisi ümumiyyətlə, öz ərazisindən Ermənistana heç bir silah və sursatın daşınmasına imkan verməsin.

Ancaq indi sual ondan ibarətdir ki, bu cür riyakar siyasət yürüdən Ermənistana və onun sülh bəyanatlarına necə inanmaq olar?

Prezident İlham Əliyevə məktub yazıb ilin sonuna qədər sülh sazişinin imzalanmasına çağıran Co Bayden və onun administrasiyası Fransanın və Ermənistanın sülhə zərbə vuran bu hərəkətlərinə niyə adekvat reaksiya vermir?

Əgər Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir:

1) Konstitusiyasindan və digər qanunvericilik aktlarından Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bütün müddəaları çıxartmalı, ən azından bu istiqamətdə hüquqi mexanizmləri işə salmalıdır.

2) Defakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun rəsmən ləğv olunması ilə bağlı ATƏT-in dekabrın 5-i və 6-da Maltada keçiriləcək Nazirlər Şurasına müraciət etməli.

3) Avropa İttifaqının “mülki missiyası”nın müddətinin uzadılmaması və şərti dövlət sərhəddindən çıxarılması haqqında qərar qəbul etməlidir.

Bütün bunlar olmadıqca Ermənistanın sülh haqqında dedikləri heç bir məna kəsb etməyəcək, bu addımların isə vaxtın uzadılmasına və revanş üçün münasib şəraitin yaranmasına hesablanan məkrli planın tərkin hissəsi kimi qalmaqda davam edəcək.

Azay Quliyev
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri